Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
18-12-2022, 21:01
Qarabağa sərmayə yatırmaq ərəblərin maraq dairəsindədir


Qarabağa sərmayə yatırmaq ərəblərin maraq dairəsindədir

Səudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar. Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Zəngilanda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana geniş nümayəndə heyəti gəlib, onlar yalnız dövlət sektorunda təmsil edilmirlər, həmçinin burada özəl sektorun nümayəndələri də var: "Nümayəndə heyətinin tərkibində Azərbaycanda energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm, hotel kimi sahələrə investisiya yatırmağa maraqlı olan investorlar var. Hesab edirəm ki, azad edilmiş ərazilərdə infrastruktur tam olanda Səudiyyə Ərəbistanı və ətraf ölkələr üçün maraq kəsb edəcək. Bu ərazilərdə turizm cəlbedicidir". Nazir deyib ki, Səudiyyə Ərəbistanının texnologiya şirkətləri Azərbaycanın texnologiya sahəsinə investisiya yatırmağı nəzərdən keçirirlər. Xalid bin Əbdüləziz Əl-Falih qeyd edib ki, nümayəndə heyətinin tərkibində dövlət nümayəndələri də təmsil olunurlar: "Səudiyyə İnkişaf Fondu Azərbaycanda aktiv fəaliyyət göstərir. Fond 5 layihəni maliyyələşdirib. Onlar azad edilmiş ərazilərdə infrastruktur layihələrini maliyyələşdirməkdə maraqlıdılar". "Biz Azərbaycan dövləti ilə 30 ildir ki, yan-yanayıq. Bizim üçün ən önəmli məsələlərdən biri azad edilmiş ərazilərə normal həyatın qayıtmasıdır", - səudiyyəli nazir vurğulayıb.
18-12-2022, 20:57
Səudiyyə naziri Zəngilanda


Səudiyyə naziri Zəngilanda

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycanın maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan rayonuna səfər ediblər. Zəngilan hava limanında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinq keçirilib. Brifinqdən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevində iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığından gələn 50-dən çox qonaq Zəngilan məscidinin yenidən qurulması, Zəngilan şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb. Qonaqlar, eyni zamanda, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinə baxış keçirib və burada yaradılan infrastrukturla yaxından tanış olublar. Daha sonra səudiyyəli qonaqlar Zəngilan rayonunda yerləşən Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olub, kənd sakinləri ilə görüşüblər. “Göyərçin” abidə-fəvvarə kompleksinə və meydana baxış keçirilib. Sonda səfərdə iştirak edən qonaqlar Zəngilan Beynəlxalq Hava Limanından Bakı şəhərlərinə yola salınıblar.
18-12-2022, 20:53
Saakaşviliyə dəstək aksiyası keçirildi


Saakaşviliyə dəstək aksiyası keçirildi

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları Bidzina İvanişvilinin biznes mərkəzinin yaxınlığında sabiq prezixent Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriblər. Mitinqdə partiya sədrliyinə iki namizəd - Giorgi Mumladze və Levan Xabeişvili də iştirak edib. Mitinqin təşkilatçılarından olan Giorgi Mumladze bildirib ki, dekabrın 22-dən sonra Bidzina İvanişvilinin Çorvila, Abastumani və Şekvetilidəki digər evlərinin yaxınlığında da oxşar etiraz aksiyaları təşkil olunacaq. “Bugünkü hərəkətimizlə biz Bidzina İvanişviliyə konkret mesaj verməliyik ki, məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın episentrinə çevriləcək və davamlı aksiyalar olacaq. O, həmişə belə hərəkətlərdən qorxur, ona görə də polisi tam səfərbər edir, ona görə də o, polis gücündən istifadə etməklə qorunmalı və evə qapanmalı, sərbəst hərəkət etməməlidir”, - deyə Giorgi Mumladze bildirib. Qeyd edək ki, Bidzina İvanişvilinin Tbilisidəki biznes mərkəzinin ətrafına çox sayda polis əməkdaşları cəlb olunub.
18-12-2022, 16:29
Qiymətlərin qalxmasına dövlət nəzarət etmir


Qiymətlərin qalxmasına dövlət nəzarət etmir

Bayram günləri otellərdə qiymətlərin yüksəlməsini bazar tənzimləyir. Buna dövlət nəzarət etmir. Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə Yeni il bayramı ilə əlaqədar otellərdə qiymətlərin yüksək olmasına barədə sualını cavablandırarkən deyib. Agentlik rəsmisi qeyd edib ki, tələbat artdıqca, turizm sahəsində qiymətlər də artır: "Bu, bütün sahələrdə belədir. Necə ki, bayramqabağı bazar və marketlərdə qiymətlər yüksəlir, turizm sahəsində də eyni hal müşahidə edilir. Məsələn, hazırda olduğumuz "Şahdağ" Turizm Mərkəzində yanvar ayının sonuna qədər bütün yerlər tan dolub. Yəni tələbat artdıqca, qiymətlər də yüksəlir. Bu, bazar iqtisadiyyatıdır, dövlət tərəfindən tənzimlənmir".
18-12-2022, 16:26
Türkiyə yenidən Gürcüstana hərbi dəstək göndərdi


Türkiyə yenidən Gürcüstana hərbi dəstək göndərdi

Türkiyə hökuməti aviasiya və hava hücumundan müdafiə imkanlarının təkmilləşdirilməsi məqsədilə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar təhvil verib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Marneuli aeradromunda texnikanın hədiyyə olaraq təhvil verilmə mərasmində müdafiə nazirinin müavini Qriqol Giorqadze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze və Türkiyənin Gürcüstandakı səfiri Əli Kaan Orbay iştirak ediblər. Qeyd olunub ki, Gürcüstan Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına Türkiyə tərəfdən 2 ədəd aerodrom xüsusi texnikası və UH-1H helikopterləri üçün ehtiyat hissələri çatdırılıb. Daha sonra Aviasiya və Hava Hücumundan Müdafiə Komandanı, polkovnik Serqo Ninua və Türkiyə Respublikasının Müdafiə Attaşesi, polkovnik Burak Altıner tərəfindən imzalanan texnikanın ötürülməsi protokolu imzalanıb. Avadanlıqların ötürülməsi Türkiyə Cümhuriyyəti ilə imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Bildirilib ki, Gürcüstan və Türkiyə uzun illərdir müdafiə sahəsində sıx əməkdaşlıq edir.
18-12-2022, 16:24
Zəngəzur yolunda aparılan işlərin yarıdan çoxu tamamlanıb


Zəngəzur yolunda aparılan işlərin yarıdan çoxu tamamlanıb

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 %-i, avtomobil yolunda isə 70 %-i tamamlanıb. Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir. Bunu Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin iştirakı ilə Zəngilanda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək 5 əsas inkişaf istiqaməti var: "Bunlar kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat və logistika, turizm və "yaşıl" enerjidir". V. Hacıyev bildirib ki, Şərqi Zəngəzurun yenidən qurulması prosesində kifayət qədər çətinliklər olsa da, eyni zamanda böyük imkanlar da var idi: "Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritet idi. Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi olub. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir".
18-12-2022, 16:19
İordaniyada toqquşma - Ölən və yaralananlar var


İordaniyada toqquşma - Ölən və yaralananlar var

İordaniyanın Əl-Hüseyniyə şəhərində yanacağın qiymətinin qalxmasına etiraz edən sakinlər və polis əməkdaşları arasında toqquşma baş verib. İğtişaş zamanı silahlı təxribatçıların açdığı atəş nəticəsində bir polis zabiti həlak olub, daha iki qanun keşikçisi yaralanıb. Məlumata görə, əraziyə cəlb olunan əlavə polis qüvvələri iğtişaşda iştirak edən 44 nəfəri saxlayıb. İordaniya Kralı II Abdulla dövlət telekanalında çıxış edərək bildirib ki, “dövlətə qarşı silah qaldıranlar ağır şəkildə cəzalandırılacaqlar”. Qeyd edək ki, İordaniyada yanacağın qiymətinin iki dəfəyə yaxın qalxmasına görə sürücülər və mağaza sahibləri bir həftədir tətil edirlər.
18-12-2022, 16:16
İlham Əliyev Səudiyyə nümayəndə heyətini qəbul etdi


İlham Əliyev Səudiyyə nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edildi, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulandı. Dövlətimizin başçısı bundan əvvəl Xalid bin Əbdüləziz Əl-Falihlə görüşünü məmnunluqla xatırlayaraq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçəcəyinə əminliyini bildirdi. Əməkdaşlığımızın gündəliyinin daha da genişləndiyini deyən Prezident İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını dedi və biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraq göstərdiyini bildirdi, bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihəni əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirdi. Prezident İlham Əliyev alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu dedi. Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığından nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ilə keçirilən görüşdən şərəf hissi duyduqlarını bildirən Xalid bin Əbdüləziz Əl-Falih əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıq və tövsiyələrə görə minnətdarlığnı bildirdi. Qonaq İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud və Vəliəhdi Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını və son dövrlərdə ölkəmizin əldə etdiyi böyük uğurlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana OPEK+ çərçivəsində əməkdaşlıq və Səudiyyə Ərəbistanının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsində verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq qeyd etdi ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəkləyib. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğuladı. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq dedi: “Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq”. Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirdi. Xalid bin Əbdüləziz Əl-Falih ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğuladı. Qonaq Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrin, bu baxımdan dünən Rumıniyada imzalanan Sazişin əhəmiyyətinə toxundu. Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulandı, ölkəmizdə bərpaolunan enerji generasiya layihələrində Səudiyyə Ərəbistanı Krallığından olan şirkətlərin iştirakı müzakirə edildi. Qeyd edildi ki, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə, həmçinin kənd təsərrüfatında və digər sahələrdə yeni layihələrə investisiya qoymaqda maraqlıdır. Görüşdə Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondunun və Dövlət İnvestisiya Fondunun ölkəmizdəki layihələri maliyyələşdirməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkli çəkdirildi.


18-12-2022, 16:12
Xankəndi yolunda baş verən aksiyayla bağlı son durum


Xankəndi yolunda baş verən aksiyayla bağlı son durum

Artıq yeddi gündür ki, ekologiya üzrə ixtisaslaşmış Qeyri-Hökumət təşkilatları, ictimai fəallar və könüllülər Şuşa-Xankəndi yolunda ekoloji cinayətlər əleyhinə aksiya keçirirlər. Hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc aksiya hələ də davam edir. Getdikcə aksiya iştirakçılarının sayı artır və ölkənin bütün bölgələrindən Laçın yoluna axın müşahidə edilir. İlk gündən aksiyanın iştirakçılarından olan QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə etirazlarla bağlı son durum barədə məlumat verib. Onun sözlərinə görə, hazırda aksiya yüksək səviyyədə davam edir: “Artıq bir həftədir aksiya davam edir. Biz ikinci dəfədir ki, aksiyaya qoşuluruq. Dünən axşamdan buradayıq, könüllülər, QHT nümayəndələri aksiyaya qoşulub. Bu gün Rusiya sülhməramlılarına məxsus humanitar yönümlü yük maşınları əks istiqamətdə maneəsiz hərəkət edib. Aksiya yüksək səviyyədə keçirilir, tələblərimiz olduğu kimi qalır. Əsas tələblər Azərbaycan nümayəndə heyətinin monitorinq aparmasına icazə verilməsi, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında yerləşən sərvətlərimizə dəyən ziyanın öyrənilməsidir. Aksiyanın əsas şüarları isə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”dır. Bu kimi şüarlar üç dildə - Azərbaycan, rus, ingilis dillərində səslənir, plakatlar da qaldırılır. Aksiya iştirakçılarının təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Eyni zamanda gecə boyu Azərbaycanın milli musiqiləri səslənib, humanitar mesajlar verilib”. QHT rəhbəri vurğulayıb ki, aksiyanın davam etdirilməsində məqsəd sülhməramlıların xidmət etdiyi ərazilərdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılmasıdır: "Tələb edirik ki, müvafiq dövlət qurumları, o cümlədən QHT-lər ekoloji məsələlərlə bağlı monitorinq keçirsinlər. Təəssüf ki, bu günə qədər ərazilərimizdə monitorinqlərin keçirilməsinə şərait yaradılmayıb. Aidiyyəti qurumlarımız bununla bağlı yol xəritəsi hazırlayaraq sülhməramlıların nümayəndələrinə təqdim edib. Tələblərimiz hələ də yerinə yetirilməyib". Aksiya iştirakçısı onu da qeyd edib ki, sülhməramlıların əsas vəzifəsi təhlükəsizliyi təmin etmək olduğu halda, onlar yalnız ermənilərin mənafeyini qoruyurlar: "Sülhməramlılar xarici ölkə vətəndaşlarının buraya keçməsinə şərait yaradıblar. İşğaldan azad olunmuş ərazilərimizdə təbii sərvətlərin danışmasına göz yumublar. Bu səbəbdən biz mübarizəmizi sona qədər davam etdirəcəyik”. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
18-12-2022, 16:09
ABŞ-da polis idarələrindən maraqlı kampaniya


ABŞ-da polis idarələrindən maraqlı kampaniya

ABŞ-ın New-York ştatının Broklyn şəhərində yerli polis idarələri maraqlı kampaniya başladıb. Fərdlərin kütləvi silah almasının qarşısını almaq üçün qeyri-adi addım atılıb. Belə ki, əgər kimsə könüllü şəkildə silahını polisə təslim edərsə, 500 dollar mükafat alacaq. Üstəlik, silahın dəyəri də sahibinə geri veriləcək. İlkin mərhələdə silahlarını təhvil verənlərə 500 dollardan əlavə mobil tabletlər də hədiyyə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!