Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir .....                        Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb .....                        Ərdoğan Tokayevlə görüşdü .....                        Həbsdə olan baş redaktorun cəzası azaldıldı .....                        Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub .....                        "Az səhv edib qələbə qazanmaq istəyirik" .....                        Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü .....                        Mərkəzi Nəbatat Bağında istənilən növ canlılar ola bilər - RƏSMİ .....                        Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ .....                       
30-06-2023, 10:34
Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb

Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur. Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 22,43 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 733,92 milyon kubmetr təbii qaz idxal edib. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 513,75 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 15,6 % çoxdur. Ümumilikdə isə aprel Türkiyə ümumilikdə 3 milyard 982,20 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,1 % azdır. Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 4-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 722,44 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 8,49 % azdır. Apreldə üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 866,89 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
30-06-2023, 10:21
Danışıqlarda ən çətin məsələlər sona qalıb - Blinken

Danışıqlarda ən çətin məsələlər sona qalıb - Blinken

Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər sona qalıb. Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, - dövlət katibi qeyd edib.
30-06-2023, 10:07
ABŞ-ın İran üzrə nümayəndəsi vəzifəsindən azad edildi

ABŞ-ın İran üzrə nümayəndəsi vəzifəsindən azad edildi

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli məxfi sənədlərlə düzgün işləməməklə şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb. Mellinin işi Dövlət Departamenti tərəfindən araşdırılır. Bildirilib ki, yoxlama başlayandan bir müddət sonra Melli məxfi sənədlərə çıxışını itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib, lakin cümə axşamı günü o, ödənişsiz məzuniyyətə buraxılıb. Robert Melli məlumatı CNN-ə təsdiqləyib: “İstintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözləyirəm”.
Qeyd edək ki, Mellinin vəzifələrini indi müvəqqəti olaraq Abram Paley icra edir.
29-06-2023, 21:12
Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakini sel apardı

Daşkəsənə yağan güclü leysan nəticəsində rayon sakinini sel apardı

Bu gün saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Elgün Orucovun ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində tapılan meyiti ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

29-06-2023, 19:22
Erməni silahlı qüvvələri Xocalı rayonunu atəşə tutdu

Erməni silahlı qüvvələri Xocalı rayonunu atəşə tutdu

İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
29-06-2023, 18:35
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü başladı

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü başladı

ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü başlayıb. Bu gün sülh sazişi layihəsinin müzakirəsi çərçivəsində baş tutan danışıqların sözügedən raundunun başa çatması gözlənilir. Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.
29-06-2023, 18:28
Prezident Şahbaz Şəriflə telefon danışığı apardı

Prezident Şahbaz Şəriflə telefon danışığı apardı

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon söhbəti olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birinə və xalqlarımıza müqəddəs Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdırıblar. Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi məmnunluqla qeyd olunub, münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!