Rəsulzadənin vəfatından 60 il ötür .....                        Yevlax məktəbində baş verən hadisə ilə bağlı AÇIQLAMA .....                        Ərdoğandan İlham Əliyevlə bağlı paylaşım .....                        Aktrisanın atasına hökm oxundu .....                        Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır .....                        Dövlət başçıları iftar süfrəsində - FOTO .....                        Putin separatçıların yeni "rəhbəri" ilə görüşdü .....                        "Atam buna imkan vermədi" - Prezident .....                        Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtları .....                       
Tarix : 12-10-2022, 20:52
"Nizami" stansiyası təmir olunacaq


"Nizami" stansiyası təmir olunacaq

“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasının yollarında işıqlanma sistemi yenidən qurulub. Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, stansiya yolunun işıqlandırılması texniki cəhətdən köhnəlmiş və daimi xidmət tələb edən qurğulardan ibarət idi və dövrün tələblərinə uyğun gəlmirdi: "Bu, özünəməxsus memarlıq və dizayn abidəsi olan stansiyanın estetik görkəminə də xələl gətirməyə başlamışdı". “Bakı Metropoliteni”ndən bildirilib ki, yenidənqurma işlərinə başlamazdan əvvəl hərəkətin təşkili qaydalarına zidd olmadan müvəqqəti işıqlanma təmin edilib:"Köhnə şəbəkənin sökülməsi ilə yenisinin quraşdırılması paralel aparılıb. Qatarların hərəkət təhlükəsizliyini təmin etmək və sərnişinlərə maneə yaratmamaq məqsədilə əsas işlər sərnişindaşıma prosesi başa çatdıqdan sonra, gecə növbəsində təşkil edilib. Stansiyanın hər iki yolunda köhnə işıqlar yeni led lampalarla əvəzlənib. Yolda tavana bərkidilmiş enerji sərfiyyatı çox olan 5,5 kVt-lıq 76 köhnə lampa çıxarılıb. Əvəzində 360 dərəcə boyunca işıq saçan dairəvi formalı plafonlarda olmaqla ümumən 33 led lampa quraşdırılıb. Yeni şəbəkə əvvəlki ilə müqayisədə lampaların say etibarı ilə azalmasına, qənaətə nail olmağa, işıqlanmanı normalar daxilində təşkil etməyə imkan verib. Yeni lampalar stansiya yolunun estetik görkəminə də əlavə rəng çaları qatıb. Bütün bunlar 2017-ci ildə əsaslı təmir olunaraq, yenidən qurulmuş orta zalla birlikdə platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha da qüvvətləndirib". Qeyd edilib ki, “Nizami” stansiyasının platformasında orta zalın yenidənqurulması zamanı Mikayıl Abdullayevin Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında kaşı daşlarından işlədiyi miniatür təsviri sənət nümunələri orijinal görkəmdə bərpa olunub. Bu xüsusda pilonlar müasir və uzunömürlü inşaat materialları ilə möhkəmləndirilib, işıqlanma sistemi tamamilə yenidən qurulub."2023-cü ildə stansiya yolunda mərhələli şəkildə təmir işlərinin aparılması nəzərdə tutulub. 2026-cı ildə isə stansiyada 50 illik istismar müddəti başa çatan LT-3 tipli 3 eskalatorun dəyişdirilməsi planlaşdırılır. Eskalatorların yenisi ilə əvəz olunduğu müddət ərzində stansiyanın yuxarı vestibülü və maili gedişi əsaslı təmir olunaraq yenidən qurulacaq".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!