20-10-2022, 21:00
Çavuşoğlu Hindistan və İranın Ermənistanı silahlandırmasından danışdıCəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirib.
Butov.az-ın verdiyi xəbərə görə, nazir bildirib ki, silahlandırma ilə münaqişənin həll edilməyəcəyini 30 ilin sonunda hamı görüb.“Artıq Qafqazda hər kəs sülh və sabitlikdən danışmalıdır. Hazırda Orta Dəhliz daxil olmaqla əhəmiyyətli layihələrin həyata keçirilməsindən danışılmalıdır. Orta Dəhliz hazırda çox böyük önəm qazanıb. Qida və enerji böhranından dolayı çox fürsətlər yaranıb. Silahlanmaya deyil, sülhə və birlikdə çalışmağa diqqəti yönəltməliyik”, - deyə XİN başçısı vurğulayıb.
20-10-2022, 20:58
Lənkəranda molla məktub yazıb özünü məsciddə asdıLənkəranın Qurumba kənd məscidinin imamı Hacıhəsən Babayev intihar edib.
Butov.az xəbər verir ki, dini icma sədri məscidin həyətindəki tikilidə özünü asaraq öldürüb. Məlumata görə, o, hadisədən əvvəl məktub yazıb və intiharda heç kimin günahkar olmadığını bildirib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
20-10-2022, 20:56
Azərbaycan tək deyil - Akar Cəbrayıldan mesaj verdi“Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etmək üçün mübarizəsini tamamlayıb”. Bunu Cəbrayılda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.“Müharibə bitdikdən, təhlükəsizlik tam təmin edildikdən sonra iqtisadi müharibə başlayır. Bunlarla əlaqədar heyvandarlıq, əkinçiliyin inkişaf etdirilməsi, yol, körpü tikintisinin sürətlə aparıldığını görürük. Hər zaman dediyim kimi, Azərbaycan tək deyil. Biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola, tək ürək, tək bilək olaraq çalışmalarını davam etdirir. Bundan sonra gələcək həm təhlükəsizlik, həm də rifah baxımından daha yaxşı olacaq”, - Hulusi Akar qeyd edib.
20-10-2022, 20:55
Metroda telefonla gedişhaqqı ödəmək mümkün olacaqGələn ildən Bakı metropoliteni stansiyalarda təmassız ödəniş etmək imkanı yaratmağı nəzərdə tutur. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq prosesin tətbiqi ilə bağlı işlər davam etdirilir: "Texniki dizayn və təkrar sınaq işləri başa çatandan sonra sistem istifadəyə veriləcək. Bundan sonra sərnişinlər smart saatlar, mobil cihazlar, QR kodlar və bank kartları ilə gedişhaqqı ödəyə biləcəklər".
20-10-2022, 20:54
“Etiraf edirəm ki, bacarmadım” - Trass istefa səbəbini açıqladıLiz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsinin səbəbini açıqlayıb.
Butov.az-ın məlumatına görə, Trass vəzifəsini yerinə yetirə bilmədiyini söyləyib."Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm", - deyə o xalqa müraciətində vurğulayıb. Qeyd edək ki, Liz Trass cəmi 6 həftə Baş nazir vəzifəsini icra edib. İstefa qərarı ilə o, indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb. Onu da bildirək ki, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək.
20-10-2022, 20:52
Putin Kadırovun anasına “Şərəf” ordeni verdiRusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovun anasını “Şərəf” ordeni ilə təltif edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Kadırovun anası yüksək mükafata layiq görülüb: “Rusiya qəhrəmanı, Axmat Kadırov adına Regional İctimai Fondunun prezidenti Kadırova Aymani Nesievna fəal ictimai fəaliyyətinə görə təltif edilib”. Qeyd edək ki, oktyabrın 5-də Prezident Putin Ramzan Kadırova general-polkovnik hərbi rütbəsi verib.
20-10-2022, 20:50
Britaniyanın Baş naziri istefa verdiBöyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Bu barədə o, özü açıqlamasında bildirib. Məlumata görə, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək. Qeyd edək ki, Liz Trass altı həftə əvvəl Böyük Britaniyanın Baş naziri seçilmişdi.
20-10-2022, 20:48
Prezidentlər Cəbrayıla ceyranlar buraxdılarCəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.
Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib. Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkdilər. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxıblar.
20-10-2022, 16:46
Zəngilan hava limanı açıldıOktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
20-10-2022, 16:42
Bakıya gətirilən yeni qatarların özəllikləriRusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 10 vaqondan ibarət hərəkət tərkibi Bakı metropoliteninin “Nərimanov” elektrik deposuna gətirilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, hər biri innovasiyalar baxımından 4-cü nəslə mənsub 81-765 B./81-766 B. modelli 5 vaqondan ibarət 4 qatar 2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə əsasən, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunub:"Texniki tapşırıqda Azərbaycan paytaxtının mikroiqlim və coğrafi şəraiti, Bakı metropoliteninin xüsusiyyətləri və mürəkkəb infrastrukturu nəzərə alınıb. Gətirilmiş vaqonların sərnişinə xidmət baxımından üstünlüklərindən kondisioner sisteminin Bakının isti iqlim şəraitinə uyğunlaşdırılması xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sisteminə havanın bakteriyalardan təmizləmə funksiyası da daxildir. Əlavə olaraq, vaqonlarda ultrabənövşəyi lampalar məhz bu funksionallığa malikdir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin qatar boyu hərəkət rahatlığını, onların bərabər paylanmasını təmin edir. Yeni vaqonların tutumu əvvəlki nəsil analoqları ilə müqayisədə, 15 faiz çoxdur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonun isə 329 nəfərdir. Həmçinin qapıların daha enli olması sərnişinlərin minib-düşmə rahatlığını, intensivliyini artırır və bu, qatarların hərəkət qrafikinin pozulmasının aradan qaldırılmasında müəyyən rol oynayır. Qapıların rəvan açılıb-bağlanan sistemi həm də fiziki təzyiqlərə davamlıdır. Sərnişinə xidmət mədəniyyətinin yüksəldilməsi baxımından yeni qatarlar əlil və uşaq arabaları, iri yüklər üçün zonalara malikdir. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da vaqonların daşıma qabiliyyətini artırır. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orijinal qrafikalı informasiya sistemlərindən ibarətdir. Bütün vaqonlarda mobil cihazların yüklənmə portları var. Sərnişinlər üçün ilk nəzərəçarpacaq fərq məhz baş vaqonların ön işıqlanma sisteminin fərqli dizaynda olmasıdır.
Maşinist kabinasının genişliyi daha rahat idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır. Sazlama və tənzimləmə, xətlərdə normativlərə uyğun son sınaq yürüşlərindən sonra qatarlar xəttə veriləcək.“Bakı Metropoliteni” QSC-nin növbəti texniki heyəti istehsal prosesi tamamlanaraq ilkin sınaqlara cəlb edilmiş daha 10 yeni nəsil qatarın qəbulu üçün Rusiya Federasiyasına yollanıb. Qəbul prosedurları uğurla tamamlanarsa, 10 vaqondan ibarət qatar karvanının oktyabr ayının sonlarında Bakıya yola salınması gözlənilir.