Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
20-12-2022, 16:42
Seperatçıların mənfur planı baş tutmadı


Seperatçıların mənfur planı baş tutmadı

Laçın yolunun bağlanması ilə “quyruğu qapı arasında qalan” Qarabağdakı separatçı-terrorçu dəstə vəziyyətdən çıxmağa çalışır. Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin dekabrın 12-dən başladığı aksiyaya qarşı alternativ yollar axtaran separatçılar əks-tədbirlər görməyi müzakirə ediblər. Dünən Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan özünün qondarma “Təhlükəsizlik Şurası”nın iclasını keçirib. Hərçənd Arayikin Qarabağda olmadığı, Laçın yolu bağlanandan bəri - dekabrın 12-dən Ermənistandan qayıda bilmədiyi barədə məlumatlar var və güman olunur ki, o, dünənki iclası internet vasitəsilə keçirib. Separatçıların rəhbərliyi dünənki toplantıda Azərbaycan üçün problem yaratmağı müzakirə ediblər. Bunun üçün Ağdərə-Kəlbəcər yolunu bağlamaq çağırışını gündəmə gətiriblər. Qeyd olunub ki, hazırda rus sülhməramlılarının müşayiəti ilə Ağdərə-Kəlbəcər yolundan Azərbaycanın Kəlbəcərdəki hərbi hissələrinı ərzaq və hərbi texnika aparılır. Arayik Arutyunyanın dünənki iclasında separatçılar belə çağırışlar səsləndiriblər ki, Laçın yolu açılmayınca, azərbaycanlıların Ağdərə-Kəlbəcər yolundan istifadəsinə imkan verilməməlidirlər. Ancaq sonda bu addımın nəticə verməyəcəyi qənaətinə gəlindiyi bildirilir. Qeyd olunub ki, Azərbaycan həmin yola çox da arxayın olmadığından öz işlərini hərbi helikopterlərlə görür. Ermənistanın revanşist ruhlu “Hraparak” qəzeti yazır ki, separatçıların əks-tədbirlər görə bilməməsi özünü Qarabağda “dövlət naziri” elan etmiş Ruben Vardanyan və onun komandasına qarşı narazılıq və etimadsızlığı artırıb. Qarabağdakı mülki ermənilər narazılıqlarını artıq açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.
20-12-2022, 16:38
BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdi


BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdi

Dekabrın 20-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu. Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.



20-12-2022, 16:34
Bu şəxslər tələbə kreditindən yararlanacaq


Bu şəxslər tələbə kreditindən yararlanacaq

Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.
20-12-2022, 16:25
Vardanyandan baş nazirə ittiham


Vardanyandan baş nazirə ittiham

Özünü separatçıların qondarma “dövlət naziri” elan
etmiş rusiyalı milyarder Ruben Vardanyan Qarabağda məskunlaşmış ermənilərin təlaşını aradan qaldırmaq, onları sakitləşdirmək üçün dəridən-qabıqdan çıxır. Vardanyan dünən Əsgəran şəhərinə gedərək, mülki şəxslərlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Xankəndi –Laçın yolu olub. Vardanyanla söhbət edən ermənilər son günlər yaranmış vəziyyətdən - Xankəndi-Laçın yolunun bağlanmasından təşviş keçirdiklərini vurğulayıblar. Görüşdə Ermənistan rəhbərliyinə qarşı ittihamlar səsləndirilib, Nikol Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinə biganəliyi tənqid olunub. Ruben Vardanyan biganəliyi ən təhlükəli hadisə adlandırmaqla, dolayısı ilə Paşinyanı ittiham edib. O, deyib ki, separatçılar hazırda vəziyyətdən çıxış yollarını tapmaq üçün Birləşmiş Millətlər Təşkilatı, Fransa, ABŞ və Rusiya ilə müxtəlif səviyyələrdə işləyir.
19-12-2022, 23:17
Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı


Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı

Dünya çempionatının qalibi olan Argentina millisinə 52 milyon ABŞ dolları mükafat veriləcək. Vəsaitin 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Qalan vəsaiti isə FIFA ödəyəcək. Xatırladaq ki, dünən Argentina millisi finalda Fransanı məğlub edərək dünya çempionu olub.
19-12-2022, 23:14
Azərbaycandan Ukraynaya növbəti yardım


Azərbaycandan Ukraynaya növbəti yardım

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav kanevski məlumat yayıb. “Azərbaycan biznesi ilə birgə təşkil edilən növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – deyə diplomat feysbukda bildirib.
19-12-2022, 23:11
Səudiyyə Ərəbistanla münasibətləri düzəltməyə hazırıq - İran XİN


Səudiyyə Ərəbistanla münasibətləri düzəltməyə hazırıq - İran XİN

İran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib. "Səudiyyə Ərəbistanı ilə danışıqlar əvvəlki yolla davam edəcək, biz rəsmi diplomatiya yolu ilə getməyə, iki ölkənin səfirliklərini yenidən açmağa və Səudiyyə tərəfi buna hazır olduqdan sonra normal münasibətlərə qayıtmağa hazırıq", - İranın xarici işlər naziri bildirib. Dekabrın 17-də İRNA agentliyi məlumat yayıb ki, İran prezidenti İbrahim Rəisi Əmman konfransı çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə görüşə bilər. Abdullahianın sözlərinə görə, dekabrın 20-də Əmmanda keçiriləcək konfransda "regiondakı problemlərin aradan qaldırılması üçün platforma yaradıla bilər".
19-12-2022, 23:09
Baş nazir Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırdı


Baş nazir Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırdı

Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfdaş ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirməyə çağırıb. Bu barədə o, Birləşmiş Ekspedisiya Qüvvələrinin Riqada keçirilən sammitində danışıb. Onun sözlərinə görə, Rusiya ordusu Ukraynada olduğu müddətdə Moskva ilə Kiyev arasında danışıqlar baş tutmayacaq. “Bizə aydın olmalıdır ki, Rusiyanın hər hansı birtərəfli atəşkəs çağırışı hazırkı kontekstdə tamamilə mənasızdır. Düşünürəm ki, bu, yalançı çağırış olacaq. Bundan Rusiya öz qoşunlarını yenidən toplamaq və gücləndirmək üçün istifadə edəcək. Qoşunları zəbt etdikləri ərazilərdən çıxarmayana qədər real danışıqlar aparıla bilməz”, - deyə Sunak qeyd edib.
19-12-2022, 23:06
“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi


“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan biri başa çatıb. Belə ki, "Qəbələ" klubu öz meydanında "Qarabağ"ı qəbul edib. İlk oyunu 2:2 hesabı ilə başa çatan komandaların görüşü "Qəbələ"nin üstünlüyü başa çatıb - 1:0. Bununla da "Qəbələ" komandası "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəlib. Digər matçda isə "Sabah" klubu "Səbail"lə doğma meydanda üz-üzə gələcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"da keçirilən ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
19-12-2022, 23:03
Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandı


Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandı

Bu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşməsinə dair əməkdaşlıq məsələləri öz əksini tapıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!