İstanbulda məhkumları daşıyan avtobus aşdı - 19 yaralı .....                        Şirkət rəhbəri aylıq ödənişləri etməyən sakini vəhşicəsinə döydü - HƏBS OLUNMADI .....                        Zarubin də "qara siyahI"ya salındı .....                        Görüş yerini dəyişmək olmaz .....                        Dezinfeksiya şirkətlərinə RƏSMİ XƏBƏRDARLIQ .....                        Sel daşqınlarına qarşı 7 milyonluq işlər görüləcək .....                        Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə müqavilələr imzalandı - FOTO .....                        Mərkəzi Banka yeni baş direktor təyin olundu .....                        Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı .....                       
Tarix : 4-08-2017, 11:42
"Bakmil" stansiyası yenidən qurulur


Avqustdan "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, yeganə yerüstü stansiya olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb.

Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.

Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq.

Qeyd edək ki, Bakı metropoliteni istifadəyə verilərkən, belə bir stansiyanın tikintisi ilkin planda nəzərə alınmamışdı. Ötən əsrin yetmişinci illərində həmin ətrafda keçmiş SSRİ-nin ilk kondisioner zavodunun istismara verilməsi, həmçinin "Bakıelektroterm" QB-də çalışan insanların rahatlığının nəzərə alınması, eləcə də ətrafda yeni sənaye obyektlərinin meydana gəlməsi depo ərazisində ikinci sərnişin platformasının inşa olunması zərurətini yaradıb.

"Depo" adlandırılmış ilk belə kiçik bir platforma 1970-ci il sentyabrın 25-də istifadəyə verilib. 1979-cu ildə isə həmin platforma indiki birplatformalı stansiya görkəmini və statusunu aldı. "Elektrozavod" adlandırılan stansiyanın martın 28-də keçirilən rəsmi açılış mərasimində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, dövlət və hökumət nümayəndələri iştirak etmişdilər. 1992-ci ildə stansiyanın adı dəyişdirilərək, "Bakmil" qoyulub.

38 ildir istifadədə olan "Bakmil" stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub.

Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!