12-10-2022, 20:52
"Nizami" stansiyası təmir olunacaq“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasının yollarında işıqlanma sistemi yenidən qurulub. Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, stansiya yolunun işıqlandırılması texniki cəhətdən köhnəlmiş və daimi xidmət tələb edən qurğulardan ibarət idi və dövrün tələblərinə uyğun gəlmirdi: "Bu, özünəməxsus memarlıq və dizayn abidəsi olan stansiyanın estetik görkəminə də xələl gətirməyə başlamışdı". “Bakı Metropoliteni”ndən bildirilib ki, yenidənqurma işlərinə başlamazdan əvvəl hərəkətin təşkili qaydalarına zidd olmadan müvəqqəti işıqlanma təmin edilib:"Köhnə şəbəkənin sökülməsi ilə yenisinin quraşdırılması paralel aparılıb. Qatarların hərəkət təhlükəsizliyini təmin etmək və sərnişinlərə maneə yaratmamaq məqsədilə əsas işlər sərnişindaşıma prosesi başa çatdıqdan sonra, gecə növbəsində təşkil edilib. Stansiyanın hər iki yolunda köhnə işıqlar yeni led lampalarla əvəzlənib. Yolda tavana bərkidilmiş enerji sərfiyyatı çox olan 5,5 kVt-lıq 76 köhnə lampa çıxarılıb. Əvəzində 360 dərəcə boyunca işıq saçan dairəvi formalı plafonlarda olmaqla ümumən 33 led lampa quraşdırılıb. Yeni şəbəkə əvvəlki ilə müqayisədə lampaların say etibarı ilə azalmasına, qənaətə nail olmağa, işıqlanmanı normalar daxilində təşkil etməyə imkan verib. Yeni lampalar stansiya yolunun estetik görkəminə də əlavə rəng çaları qatıb. Bütün bunlar 2017-ci ildə əsaslı təmir olunaraq, yenidən qurulmuş orta zalla birlikdə platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha da qüvvətləndirib". Qeyd edilib ki, “Nizami” stansiyasının platformasında orta zalın yenidənqurulması zamanı Mikayıl Abdullayevin Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında kaşı daşlarından işlədiyi miniatür təsviri sənət nümunələri orijinal görkəmdə bərpa olunub. Bu xüsusda pilonlar müasir və uzunömürlü inşaat materialları ilə möhkəmləndirilib, işıqlanma sistemi tamamilə yenidən qurulub."2023-cü ildə stansiya yolunda mərhələli şəkildə təmir işlərinin aparılması nəzərdə tutulub. 2026-cı ildə isə stansiyada 50 illik istismar müddəti başa çatan LT-3 tipli 3 eskalatorun dəyişdirilməsi planlaşdırılır. Eskalatorların yenisi ilə əvəz olunduğu müddət ərzində stansiyanın yuxarı vestibülü və maili gedişi əsaslı təmir olunaraq yenidən qurulacaq".
12-10-2022, 20:48
Paşinyan Arayiki qəbul etdiErmənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı qəbul edib.
Butov.az xəbər verir ki, məlumatı Hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yayıb. O, qapalı keçən görüşün təfərrüatlarını açıqlamayıb.“Oxşar görüşlər vaxtaşırı olur”, - hökumət rəsmisi əlavə fikir bildirməyib. Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iki gündür bir dəstə erməni ilə Xankəndidən İrəvana gedib. Ermənistan KİV-ləri yazıb ki, Qarabağdan olan nümayəndə heyəti Ermənistan hakimiyyəti ilə Praqa görüşündən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İrəvandadır. Arayikin Xankəndidən İrəvana apardığı separatçılar qondarma “parlamentin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” Davit Babayan, “deputat” Vahram Balayan və “müşavir” Masis Mayilyandır.
12-10-2022, 20:43
Ermənilər mühəndis texnikamızı atəşə tutublarOktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
12-10-2022, 18:21
Ermənilər mühəndis texnikamızı atəşə tutublarOktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
12-10-2022, 18:18
ABŞ diplomatı Azərbaycan XİN-ə çağırıldıABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı yaydığı məlumatda bildirilib."Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - məlumatda qeyd olunub.
12-10-2022, 18:14
İsveçrə Rusiyaya yeni sanksiyalar tətbiq etdiİsveçrə Luqansk və Donetsk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin ilhaqı səbəbilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ölkə hökumətinin saytında məlumat verilib. Məlumata görə, məhdudiyyətlər 30 fiziki şəxs və yeddi şirkətə şamil edilir. Nazirlər Kabineti izah edib ki, sanksiyalar əsasən, Rusiyaya yeni ərazilərin birləşdirilməsi məsələsi ilə bağlı referendumda iştirak edən şəxslərə tətbiq olunub. Onların İsveçrəyə girişi qadağan edilib və onların ölkədəki aktivləri dondurularaq İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) veriləcək.
12-10-2022, 18:13
Qırğızıstan Türkiyədən “Bayraktar” aldıQırğızıstan Türkiyə istehsalı olan müasir pilotsuz uçuş aparatları (PUA) – “Bayraktar Akıncı” alıb.Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat paylaşıb.“Akıncı bizimdir! Qardaş xalqa təşəkkür edirik”, - o yazıb. Qeyd edək ki, “Bayraktar Akıncı” hava-hava tipli raketlərlə silahlana bilən pilotsuz uçuş aparatıdır. Türkiyə Hərbi Hava Qüvvələri 2021-ci ildən bu PUA-lardan istifadə edir.
12-10-2022, 18:11
Zaporojye AES-də enerji kəsilibZaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də məlumat paylaşıb. “Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.
12-10-2022, 12:26
Zaporojye AES-də enerji kəsilibZaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də məlumat paylaşıb. “Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.
12-10-2022, 12:24
Ərdoğan Qazaxıstana getdi - Putinlə görüşəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb.
Butov.az xəbər verir ki, Türkiyə dövlətinin başçısını geniştərkibli nümayəndə heyəti müşayiət edir. Astana şəhərində rəsmi qarşılanmadan sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq. Astanada iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın dövlət və hökumət nümayəndələri qarşısında çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində oktyabrın 13-də Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir.