1-02-2023, 15:57
İrəvanın danışıqlarda iştirakdan imtina etməsi vəziyyəti çətinləşdirir"Hakimiyyətin Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı tezisi təhlükəlidir". Bunu Ermənistanın müxalif "Hayastan" fraksiyasının deputatı, Daşnaksütun partiyasının funksioneri Geğam Manukyan deyib. "Üçtərəfli bəyanatda Ermənistanın da imzası var, müvafiq olaraq İrəvan da məsuliyyət daşıyır. Laçın dəhlizi məsələsi kontekstində ictimai təzyiqlər Ermənistan rəhbərliyini gərginliyi azalda biləcək bəzi təxirəsalınmaz tədbirlərə əl atmağa məcbur edir. Buna misal olaraq Paşinyanın bir gün əvvəl Putinlə telefon danışığını göstərmək olar. Lakin İrəvan bütün vasitələrdən istifadə etmir. Üstəlik, İrəvanın Bakı ilə Rusiya Federasiyasının təşəbbüsü ilə aparılan danışıqlarda iştirakdan imtina etməsi vəziyyəti çətinləşdirir və düzgün deyil", - deyə müxalif siyasətçi bəyan edib. Qeyd edək ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya dəhlizin humanitar məqsədlər üçün istifadəsinə maneə törətmir.
1-02-2023, 15:51
İran Milli Bankının bağlanma ehtimalı yoxdur - Mərkəzi BankAzərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı suala aydınlıq gətirilib. Bu barədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb. O qeyd edib ki, Mərkəzi Bankın gündəliyində belə bir məsələ yoxdur: “Bizə belə bir müraciət daxil olmayıb”.
1-02-2023, 15:48
İrana casusluq edən şəxlərdən biri “İnterAz” kanalının rəhbəridirDaxili İşlər Nazirliyinin (DİN) İranın casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılanlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var. Mətləb Bağırov “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəridir. Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var. Mətləb Bağırovun iş adamı kimi biznes obyektlərinə sahib olduğu da bildirilir. Qeyd edək ki, DİN-in keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda din pərdəsi altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər saxlanılıb. Məlumata görə, onlar İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
1-02-2023, 15:43
Ukrayna müharibədən sonra NATO-ya qoşulmalıdır - Çexiya Prezidenti"Ukrayna müharibədən dərhal sonra NATO üzvlüyünə layiqdir". Bunu Çexiya prezidenti Petr Pavel deyib. "Ukrayna müharibə başa çatdıqdan sonra hərbi alyansa qoşulmaq üçün mənəvi və praktiki olaraq hazırdır. Bu ölkənin ordusu Avropada ən təcrübəli ordu olacaq", - deyə prezident bildirib."Düşünürəm ki, onlar həqiqətən buna layiqdirlər", - istefada olan NATO generalı əlavə edib.
1-02-2023, 00:33
Ukrayna və Macarıstan arasında münasibətlər gərginləşdiMacarıstanın baş naziri Viktor Orbanın bəyanatlarından sonra bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Macarıstanın Ukraynadakı səfiri İştvan İjarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı son təhqiredici bəyanatları ilə əlaqədar kəskin etiraz bildirilib”, - deyə məlumatda vurğulanıb. Diplomata Ukrayna əleyhinə ritorikanın qətiyyən yolverilməz olduğu və Ukrayna-Macarıstan münasibətlərinə ciddi ziyan vurduğu xatırladılıb. Qeyd edək ki, Orban Kiyevin qələbəsinə inanmadığını və Ukraynanın tədricən idarəolunmaz xarabalığa çevrildiyinə inandığını söyləyib.
31-01-2023, 23:08
Ukrayna və Macarıstan arasında münasibətlər gərginləşdiMacarıstanın baş naziri Viktor Orbanın bəyanatlarından sonra bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Macarıstanın Ukraynadakı səfiri İştvan İjarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı son təhqiredici bəyanatları ilə əlaqədar kəskin etiraz bildirilib”, - deyə məlumatda vurğulanıb. Diplomata Ukrayna əleyhinə ritorikanın qətiyyən yolverilməz olduğu və Ukrayna-Macarıstan münasibətlərinə ciddi ziyan vurduğu xatırladılıb. Qeyd edək ki, Orban Kiyevin qələbəsinə inanmadığını və Ukraynanın tədricən idarəolunmaz xarabalığa çevrildiyinə inandığını söyləyib.
31-01-2023, 23:01
Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonda danışdı31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb. Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-01-2023, 22:57
İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları göndərdiİsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları təhvil verib. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, maşınlar xilasetmə qrupları tərəfindən istifadə olunacaq. “İsrail Müdafiə Nazirliyi ukraynalı xilasedicilərə 3 gülləkeçirməz sanitar maşın verib”, - məlumatda deyilir. Qeyd olunub ki, maşınlar İsrailin “Plasan Reem” şirkəti tərəfindən istehsal edilib. Maşınlar lazımi tibbi avadanlıqlarla təchiz edilib.
31-01-2023, 22:48
Türkiyəylə Suriya danışıqlarında İran da iştirak etməlidir - LavrovRusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Suriya arasında danışıqlarda İranın da iştirak etməli olduğunu bildirib. Bu barədə Lavrov misirli həmkarı Sameh Şukri ilə Moskvada keçirilən görüşdən sonra danışıb. Onun sözlərinə görə, İranın danışıqlara cəlb edilməsi ilə bağlı razılıq əldə olunub. “Təbii ki, hazırda İran İslam Respublikasının bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq əldə olunub”, - deyə Lavrov bildirib. O xatırladıb ki, Rusiya, İran və Türkiyə Suriya məsələsi ilə məşğul olan Astana “üçlüyünün” bir hissəsidir.
31-01-2023, 22:42
Fransadan Ukraynaya növbəti hərbi dəstəkFransa Ukraynaya daha 12 ədəd "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekorn məlumat verib. O bildirib ki, Fransa hökuməti Ukrayna əsgərlərinə təlim keçmək üçün 150 əsgərini Polşaya göndərəcək. Onlar Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemləri ilə işləməyi öyrədəcəklər. Nazir xatırladıb ki, Fransa artıq Ukraynaya 18 ədəd "Sezar" silahı təqdim edib.