Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
1-02-2023, 18:00
Ağırçəkili nəqliyyat vasitələrinə yeni rüsum tətbiq edildi


Ağırçəkili nəqliyyat vasitələrinə yeni rüsum tətbiq edildi

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.
1-02-2023, 17:54
Naxçıvan-Türkiyə sərhədi açıldı


Naxçıvan-Türkiyə sərhədi açıldı

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında sərhədlər açılıb. Bu gündən etibarən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən Türkiyəyə keçməyə icazə verilib. Hazırda sərhəddən yalnız şəxsi avtomobillərlə keçmək mümkündür. Məlumata görə, Türkiyəyə Naxçıvan sakinləri buraxılır, digər regionlarda qeydiyyatda olan vətəndaşların Naxçıvandan Türkiyəyə keçməsinə icazə verilmir. Hələlik Türkiyə sərhədini avtobuslarla keçmək mümkün deyil. Qeyd edək ki, Naxçıvan-Türkiyə sərhədi ötən il bağlanmışdı.
1-02-2023, 17:52
Estoniyada Zelenskinin abidəsi ucaldıldı


Estoniyada Zelenskinin abidəsi ucaldıldı

Ukrayna prezidenti Volodimir Zelenskiyə Estoniyanın Tırva şəhərində abidə ucaldılıb. Abidənin açılışını Estoniyanın baş naziri Kaya Kallas edib. Qeyd edək ki, abidə Amerikanın Azadlıq Heykəli üslubunda hazırlanıb.
1-02-2023, 17:48
İtə işgəncə verən “qadın” cərimələndi


İtə işgəncə verən “qadın” cərimələndi

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb. Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib.
1-02-2023, 17:00
İsveçin NATO-ya üzvlüyü məsələsində mövqeyimiz qətidir - Ərdoğan


İsveçin NATO-ya üzvlüyü məsələsində mövqeyimiz qətidir - Ərdoğan

“İsveç, boş yerə çabalama. Mənim müqəddəs kitabımın yandırılmasına icazə verdiyin müddətcə, biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir. “Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - deyə Ərdoğan qeyd edib.
1-02-2023, 16:57
Rusiyanın təcavüzünə qalib gələ bilərik - Zelenski


Rusiyanın təcavüzünə qalib gələ bilərik - Zelenski

"Ukrayna Rusiyaya qalib gələcək". Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb. "Biz hər gün xalqımızı, sərhədlərimizi və dəyərlərimizi qorumaq üçün mübarizə aparırıq. İndi biz əminliklə deyə bilərik ki, biz Ukrayna torpağında Rusiyanın təcavüzünə qalib gələ bilərik", - deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
1-02-2023, 16:53
Saakaşvillinin yeni görüntüləri yayılıb


Saakaşvillinin yeni görüntüləri yayılıb

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb. Gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz facebook hesabında paylaşıb. Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib. Məhkəməyə onlayn qatılan Saakaşvili hakimə vəziyyətinin ağır olduğunu söyləyib və adekvat müalicə tələb etdiyini bildirib: "Mən bütün biliyimi Gürcüstana vermişəm... Lazım olsa, canımı da verərəm. İndi tək xahişim odur ki, mənə müalicə almaq imkanı verilsin. Çünki vəziyyətim kəskin şəkildə pisləşib". Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub.

1-02-2023, 16:48
Sabahın hava proqnozu - Gündüz çiskin, gecə yağış yağacaq


Sabahın hava proqnozu - Gündüz çiskin, gecə yağış yağacaq

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
1-02-2023, 16:43
Ədalətli sülhün tərəfdarıyıq - Çavuşoğlu


Ədalətli sülhün tərəfdarıyıq - Çavuşoğlu

"Türkiyə Ukraynanı dəstəkləməyə davam edir". Bunu Estoniyaya səfəri çərçivəsində həmkarı Urmas Reynsalla birgə mətbuat konfransı keçirən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib. "Biz sülh istəyirik. Amma Ukraynanın əraziləri işğal edilib. Buna görə də ədalətli sülhün tərəfdarıyıq", - deyə nazir bildirib. Çavuşoğlu, həmçinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək barədə İsveç və Finlandiyaya çağırış edib.
1-02-2023, 16:00
Əmək pensiyalarının artırılmasıyla bağlı qanun təsdiqləndi


Əmək pensiyalarının artırılmasıyla bağlı qanun təsdiqləndi

Milli Məclis minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək. Artım təxminən 100 min pensiyaçını əhatə edəcək. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!