Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                        Laçında ağır qəza - 3 nəfər öldü .....                        Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP .....                        Kenan Piriç rəsmən “Neftçi”də .....                        Dövlət qurumunun əməkdaşı iş başında öldü .....                        Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ .....                        Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq .....                        Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ .....                        "Sağlığında yox, indi Aydınla fəxr edirəm" .....                       
8-06-2023, 16:10
İlham Əliyev ƏDV-lə bağlı fərman imzaladı


İlham Əliyev ƏDV-lə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.
8-06-2023, 16:00
ABŞ postsovet məkanının bütün dövlətlərinə təyziqlər edir - Patruşev


ABŞ postsovet məkanının bütün dövlətlərinə təyziqlər edir - Patruşev

ABŞ keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. "ABŞ-ın əsas məqsədi keçmiş SSRİ ölkələrinin konstruktiv münasibətlərini pozmaq, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Buna görə də şantaj, hiylə və təhdid yolunu tuturlar. Bununla da maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz dairələrinə cəlb etməyə çalışırlar", - deyə Rusiya rəsmisi ABŞ-ı ittiham edib.
8-06-2023, 15:51
MDB Şurasının növbəti iclası Ermənistanda baş tutacaq


MDB Şurasının növbəti iclası Ermənistanda baş tutacaq

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək. Bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.
8-06-2023, 15:38
Rusiya Ermənistanda AES tikintisinin maliyyələşməsinə hazırdır - Mişustin


Rusiya Ermənistanda AES tikintisinin maliyyələşməsinə hazırdır - Mişustin

"Rusiya Ermənistan da daxil olmaqla, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşları ilə onların ərazisində atom elektrik stansiyasının tikintisinin maliyyə məsələlərini müzakirə etməyə hazırdır". Bunu Rusiyanın baş naziri Mixail Mişustin “Avrasiya mənim evimdir” sərgisində deyib. "Həmçinin aqreqatların gücü ilə bağlı parametrləri də müzakirəyə hazırıq", - o əlavə edib. Sərgidə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. “Rosatom” pavilyonunda nümayəndə heyətlərinin rəhbərlərinə Rusiya-Belarusun birgə layihəsi olan dünyanın ən yeni və ən səmərəli atom elektrik stansiyasının layihəsi haqqında məlumat verilib. Bu atom elektrik stansiyasında 1200 meqavat gücündə iki enerji bloku var. Hazırda Belarus AES-in birinci bloku artıq istismara verilib, ikincisi sınaqdan keçirilir.
8-06-2023, 15:10
Ermənistan nümayəndələri MDB-nin Bakıda keçirilən iclasında iştirak edir


Ermənistan nümayəndələri MDB-nin Bakıda keçirilən iclasında iştirak edir

Ermənistanın nümayəndələri MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edirlər. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Milli Təhlükəsizlik Xidmətinin Müdafiə Qüvvələrinin komandanı vəzifəsini icra edən şəxs rəhbərlik edir. Belə ki, Arman Maralçyan vəzifədən getdikdən sonra yeni rəhbər təyin olunmayıb. Məlumata görə, Ermənistanın nümayəndələri Moskvadan Bakıya uçublar. Qedy edək ki, Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-ci iclası keçirilir.
8-06-2023, 14:29
ABŞ Ermənistanı Rusiyaya yardım etməkdə günahlandırır


ABŞ Ermənistanı Rusiyaya yardım etməkdə günahlandırır

ABŞ Ermənistanı Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım etməkdə günahlandırır. Bu barədə "Politico" nəşri məlumat yayıb. ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen qeyd edib ki, Rusiyaya əsas mikroçiplərin və elektronikanın idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb. O'Brienin fikrincə, problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə, onlar da öz növbəsində həmin ləvazımatları Rusiyaya satırlar. Qeyd olunub ki, Rusiyaya ABŞ sanksiyalarından yayınmağa kömək edən ölkələr arasında BƏƏ, Gürcüstan və Ermənistan da var.
8-06-2023, 13:40
Türk lirəsi ucuzlaşaraq minimum səviyyəyə endi


Türk lirəsi ucuzlaşaraq minimum səviyyəyə endi

Türkiyənin milli valyutası olan lirə ucuzlaşaraq tarixi minimuma enib. Hazırda bir dolların məzənnəsi 23,3 - 23,4 lirə arasında dəyişir. Ümumilikdə lirə iyunun 5-dən başlayaraq kəskin dəyər itirməkdədir. Analitiklər devalvasiyanı Mərkəzi Bankın maliyyə və fond bazarında intervensiya aparmaması ilə əlaqələndirirlər. Qeyd edək ki, yerli iqtisadçılar Türkiyə lirəsinin 7,5 faiz ucuzlaşdığı çərşənbə gününü milli valyuta üçün son 1,5 ilin ən pis günü hesab edir. İyunun 7-də milli valyutanın dəyəri bir dollara nisbətdə 23,5 lirəyə qədər ensə də, hərraclar 23,3 lirə səviyyəsində bağlanıb.
8-06-2023, 13:26
Birləşmiş Ərəb Əmirliyi dördgünlük iş həftəsinə keçir


Birləşmiş Ərəb Əmirliyi dördgünlük iş həftəsinə keçir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni iş qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar. İyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatları dörd gün ərzində gündəlik 10 saatdan və ya həftədə 40 saatdan çox olmayacaq. Məlumata görə, yeni iş rejimi həm işçinin, həm də işəgötürənin razılığını tələb edir. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyən edilməyib. Bildirilib ki, dördgünlük məhdud iş rejimi BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərdən biridir. Bu plan həm ölkə daxilində, həm də xaricdə çalışan hökumət işçilərinə uzaqdan işləməyə və hibrid işə də imkan verir. BƏƏ-nin rəsmiləri deyiblər ki, İnsan Resursları haqqında yeni qanun çevik iş modelləri hazırlamaq və dövlət qurumlarını daha səmərəli etmək üçün nəzərdə tutulub. Bu federal qərardan əvvəl Şarja Əmirliyi 2022-ci il yanvarın 1-dən işçilər və tələbələr üçün dördgünlük iş həftəsini tətbiq etməyə başlayıb. Hazırda digər Körfəz ölkələri də qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini açıqlayıb.
8-06-2023, 13:12
“WhatsApp”da yeni funksiya yaradıldı


“WhatsApp”da yeni funksiya yaradıldı

“WhatsApp” messencerində yeni funksiya yaradılıb. İstifadəçilər artıq messencerdə kanallar yarada biləcəklər. Kanallar xəbərləri izləməyə imkan verəcək. Funksiya ilkin olaraq Kolumbiya və Sinqapurda istifadə ediləcək, yaxın aylarda isə digər ölkələrdə aktivləşdiriləcək. Messencerdə kanalların adminləri izləyicilərə məzmun göndərə biləcək. Kataloq axtarışı və ya dəvət vasitəsilə istənilən kanalı tapmaq mümkün olacaq. Abunəçilər adminin telefon nömrəsini və ya profil şəklini görməyəcəklər. Heç kim istifadəçinin hansı kanallara abunə olduğunu görə bilməyəcək və abunəçi telefon nömrələri administratorlar da daxil olmaqla kanaldakı hər kəsdən gizlədiləcək.
8-06-2023, 12:58
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!