Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
17-10-2022, 14:43
Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlandı


Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 10-dan 15-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 111 tank əleyhinə mina və 271 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 435 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
17-10-2022, 14:41
İrana qarşı yeni sanksiyalar qəbul edildi


İrana qarşı yeni sanksiyalar qəbul edildi

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları qəbul edib. Bu barədə İsveçin xarici işlər naziri Ann Linde bildirib. “Biz dinc etiraz hüququna güclü dəstəyimizi ifadə etdik. Avropa İttifaqı İranda ciddi insan haqları pozuntularına görə məsul olan şəxslərə və qurumlara qarşı yeni hədəflənmiş sanksiyalar qəbul edib”, - XİN başçısı deyib.
17-10-2022, 14:39
Türkiyə Ermənistanla münasibətlərdə “futbol diplomatiyası”na əl ata bilər


Türkiyə Ermənistanla münasibətlərdə “futbol diplomatiyası”na əl ata bilər

Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində növbəti dəfə “futbol diplomatiyası”na əl ata bilər. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç bildirib. Onun sözlərinə görə, gələn il iki ölkənin milli futbol komandaları arasında keçiriləcək oyunlar münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. Xatırladaq ki, hələ 2008-ci ilin sentyabrında Türkiyənin eks-prezidenti Abdulla Gül Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın dəvəti ilə Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyununa baxmaq üçün İrəvana getmişdi. Daha sonra Sarkisyan Gülün təklifi ilə 2009-cu ilin oktyabrında Bursa şəhərində keçirilən Türkiyə - Ermənistan cavab oyununa canlı izləmişdi. Orada həm də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar aparılmış, ardınca prezidentlərin görüşü keçirilmiş, sonradan Qarabağ münaqişəsinə görə kəsilən münasibətlərin normallaşması prosesi “futbol diplomatiyası” adlandırılmışdı. "Gələn il martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə (Avro-2024-ün seçmə mərhələsi çərçivəsində - red.) iki ölkənin milli komandaları arasında futbol oyunları keçiriləcək. Komandamız Ermənistana gedəcək, ola bilsin biz də getdik. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi müsbət gedir. Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə də müsbət dinamika müşahidə olunur. Bu, təxribatlara əl atmadan edilməlidir”, – deyə Türkiyənin Ermənistanla münasibətlərin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin pisləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur. Bu il yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rəsmi məlumata görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Sonra Vyanada daha üç görüş keçirilib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçüncü ölkələrdə münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələrin dörd görüşünün keçirildiyini, lakin Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi barədə razılığa gəlindiyini bildirmişdi.
17-10-2022, 14:36
“ƏDV geri al”dan əhaliyə 320 milyon qaytarılıb


“ƏDV geri al”dan əhaliyə 320 milyon qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin oktyabr ayına qədər istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr aylarında isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, ümumilikdə “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur. Nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur.
17-10-2022, 14:34
İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı


İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı

Bu gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının hərbi təlimləri başlayıb. Butov.az xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, təlimlər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz bölgəsində keçirilir. "Bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır", - deyə general Hakpur vurğulayıb. Qeyd olunur ki, təlimlər SEPAH-ın Quru Qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə illik cədvəl üzrə keçirilir. SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur deyib ki, bu təlimlər müxtəlif mərhələlərdən ibarətdir: yüksəkliklərin tutulması, paraşüt-vertolyot əməliyyatı, gecə hücum əməliyyatı, helikopter döyüş əməliyyatı, döyüş və ölümcül pilotsuz təyyarə əməliyyatı, həmçinin Araz çayı üzərində körpünün tikintisi, kommunikasiya xətlərinin tutulması və idarə edilməsi.
17-10-2022, 14:30
Putin “time out” götürmək istəyir


Putin “time out” götürmək istəyir

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni hücuma zəmin hazırlamaq üçün müharibədə fasilədən istifadə edəcək. Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertlərinin hazırladığı hesabatda deyilir. Ekspertlər hesab edirlər ki, Putinin Ukrayna ilə atəşkəs razılığına gəlmək niyyəti yoxdur. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri, general Nikolay Malomuzhun qeyd edib ki, Putin indi küncə sıxışdırılıb. Buna görə də, işğal olunmuş əraziləri itirməmək, qüvvələri yenidən toplamaq və ehtiyatlar hazırlamaq üçün Ukrayna ilə müharibədə müvəqqəti atəşkəsə ehtiyac duyur. Xatırladaq ki, oktyabrın 10-da Rusiya ordusu raketlərdən və kamikadze dronlardan istifadə etməklə Ukrayna ərazisinə kütləvi hücum həyata keçirdiyi zaman Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak qarşı tərəfin bununla Kiyevi danışıqlara razı salmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Putin hakimiyyəti ilə danışıqlar olmayacaq. Çünki Kiyev Vladimir Putin Rusiyaya rəhbərlik etdiyi müddətdə Moskva ilə danışıqlardan rəsmən imtina edib. Bu qərar Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən verilib.
17-10-2022, 14:24
XİN-dən Xankəndidə qəbirlərin sökülməsinə etiraz


XİN-dən Xankəndidə qəbirlərin sökülməsinə etiraz

"Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirstanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində bildirilib."Məlum olduğu kimi Ermənistan, ərazisində tarixən məskunlaşan Azərbaycanlılara məxsus tarixi,mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misligörünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub", - nazirlikdən qeyd olunub. Bildirilib ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub: "Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. Yayılan video görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir. Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntıları, video görüntülər şəklində yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır". Qeyd edək ki, görüntülərin Xankəndi şəhəri yaxınlığında yerləşən mərazlıqda lentə alındığı bildirilir.
17-10-2022, 14:19
Beyləqanda gənc oğlan daşla öldürüldü


Beyləqanda gənc oğlan daşla öldürüldü

Oktyabrın 16-sı saat 23 radələrində Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Beyləqan rayon prokurorluğundan verilən məlumatda bildirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
17-10-2022, 12:31
Kiyevə dron hücumu - Dağıntılar var


Kiyevə dron hücumu - Dağıntılar var

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə kamikadze dronlarla hücum olub.
Butov.az xəbər verir ki, dronların bəziləri zərərsizləşdirilsə də, Kiyevdə partlayış səsləri eşidilib. Kiyev şəhər meri Vitali Kliçko partlayışın Şevçenko ərazisində baş verdiyini açıqlayıb. Hadisə nəticəsində dağıntıların olduğu bildirilir.
17-10-2022, 12:28
Ukraynada hava həyəcanı elan edildi


Ukraynada hava həyəcanı elan edildi

Oktyabrın 17-si səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə hava həyəcanı elan edilib. Bu barədə yerli idarəetmə orqanlarının sosial media hesablarında məlumat paylaşılıb. Kiyevlə yanaşı, bir neçə vilayətdə də hava həyəcanı elan olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!