Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 8-06-2023, 13:26
Birləşmiş Ərəb Əmirliyi dördgünlük iş həftəsinə keçir


Birləşmiş Ərəb Əmirliyi dördgünlük iş həftəsinə keçir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni iş qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar. İyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatları dörd gün ərzində gündəlik 10 saatdan və ya həftədə 40 saatdan çox olmayacaq. Məlumata görə, yeni iş rejimi həm işçinin, həm də işəgötürənin razılığını tələb edir. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyən edilməyib. Bildirilib ki, dördgünlük məhdud iş rejimi BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərdən biridir. Bu plan həm ölkə daxilində, həm də xaricdə çalışan hökumət işçilərinə uzaqdan işləməyə və hibrid işə də imkan verir. BƏƏ-nin rəsmiləri deyiblər ki, İnsan Resursları haqqında yeni qanun çevik iş modelləri hazırlamaq və dövlət qurumlarını daha səmərəli etmək üçün nəzərdə tutulub. Bu federal qərardan əvvəl Şarja Əmirliyi 2022-ci il yanvarın 1-dən işçilər və tələbələr üçün dördgünlük iş həftəsini tətbiq etməyə başlayıb. Hazırda digər Körfəz ölkələri də qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini açıqlayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!