Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
21-12-2022, 00:33
Putinin Ukraynaya səfəri təsdiqləndi


Putinin Ukraynaya səfəri təsdiqləndi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı müharibə zonasına (NVO) səfəri ilə bağlı məlumatı təsdiqləyib. Bu barədə o, “Rossiyskaya qazeta”ya bildirib. Bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Putinin Telegram kanalında “xüsusi əməliyyat zonası”na səfər etdiyini açıqlamışdı. Demişdi ki, Putin “xüsusi hərbi əməliyyat”da iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib. Orada Rusiya Federasiyasının Prezidenti qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib. “Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli”, - Kreml sözçüsü bildirib. Noyabrda Peskov demişdi ki, Rusiya prezidenti Vladimir Putin “vaxtında” Donbasa səfər edəcək, lakin onun hələlik konkret planları yoxdur.
21-12-2022, 00:30
“Neftçi” yarımfinalda


“Neftçi” yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. “Bakcell Arena”da təşkil olunan görüşdə “Neftçi” klubu “Zirə”ni qəbul edib. Matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda yarımfinala yüksəlib. “Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər. Yarımfinal matçları 2023-cü ilin aprelin 19-u və 27-də baş tutacaq.
21-12-2022, 00:26
Zelenski Sakaaşvilini müalicə üçün Ukraynaya çağırdı


Zelenski Sakaaşvilini müalicə üçün Ukraynaya çağırdı

Ukrayna tərəfi həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölkəyə qəbul etməyə hazırdır. Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Mixaylo Podolyak bildirib. Onun sözlərinə görə, Ukrayna Saakaşvilinin təhlükəsizliyini təmin etməyə və onun müalicəsini təmin etməyə hazırdır. Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini azad etməyə və müalicə üçün Ukraynaya köçürməyə çağırıb.
21-12-2022, 00:23
Çin lideri Ukrayna münaqişəsiylə bağlı danışdı


Çin lideri Ukrayna münaqişəsiylə bağlı danışdı

Çin lideri Si Cinpin Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə telefon danışığı aparıb. Bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Çin lideri bildirib ki, Ukrayna böhranının uzadılması və mürəkkəbləşməsi heç kimin marağında deyil. Ştaynmayer isə Pekini Ukraynadakı silahlı münaqişəyə son qoymaq üçün Moskvaya təsir göstərməyə çağırıb. “Tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin vurğulayıb ki, Çin barışıq və danışıqları irəlilətməkdə israrlıdır və hesab edir ki, böhranı uzatmaq və mürəkkəbləşdirmək tərəflərin hər birinin maraqlarına uyğun deyil”, - deyə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. ÇXR lideri qeyd edib ki, Çin tərəfi öz strateji müstəqilliyini nümayiş etdirməkdə Avropanı dəstəkləyir və balanslaşdırılmış, effektiv, davamlı Avropa təhlükəsizlik arxitekturasını yaratmağa ümid edir. Ştaynmayerin mətbuat xidmətinin məlumatına görə , Si Cinpin Çin və Avropa ölkələrinin hərbi əməliyyatların dayandırılmasında və Ukraynanın suverenliyinə hörmətdə ümumi marağı olduğunu vurğulayıb.
21-12-2022, 00:20
Qazilərimiz Azərbaycana qayıtdı


Qazilərimiz Azərbaycana qayıtdı

Ağır yaralanan dörd qazimiz – Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, Ram İsmayılov Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. Ağır yaralılardan olan Əhmədov Saməddin Həmid oğlunun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
21-12-2022, 00:17
Serbiya Prezidenti Azərbaycanda


Serbiya Prezidenti Azərbaycanda

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
21-12-2022, 00:11
Rusiyadan neft almaqdan imtina etdi, Qazaxıstanı seçdi


Rusiyadan neft almaqdan imtina etdi, Qazaxıstanı seçdi

Almaniya 2023-cü ildə Qazaxıstandan xam neft idxal edəcək. Bu barədə Blomberg nəşri məlumat yayıb. Almaniya İqtisadiyyat Nazirliyi xəbəri təsdiqləyib. Bildirilib ki, Berlin Rusiyadan xam neft almaqdan imtina edib. "Almaniyanın Rusiyadan xam neft sifariş etməsi ilə bağlı xəbərlər yalandır. Leuna və Şvedtdəki neft emalı zavodları 2023-cü ildə Rusiyadan xam neft sifariş etməyəcək. Almaniya gələn il Qazaxıstandan neft idxal edəcək",- rəsmi açıqlamada deyilir.
20-12-2022, 17:41
Laçında nadir heyvanlardan sayılan Bezoar dağ keçisi görünüb


Laçında nadir heyvanlardan sayılan Bezoar dağ keçisi görünüb

Laçın rayonu ərazisində Azərbaycan florasının nadir heyvanlarından sayılan Bezoar növ dağ keçisi görünüb. Maraqlı anlar Laçın Zabux yolu üzərində dağlıq ərazidə qeydə alınıb. Belə ki, Laçın rayonu ərazisində çalışan işçilər yol ilə gedərkən sözü gedən dağ keçisini görüb və görüntüləri qeydə alıblar. Şiş buynuzları və iri gövdəsi ilə seçilən dağ keçisi Laçın florasının incilərindəndir. Qeyd edək ki, Bezoar keçisi “Qırmızı kitaba” daxil edilib. Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı 800 - 1200 başa qədərdir.


20-12-2022, 17:34
Çavuşoğlu İsveç və Finlandiyaya çağırış etdi


Çavuşoğlu İsveç və Finlandiyaya çağırış etdi

"FETÖ-çü Bülent Keneşin Türkiyəyə qaytarılmaması pis xəbərdir". Bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu İsveç və Finlandiyaya çağırış edərkən deyib. "Biz artıq İsveçdən, Finlandiyadan gözəl sözlər eşitmək, konkret addımlar görmək istəyirik. Bülent Keneşin Türkiyəyə qaytarılması ilə bağlı tələbimizin rədd edilməsi pis xəbərdir. Çevrilişçilərin oradakı nümayəndələrinin Türkiyəyə qaytarılması vacibdir", - deyə Çavuşoğlu bildirib. Türkiyənin xarici işlər naziri, həmçinin PKK terror təşkilatı üzvlərinin də qaytarılmalı olduğunu vurğulayıb.
20-12-2022, 17:31
Cinayət məcəlləsində bir sıra dəyişikliklər təsdiqləndi


Cinayət məcəlləsində bir sıra dəyişikliklər təsdiqləndi

Xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat Azərbaycanda cəza təyin edilərkən nəzərə alınacaq. Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda yer alıb. Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 83.1-1-ci, 99-5.5-ci və 99-10-cu maddələr əlavə edilib:
“83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.”;
“99-5.5. Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllənin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.”;
“Maddə 99-10. Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət
99-10.1. Hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə;
99-10.1.3. ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə;
99-10.1.4. xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!