Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
18-10-2022, 22:53
Ukrayna İsraildən hərbi kömək istədi


Ukrayna İsraildən hərbi kömək istədi

Ukrayna rəsmi olaraq Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etmək xahişi ilə İsrailə müraciət edəcək. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. "Dünən mən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək xahişi ilə Avropa İttifaqı ölkələrinə müraciət etdim. Bu mövzunu “Ramşteyn formatı” çərçivəsində Ukrayna prezidenti, müdafiə naziri daim qaldırır. Bu gün Kiyev İsrail hökumətinə Ukraynanı təcili olaraq hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və Ukraynanın müvafiq müdafiə sistemləri alması üçün yüksək keyfiyyətli əməkdaşlığa başlamaq xahişi ilə rəsmi nota göndərəcək”, - o, onlayn brifinq zamanı bildirib. Bundan əvvəl onlayn rejimdə keçirilən G7 sammitində çıxış edən Vladimir Zelenski Ukrayna üçün “hava qalxanı” yaratmağa və Kiyevi kifayət qədər müasir və effektiv hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb. Rusiya Silahlı Qüvvələrinin Ukrayna infrastrukturuna hücumları oktyabrın 10-da Krım körpüsündə törədilən partlayışdan iki gün sonra başlayıb. Prezident Vladimir Putin körpüdə baş verən partlayışa görə Kiyevi ittiham edib.
18-10-2022, 22:51
Baş nazir qərar verdi - 4 gün iş olmayacaq


Baş nazir qərar verdi - 4 gün iş olmayacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 4 gün - 6, 7, 8 və 9 noyabr tarixləri qeyri-iş günü olacaq.
18-10-2022, 22:49
Şahdağa qar yağdı


Şahdağa qar yağdı

Şahdağa qar yağıb, Əyriçaydan sel keçib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında (Bakı, Sumqayıt, Maştağa) şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb. Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.
18-10-2022, 22:47
Müdafiə naziri təcili ABŞ-a getdi - Səbəb Ukraynadır


Müdafiə naziri təcili ABŞ-a getdi - Səbəb Ukraynadır

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu gün səhər saatlarında ABŞ-a gedib. Bu barədə "The Telegraph" qəzeti yazıb. Nazirliyin sözçüsünün məlumatına görə, Uolles ABŞ-da Ukraynaya yardım məsələlərini müzakirə edəcək. "ABŞ bizim kimi Ukraynanın əsas müttəfiqlərindən biri olub və aparıcı rol oynayıb, ona görə də bu, Müdafiə Nazirliyinin rəhbərinin həmkarları ilə görüşməsi və gələcək dəstək yollarını müzakirə etmək üçün fürsətdir", - nazirin sözçüsü bildirib. Müdafiə nazirinin ABŞ-a planlaşdırılmamış səfəri ilə əlaqədar parlament üzvləri qarşısında çıxışı təxirə salınıb.
18-10-2022, 22:45
İran Rusiyaya raket və yeni PUA-lar göndərir


İran Rusiyaya raket və yeni PUA-lar göndərir

İran Rusiyaya yeni raketlər, həmçinin əlavə pilotsuz uçuş aparatları tədarük edəcəyinə söz verib. Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən yazıb. İddialara əsasən, tərəflər arasında razılaşma oktyabrın 6-da İran rəsmilərinin silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib. Məlumata görə, Rusiya İrandan xüsusilə “Fateh” və “Zülfüqar” raketləri istəyib. Qeyd edək ki, bundan öncə İran tərəfi isə Rusiyaya PUA və silah satmadığını açıqlayıb.
18-10-2022, 22:43
Türkiyə “Tayfun” raketini sınaqdan keçirdi


Türkiyə “Tayfun” raketini sınaqdan keçirdi

Türkiyə yerli istehsal olan qısa mənzilli ballistik raketini Qara dəniz üzərində sınaqdan keçirib. Bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb. Raket oktyabrın 18-də səhər saat 07:00-da Rizə şəhəri yaxınlığındakı hava limanından buraxılıb. Məlumata görə, raket 561 kilometr məsafə qət edərək Rizənin qərbindəki Sinop sahil qəsəbəsi yaxınlığında yerə düşüb. Agentlik bildirib ki, “Tayfun” adı verilən gizli raket layihəsi bir neçə ildir davam edir.
18-10-2022, 22:42
Güləşçimiz dünya ikincisi oldu


Güləşçimiz dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yarışan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə uduzan idmançımız gümüş medalla kifayətlənib. Xatırladaq ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.
18-10-2022, 22:40
NATO Kiyevə PUA əleyhinə sistemlər verəcək


NATO Kiyevə PUA əleyhinə sistemlər verəcək

NATO tezliklə Ukraynaya pilotsuz uçuş aparatları əleyhinə sistemlər verəcək. Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib. O deyib ki, Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün yüzlərlə texnika veriləcək. Stoltenberq sistemlərin növünü açıqlamayıb, lakin onların tezliklə təhvil veriləcəyini söyləyib. “NATO yaxın günlərdə Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün stansiyalar, yüzlərlə aktiv sistem çatdıracaq”, - deyə Stolteberq Berlin Forumunda vurğulayıb. Qeyd edək ki, Ukrayna Rusiyanın istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün Qərb ölkələrindən yardım istəyib.
18-10-2022, 22:38
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə o, rəsmi "Twitter" hesabında paylaşım edib. “Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”, - paylaşımda qeyd olunub.
18-10-2022, 22:16
Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk


Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk

Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib. Butov.az xəbər verir ki, atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb. Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb. Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!