Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
31-01-2023, 16:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
31-01-2023, 16:07
Şolts Rusiya ilə danışıqların şərtlərini açıqladı


Şolts Rusiya ilə danışıqların şərtlərini açıqladı

Almaniya federal kansleri Olaf Şolts Rusiya ilə mümkün danışıqların aparılması üçün şərtləri açıqlayıb. Bu barədə "Welt" nəşri məlumat yayıb. Bildirilib ki, Şolts Braziliyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Lula da Silva ilə birgə keçirdiyi mətbuat konfransında məsələyə toxunub. Kansler əsas şərtin Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması olduğunu bəyan edib. "Ukraynalıların iştirakı olmadan, onların başı üstündən Rusiya ilə heç bir razılaşma əldə oluna bilməz. Danışıqlar üçün Rusiya ordusunun Ukraynadan çıxarılması vacibdir", - deyə o bildirib. Həmçinin Braziliya prezidenti ilə Almaniya kanslerinin həmrəy olduğu vurğulanıb.
31-01-2023, 16:03
Arutyunyanla Vardanyan arasındakı gərginlik davam edir


Arutyunyanla Vardanyan arasındakı gərginlik davam edir

Ermənistan mətbuatı növbəti dəfə Qarabağın dağlıq hissəsində məskunlaşan separatçılar arasındakı gərginlikdən yazıb. “Hraparak” qəzeti Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyan arasındakı münasibətlərdəki gərginliyin davam etdiyini bildirir. “Əldə etdiyimiz məlumata görə, vəziyyət o qədər ciddiləşib ki, Araik Arutyunyan dünən Rusiya sülhməramlılarının vasitəsilə Moskvaya gedib. Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır”, - deyə “Hraparak” yazır. Məlumatda o da qeyd olunur ki, A.Arutyunyan Moskvaya təklif edəcək ki, Rusiya Qarabağdakı sülhməramlıları vasitəsilə qondarma rejimin “növbədənkənar seçkilər” keçirməsinə zəmanət versin və ya onunla Ruben Vardanyan arasında seçim etsin. “Çünki o, əmindir ki, Vardanyan “dövlət naziri vəzifəsi”ndə qaldıqca, azərbaycanlılar yolu açmayacaq”, - nəşrin məqaləsində qeyd edilir. Xatırladaq ki, hələ yanvarın 14-də bəzi erməni KİV-ləri həm Vardanyanın, həm də Arutyunyanın mümkün istefaları ilə bağlı gözlənilməz xəbər yaymışdı. O zaman qeyd olunmuşdu ki, “növbədənkənar seçki”yə getmək Xankəndidəki rejimin böhranla qarşılaşmasına gətirib çıxaracaq və bunu nəzərə alan separatçıların keçmiş başçıları tərəfləri barışdırmaq üçün vasitəçilik ediblər. Belə ki, Bako Saakyan və Arkadi Qukasyan Arayik Arutyunyanı istefa verməməyə, separatçı rejimi qarışıqlığa aparmamağa inandırmışdılar. “Hraparak” yazır ki, hazırda Arutyunyanla Vardanyan arasında münasibətlər yenidən pisləşib.“Məsələ burasındadır ki, onlar əvvəldən növbəti “seçkilərə” qədər “Artsax”ın iqtisadi cəhətdən möhkəmlənməsini birgə həyata keçirməyə razılaşsalar da, Ruben Vardanyanın kəskin bəyanatları və addımları Arayik Arutyunyan üçün başağrısına çevrildi”. Məqalədə bildirlir ki, Arayik Arutyunyan 44 günlük müharibədən sonra Azərbaycan tərəfilə barışıq və əməkdaşlıq yolunu tutmuşdu, Vardanyan isə “dövlət naziri” olandan sonra bu siyasətin əleyhinə çıxdı. “Hraparak” qeyd edir ki, Qarabağ separatçılarının gələcəyi ilə bağlı tərəflərin mövqeləri fərqlidir. “Arayik Arutyunyan Azərbaycanla danışıq aparmağın, görüşməyin tərəfdarıdır, Vardanyan isə qəti şəkildə bunun əleyhinədir. Vardanyan deyir ki, müqavimət göstərməliyik, bir santimetr də yer verməməliyik, sülhməramlılar təhlükəsizliyi təmin edir”. Məqalədə bildirilir ki, son günlər Arutyunyan və Vardanyan Qarabağ ermənilərilə ayrı-ayrılıqda görüşlər keçirməkdədirlər. Tərəflərin sanki seçki kampaniyasına başladıqları görüntüsü yaranıb. Arutyunyanın bu görüşlərdə Azərbaycanla danışmağa getmək üçün erməni əhalidən dəstək istədiyi bildirilir. “Biz azərbaycanlılarla görüşlər keçirməliyik, təbii ki, rusların vasitəçiliyi ilə”, - deyə Arutyunyan mülki ermənilərə bildirib. “Arutyunyan bilmək istəyir ki, sabah azərbaycanlılarla görüşsə, Qarabağ erməniləri onun satqın olduğunu deməyəcəklər ki...”, - deyə “Hraparak” qeyd edib. Məqalədə separatçıların bölgədə təkləndiyi vurğulanıb, Şuşada imzalanmış “Türkiyə-Azərbaycan bəyannaməsi” xatırladılıb və qeyd edilib ki, Azərbaycana qarşı yeni müharibə Türkiyəyə qarşı müharibə deməkdir. Araik Arutyunyan keçirdiyi görüşlərdə deyib ki, bu gün Qarabağda Ermənistandan daha çox silah-sursat olsa da, bu, müharibə aparmaq üçün kifayət deyil, vaxt qazanmaq, güclənmək lazımdır.“Hraparak” yazır ki, Ermənistan hakimiyyəti separatçıları Bakı ilə birbaşa danışıqlara getməyə məcbur edir və açıq şəkildə deyir ki, “biz sizin yerinizə bir daha danışıq aparmayacağıq”. Ruben Vardanyan isə Azərbaycanın tələblərinin yerinə yetirilməsinin əleyhinədir, o hesab edir ki, hər gün yeni tələblər irəli sürülə bilər. “Biz nəyin bahasına olursa-olsun müqavimət göstərməliyik”, - deyə Vardanyanın keçirdiyi görüşlərdə mülki erməniləri mübarizəyə inandırmağa çalışdığı bildirilir. Vardanyan erməni əhali ilə görüşlərdə bildirir ki, mühüm beynəlxalq oyunçular Qarabağ məsələsinin hələ bağlanmadığını bəyan edirlər, buna görə də çətinliklərə dözmək lazımdır. “İndi Qarabağda Rusiya rəhbərliyinin cavabını səbirsizliklə gözləyirlər, Moskva kimə üstünlük verəcək, Arayik Arutyunyana, yoxsa Ruben Vardanyana? Azərbaycanla birbaşa dialoq, yoxsa sərt qarşıdurma?”,-deyə nəşr qeyd edib.
31-01-2023, 15:55
İsrail İrana qarşı hazırlıq tədbirləri görməyə başlayıb


İsrail İrana qarşı hazırlıq tədbirləri görməyə başlayıb

İrana dron zərbələrinin endirilməsindən sonra İsrail mümkün cavab zərbələrinə qarşı hazırlıq tədbirləri görməyə başlayıb. Bunu "The Times of Israel" nəşri yazıb. Bildirilib ki, rəsmi Tehran zərbələrə görə İsraili günahlandırdığı üçün hazırda cavab zərbələrinin endirilməsi ehtimalları qiymətləndirilir və preventiv tədbirlər həyata keçirilir. Həmçinin İranın digər ölkələrdəki İsrail vətəndaşlarını hədəf almasının mümkünlüyü qeyd olunub. Belə ki, yəhudi turistlər, rəsmi şəxslər və xarici dövlətlərdə yerləşən İsrail səfirlikləri və diplomatik korpus nümayəndələrinə hücumların baş verməsi ehtimalına qarşı addımlar atılmağa başlanıb. Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavoda və bir sıra digər regionlarındakı hərbi obyektlərə dron zərbələri endirilib. Hava hücumunun İsrail tərəfindən həyata keçirildiyi iddia olunsa da, bu barədə rəsmi açıqlama verilməyib.
31-01-2023, 15:49
İranda evləri dağılan soydaşlarımız çətin vəziyyətdədir


İranda evləri dağılan soydaşlarımız çətin vəziyyətdədir

İranda zəlzələ nəticəsində evləri dağılan azərbaycanlılar çətin vəziyyətdədir. Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb. Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib. Qeyd edək ki, bir neçə gün öncə İranda güclü zəlzələ olub. Yeraltı təkanlar zamanı 1200-ə yaxın şəxs yaralanıb. Onların arasında azərbaycanlılar da var.

31-01-2023, 15:46
Rusiya müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır - Stoltenberq


Rusiya müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır - Stoltenberq

Rusiya Ukraynada müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, çox sayda əsgəri, 200 mindən çox insanı və bəlkə də daha çoxunu səfərbər ediblər. Onlar fəal şəkildə silah və sursat tədarük edirlər”, – deyə baş katib vurğulayıb. Stoltenberqin fikrincə, NATO Rusiya Prezidenti Vladimir Putinin “bütün Ukraynaya nəzarət” məqsədini dəyişdirdiyinə dair əlamət görmür.
31-01-2023, 01:29
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb. Beş ildən sonra vətənə qayıdıb. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olub. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunub. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayıb. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirib, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirib. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışıb, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırıb. İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edib, almanlarla danışıqlar aparıb. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşıb. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdıb. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirib. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayıb. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verib, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edib. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.
31-01-2023, 01:23
“Atatürk-2023” hərbi təlimlərinə start verilib


“Atatürk-2023” hərbi təlimlərinə start verilib

Türkiyə və Pakistan ordusu "Atatürk-2023" adlı birgə hərbi təlimlər keçirir. Bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb. Təlimlər yanvarın 30-da Pakistanın Xeybər Paxtunxva vilayətində başlayıb. Tərbəla bölgəsində keçirilən təlimlər iki həftə davam edəcək. Hərbi təlimlərin məqsədi terrorizmlə mübarizədə birgə addımların işlənib hazırlanmasıdır. Qeyd edək ki, 1998-ci ildən bu yana təlimlər növbə ilə Türkiyə və Pakistanda keçirilir. Türkiyədə keçirilən zaman təlimlər "Cinnah", Pakistanda isə "Atatürk" adlanır.
31-01-2023, 01:16
Minatəmizləmə prosesində Macarıstanla əməkdaşlıq doğru seçimdir - İlham Əliyev


Minatəmizləmə prosesində Macarıstanla əməkdaşlıq doğru seçimdir - İlham Əliyev

"Minatəmizləmə sahəsində Macarıstanla əməkdaşlıq üçün yaxşı imkanlar görürük". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
31-01-2023, 01:13
Qaz təchizatını artırmaq planımız var - İlham Əliyev


Qaz təchizatını ikiqat artırmaq planımız var - İlham Əliyev

"Biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı: “Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!