Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
21-10-2022, 14:37
Conson yenidən baş nazir olmağa hazırlaşır


Conson yenidən baş nazir olmağa hazırlaşır

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hökumət rəhbəri postuna öz namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə "Times" nəşri yazıb. Bildirilir ki, bir həftə ərzində partiyanın yeni liderinin seçkisi keçiriləcək. Qəzetin yazdığına görə, keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya İcmalar Palatasının lideri Penni Mordaunt da namizədliyini irəli sürməyi planlaşdırır. Xatırladaq ki, Trass bu gün, baş nazirliyinin 45-ci günündə vəzifəsindən istefa verdiyini açıqlayıb.
21-10-2022, 14:35
Zelenski Lukaşenkonu da "qara siyahı"ya saldı


Zelenski Lukaşenkonu da "qara siyahı"ya saldı

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus dövlət başçısı Aleksandr Lukaşenkoya sanksiya tətbiq edib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, Belarusun birinci xanımı Qalina Lukaşenko da "qara siyahı"ya salınıb. Xatırladaq ki, siyahıda rusiyalı və ukraynalı biznesmenlərin də adları yer alıb.
21-10-2022, 14:33
Naxçıvanda müdafiə istehkamları möhkəmləndirilib


Naxçıvanda müdafiə istehkamları möhkəmləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq digər bölgələrdə olduğu kimi, Havuş və Buzqov istiqamətlərində də müdafiə mövqelərində xidmət şəraiti yaxşılaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrində olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb. Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, şəxsi heyətə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub. Məlumat verilib ki, bu istiqamətdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqə yenidən tikilib, onlar elektrik enerjisi, təbii qaz və bütün növ mebel avadanlıqları ilə təmin olunub, 4 məntəqədə isə əsaslı təmir-bərpa işləri görülüb. Mövqelərarası 20 kilometrdən artıq elektrik xətti yenisi ilə əvəz olunub, bütün mövqelərə gələn təminat yolları təkmilləşdirilib və əlavə olaraq 6 kilometrə yaxın təminat yolu çəkilib. Mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Bütün mövqelər ərzaq, əşya, su, yanacaq və odunla təmin olunaraq qış ehtiyatı yaradılıb. Mövqelərdə sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müdafiə mövqelərində olub. Kapitan Elgiz Yusifli, əsgərlərdən Nicat Həmidli, Nəsbala Həsənov, Qurban Eyvazov və Teymur Quliyev minnətdarlıq edərək şəxsi heyətin qayğı ilə əhatə olunduğunu bildirib, düşmənin hər hansı təxribatına layiqincə cavab veriləcəyini qeyd ediblər. Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Birimiz hamımız, hamımız birimiz üçün!” şüarını səsləndiriblər. Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulub. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır. Sonra Ali Məclisin Sədri digər mövqelərdə də olub, xidmətin təşkili və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Qarşıdan gələn soyuq qış aylarında da xidmətin nümunəvi təşkili üçün ön xətt mövqelərində lazımi ehtiyat yaradılıb. Mövqelərdə ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlığın artırılıması diqqətdə saxlanılır. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, Ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edən kitablar, qəzet və jurnallar şəxsi heyətin istifadəsinə verilib. Burada əsgərlər dövri mətbuatla tanış olur, hərbi və bədii ədəbiyyatları mütaliə edirlər. Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanıb. Məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunur. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarı da lazımi geyim dəstləri və digər məişət avadanlıqları ilə təmin edilib. Sonra Ali Məclisin Sədri Buzqov bölgəsində yerləşən mövqelərdə də olub, əsgər və zabitlərlə görüşüb, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib. Gətirilmiş 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilib.





20-10-2022, 21:36
“Qarabağ”dan daha bir qələbə


“Qarabağ”dan daha bir qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. Butov.az xəbər verir ki, günün yeganə oyununda “Qarabağ” klubu “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”da təşkil olunan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub. Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq. Qeyd edək ki, XI turun “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” - “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.
20-10-2022, 21:17
28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına "HƏ" deyib


28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına "HƏ" deyib

NATO-ya üzv olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın Alyansa daxil olmasını ratifikasiya edib. Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib. Stoltenberq İsveç və Finlandiyaya təzyiq ediləcəyi təqdirdə, NATO-nun onlara dəstək olacağına söz verib. Blokun 30 ölkəsindən yalnız ikisi, Macarıstanla Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyib. Mətbuatda bildirilir ki, yaxın günlərdə Macarıstan parlamenti qərarı ratifikasiya edəcək.
20-10-2022, 21:11
Kəlbəcər və Daşkəsən yenə atəşə tutuldu


Kəlbəcər və Daşkəsən yenə atəşə tutuldu

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
20-10-2022, 21:10
Dini icma rəhbəri niyə intihar edib?


Dini icma rəhbəri niyə intihar edib?

Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib. Hadisə məscidin ərazisində baş verib. Məlumata görə, H.Babayev məscidin həyətində olan yarımtikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq, intihar etməsində heç kimin günahının olmadığını qeyd edib. Dini icma rəhbərinin intiharı barədə danışan Lənkəranın Qurumba kəndinin icra nümayəndəsi Oruc Şəkərov hadisənin müəmmalı olduğunu söyləyib. O, Hacıhəsən Babayevin kəndin ağsaqqalı kimi hörmətli adam olduğunu vurğulayıb.“Mərhum problemli adam deyildi. Dini icmanın sədri kimi hörmət sahibi idi. İntiharın səbəbi müəmma olaraq qalır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, meyit ekspertizaya göndərilib. Hazırda intiharla bağlı araşdırma aparılır. Yəqin ki, araşdırmadan sonra hər şey aydın olacaq”, - deyə icra nümayəndəsi qeyd edib.
20-10-2022, 21:08
Ərdoğan Zəngəzur dəhlizindən danışdı, “qorxmayın” dedi


Ərdoğan Zəngəzur dəhlizindən danışdı, “qorxmayın” dedi

“Məncə, Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq yersizdir”. Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan əmin addımlarla yoluna davam edir:“Zəngəzur dəhlizi Orta Dəhlizdəki bütün ölkələr üçün inkişaf və sərmayə imkanlarını təqdim edəcək. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib və 30 illik haqqını geri alıb".
20-10-2022, 21:06
Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri


Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri

"Müharibədən qısa müddət sonra belə hava limanlarını inşa etmək hər ölkənin bacaracağı iş deyil". Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etmədiyinə diqqət çəkib:"Onlar gəlmir. Ermənistanın törətdiyi vəhşilikləri görməzdən gəlirlər. Bunlarla bağlı Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində iddia irəli sürməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələr yenidən qurulur, Azərbaycan yenidən inşa edilir. Biz bunları bu gün yaşayırıq, duyaraq deyil, görərək bunları bildiririk. Azərbaycan adətən küllərindən doğaraq yenidən ayağa qalxır. Bu hava limanları Qarabağın azad edilməsindən sonra Qarabağın çiçəklənməsinin bir göstəricisidir”.
20-10-2022, 21:04
Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev


Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev

"Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir". Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatı zamanı deyib."Bu gün biz birlikdə Zəngilan hava limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli hava limanını birlikdə açdıq. Bu gün isə Zəngilan hava limanını açdıq. Yəni, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik", - deyə dövlət başçısı bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!