5-02-2023, 19:51
Zelenski ölkəsinə yardım üçün toplanan vəsaitin miqdarını qeyd etdiUkrayna prezidenti Volodimir Zelenski ölkəsinə yardım üçün toplanan vəsaitin məbləğini açıqlayıb. Zelenski bu barədə "Telegram" kanalında yazıb. "UNITED24" fandreyzinq platforması 9 aydır fəaliyyət göstərir. Ukraynaya dəstək üçün ümumilikdə 278 milyon 890 min dollar toplanıb. "Light Up Ukraine" proqramı çərçivəsində alınmış 150-yə yaxın generator artıq tibb müəssisələrinə çatdırılıb. Yanvar ayında enerji obyektlərində düşmənin dronlarına qarşı mübarizə aparmaq üçün altı "Shahed Hunter" sistemi yerləşdirilib. "UNITED24" həmçinin “Rebuild Ukraine” istiqamətini təqdim edib. Ukraynaya kömək edən və dəstəkləyən hər kəsə təşəkkür edirəm!", - deyə prezident qeyd edib.
5-02-2023, 19:46
İranın sərgilədiyi mövqe nüvə razılaşmasını çətinləşdirir - BorrelAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İranla nüvə razılaşması barədə danışıb. Borrel bu haqda "El Pais" nəşrinə müsahibəsində söz açıb. Onun fikrincə, İran tərəfinin bir sıra mövzularda sərgilədiyi mövqe nüvə razılaşmasını çətinləşdirir. Aİ rəsmisi bildirib ki, insan hüquqları ilə bağlı vəziyyət, xüsusən qadın haqları məsələsi, eləcə də Rusiyanın Ukrayna müharibəsində silahlar verməklə dəstəklənməsi İranla müzakirələrin dayandırılmasına səbəb olub.
5-02-2023, 19:44
Aİ-yə üzv dövlətlər müharibədə iştirak üçün hərbi yardım göstərmir - BorrelAvropa İttifaqının (Aİ) xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel "El Pais" qəzetinə müsahibə verib. O, müsahibə zamanı Aİ ölkələrinin Ukraynadakı münaqişəyə cəlb olunması barədə fikirlərə münasibət bildirib. "Aİ-yə üzv dövlətlər müharibədə iştirak etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını heç vaxt nəzərdən keçirməyib", - deyə Borrel bildirib. Onun sözlərinə görə, bunun nə vaxtsa, nəzərdən keçiriləcəyi və məsələyə yenidən baxılacağı hazırda gündəlikdə yoxdur.
5-02-2023, 19:37
Sabahın hava proqnozu Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
5-02-2023, 19:34
ABŞ-ın hava şarını vurması həddi keçməkdir - ÇinÇinin Müdafiə Nazirliyi ölkəyə məxsus hava şarının ABŞ səmasında vurulmasına münasibət bildirib. Çin MN ABŞ-ın bu addımını pisləyib. "Belə vəziyyət təkrarlanarsa, biz də lazımi addımları atacağıq. ABŞ tərəfinin hava şarını vurması həddi keçməkdir", - deyə bildirilib. Xatırladaq ki, Çinə məxsus hava şarı ABŞ-ın hava sərhədlərini pozaraq ölkənin hərbi obyektləri üzərində məlumat toplamağa çalışıb və rəsmi Vaşinqton şarı vurmaq barədə qərar qəbul edib.
5-02-2023, 19:31
Qərb silahları Rusiya ərazisinə hücumlar üçün istifadə edilməyəcək -Şolts"Qərb silahları Rusiya Federasiyasının ərazisinə hücumlar üçün istifadə edilməyəcək". Bunu "Bild" nəşrinə müsahibəsində Almaniya kansleri Olaf Şolts bildirib. Onun sözlərinə görə, bu məsələdə Ukrayna prezidenti Volodimir Zelenski ilə konsensus var. "Müttəfiqlərimizlə birlikdə döyüş tanklarını Ukraynaya ötürürük ki, o, özünü müdafiə edə bilsin. Biz hər bir silah çatdırılmasını diqqətlə ölçüb-biçirdik, bunu müttəfiqlərimizlə, ilk növbədə ABŞ ilə sıx əlaqələndirdik. Bu ümumi yanaşma müharibənin genişlənməsinin qarşısını alır", - deyə o söyləyib. Kansler həmçinin Putinin guya Rusiyanın yenə alman tankları tərəfindən təhdid edildiyi barədə sözlərini də təkzib edib. Şolts Rusiya prezidenti ilə telefon danışıqları zamanı özünün və ölkəsinin hədə almadığını əlavə edib.
5-02-2023, 16:48
Serbiya prezidenti NATO-ya üzv olmaq istəmədiklərini bildirdiSerbiya Avropa İttifaqına üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. Onun sözlərinə görə, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Vuçiç hesab edir ki, Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var. Bundan əlavə, Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini diqqətə çatdırıb.
5-02-2023, 16:44
Kanadadan Ukraynaya “Leopard 2” tankı göndərildiKiyevə vəd edilən dörd ədəd “Leopard 2” tankından birincisi Kanadadan Ukraynaya göndərilib. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb. O qeyd edib ki, texnika Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə Halifaksdan (Yeni Şotlandiya əyaləti) havaya qalxıb. Kanada ordusunda 112 ədəd “Leopard” tankı var ki, onlardan 82-si döyüş maşını, qalanları isə təlim üçündür. Dörd döyüş tankını Ottava Kiyevə göndərəcək.
5-02-2023, 16:41
Güləşçimiz “Zaqreb Open” turniri qızıl medalla başa vurduXorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır. Yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.
5-02-2023, 16:39
ABŞ Çinə məxsus hava şarını zərərsizləşdirdiABŞ Hərbi Hava Qüvvələri Çinə məxsus hava şarını zərərsizləşdirib. Bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, hava şarı insanlara təhdid yaratmayacaq ərazidə vurulub.