29-01-2023, 22:27
Prezident xanımı ilə MacarıstandaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:29
Prezident Macarıstana rəsmi səfərə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:24
Fransada pensiya yaşının artırılmasına qarşı aksiyalar davam edirFransada pensiya islahatına qarşı etirazlar davam edir. Həmkarlar ittifaqı təşkilatları əhalini tətillərə və kütləvi aksiyalara qoşulmağa çağırıb. Məlumata görə, eyni vaxtda 200-dən çox aksiya təyin olunub. İnsanlar hökumətin növbəti illərdə pensiya yaşının artırılması bağlı qərarına yenidən baxmağı tələb edirlər. Qeyd edək ki, Fransada pensiya yaşının 7 il ərzində 64-ə çatdırılması nəzərdə tutulub.
29-01-2023, 17:21
İranda dəhşətli zəlzələ - 1000-ə yaxın yaralı varİranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.
29-01-2023, 17:18
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildiDövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb. Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
29-01-2023, 16:06
Somalidə terror aktı - Nazir öldürüldüSomalinin Qalmuduq vilayətinin nəqliyyat və aviasiya naziri Farhio Abdi Vasuqe öldürülüb. Onu "Al-Shabab" terror təşkilarının üzvləri qətlə yetirib. Belə ki, terrorçular nazirə qarşı hücum təşkil edib. O, hadisə nəticəsində həlak olub. Hazırda detallarla bağlı araşdırma aparılır.
29-01-2023, 15:49
Şoltsla danışıq yoxdur, lakin Putin hər zaman təmaslara açıqdır - Peskov"Hələlik Putinin qrafikində Şolts ilə razılaşdırılmış danışıq yoxdur, lakin prezident təmaslara hər zaman açıq olub və açıqdır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Putinə zəng etmək niyyəti olduğunu açıqlamışdı. "Son 11 ay ərzində mən Makron kimi Putinlə təkrar-təkrar danışmışam. Sonuncu dəfə dekabrın əvvəlində danışığımız olmuşdu. Və mən Putinlə yenidən telefonla danışacağam. Çünki bir-birimizlə danışmaq lazımdır", - deyə Şolts söyləyib.
29-01-2023, 15:46
Sabaha olan hava
proqnozuAzərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
29-01-2023, 15:43
Sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacımız var - Ermənistan"Ermənistanın sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacı var". Bunu misirli həmkarı ilə görüşü zamanı Ermənistan prezidenti Vahaqn Xaçaturyan deyib. O, Əs-Sisinin Ermənistana səfərini tarixi səfər adlandırıb. "Çünki bu, Misir nümayəndə heyətinin dövlət başçısı səviyyəsində Ermənistana ilk rəsmi səfəridir. Misirin qonşuları ilə dinc yanaşı yaşamaq ideyalarını inkişaf etdirməsi vacibdir", - deyə Vahaqn Xaçaturyan qeyd edib. "Misirin, eləcə də şəxsən Prezident Əs-Sisinin təcrübəsi bizim üçün faydalı olacaq. Hərbi və siyasi keçmişində o, çətin sınaqlarla üzləşib, lakin Misirin davamlı surətdə inkişaf edən ölkəyə çevrilməsini təmin edə bildi", - Ermənistan prezidenti əlavə edib.
29-01-2023, 15:38
Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdiPakistanın cənubundakı Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində 40-dan çox adam həyatını itirib. Bu barədə Bəlucistanın Lasbela bölgəsinin rəsmi nümayəndəsi Həmzə Ancum bildirib. Məlumata görə, avtomobil körpüyə çırpılıb, nəticədə dərəyə düşüb və yanğın başlayıb. Onun sözlərinə görə, avtobusdakı 48 nəfərdən 41-i həlak olub. Qeyd edək ki, yol qaydalarına nadir hallarda əməl olunduğu və bir çox kənd yerlərində yolların bərbad vəziyyətdə olduğu Pakistanda ölümlə nəticələnən qəzalar tez-tez baş verir.