30-01-2023, 15:29
Nüvə silahı dünyanın təhlükəsizliyində böyük rol oynayır - StoltenberqNATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın müttəfiqləri üçün oynadığı roldan danışıb. O, Vaşinqtonun müttəfiqlərinin maraqları baxımından vacib vəzifə yerinə yetirdiyini söyləyib. Baş katib Rusiya, Çin və Şimali Koreyanın hərəkətləri fonunda bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Nə qədər ki, nüvə silahı var, çəkindirmənin son dərəcə mühüm vəzifəsi var. Xüsusən də Rusiyadakı avtoritar qüvvələrin ona sahib olduğunu və fəal şəkildə sərmayə qoyduğunu, Çinin nələr etdiyini, silahların sayını artırdığını və Şimali Koreyanın hərəkətlərini gördükdə bunu anlayırıq", - deyə o bildirib. Stoltenberqin sözlərinə görə, ABŞ və Fransa kimi NATO ölkələri nüvə silahından əl çəksələr, dünya daha böyük təhlükə ilə üzləşəcək.
30-01-2023, 15:22
ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib - Generalİrana dron hücumlarında ABŞ iştirak etməyib. Bunu Pentaqon rəsmisi, ABŞ ordusunun briqada generalı Patrik Rayder deyib. "ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib", - deyə general məlumat verib. Lakin o, hadisəni geniş şəkildə şərh etmək istəməyib. Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavod başda olmaqla, bir neçə regionunda hərbi obyektlərə PUA-larla zərbələr endirilib.
30-01-2023, 06:26
Səfirliyin bağlanması Təbrizdəki konsulluğun fəaliyyətinə şamil olunmur“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.” Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - nazir müavini bildirib.
29-01-2023, 23:06
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırdıAzərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə XİN başçısının müavini qeyd edib.
29-01-2023, 22:56
Qəbələ rayonunda kişi skeleti aşkarlandıBugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
29-01-2023, 22:54
İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmırİran hakimiyyəti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır. Bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb. Zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar. Qeyd edək ki, dünən Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.
29-01-2023, 22:50
Argentina Ukraynaya silah verməyi düşünmürArgentina və Latın Amerikasındakı qonşuları Ukraynaya silah göndərməyi düşünmür. Bu barədə Argentina prezidenti Alberto Fernandes Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib. O bildirib ki, bu mövqe digər münaqişə zonalarına da aiddir. "Argentina və Latın Amerikası Ukraynaya, eləcə də başqa münaqişə zonasına silah göndərməyə hazırlaşmır və düşünmür", - Fernandes vurğulayıb.
29-01-2023, 22:44
Sülh üçün mübarizə aparırıq - Hulusi Akar"Biz sülh üçün mübarizə aparırıq". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Bir tərəfdən sərhədlərimizin qorunması üçün, digər tərəfdən terrorla mübarizənin həyata keçirilməsi, digər tərəfdən Somali, Sudan, Kosova, Bosniya başda olmaqla Şimali Kipr Türk Cümhuriyyətimiz, azərbaycanlı qardaşlarımız və liviyalı qardaşlarımızla dünyanın 19 fərqli bölgəsində mümkün olan bütün coğrafiyalarda minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk", - deyə Akar vurğulayıb.
29-01-2023, 22:42
İran XİN ölkədə baş verən partlayışlara aydınlıq gətirdiİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün ölkəsində baş verən partlayışlara aydınlıq gətirib. XİN başmısı mətbuat konfransında bu barədə danışıb. "İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum iranlı alimlərin dinc məqsədlərlə atomdan istifadə planlarına təsir etməyəcək. İranın təhlükəsizliyini zəiflətmək naminə ekspertlərimizin dinc məqsədlərlə atomun inkişafı ilə bağlı iradə və niyyətlərinə təsir edə bilməyən qorxaq addımlar atılıb", - deyə nazir bildirib. Qeyd edək ki, gecə İranın İsfahanda yerləşən hərbi zavodlarına dron hücumu həyata keçirilib.
29-01-2023, 22:38
Paşinyan Misir prezidenti ilə əməkdaşlıq perspektivlərindən danışdıErmənistanın baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdəlfəttah əs-Sisi ilə görüşüb. Görüş Misir prezidentinin Ermənistana səfəri çərçivəsində baş tutub. Tərəflər Ermənistan-Misir əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Paşinyan Misir prezidentinin müstəqil Ermənistanın tarixində ilk səfərinin əhəmiyyətini vurğulayıb: "Yəqin ki, bunun şərəfinə İrəvana qar yağıb".