Səməd Vəkilov din xadimi ilə görüşüb .....                        Abşeron rayonunda təqdimat .....                        Putin onu işdən çıxardı .....                        Zelenski Roma Papası ilə bir arada .....                        Elşən İbrahimov Rusiyadan deportasiya edilir .....                        “Zirə” Türkiyə klubunu məğlub etdi .....                        İyulun pensiyası ilə bağlı şad xəbər .....                        Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır .....                        Zamin Zəki ilə bağlı qərar verildi .....                       
9-10-2022, 16:02
ABŞ-ın hərbi bazası raketlə vuruldu


ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə tutulub. Zərbə nəticəsində xəsarət alan olmayıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb."Raket kompleksin daxili hissəsini vurmayıb. Ölən və yaralanan olmayıb, heç bir obyekt və ya avadanlıq zədələnməyib", - açıqlamada deyilir. Qeyd olunub ki, Mərkəzi Komandanlığın qüvvələri insidentlə bağlı araşdırma aparır.
9-10-2022, 15:57
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi


Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Xerson vilayətinin Berislav rayonunun Şevçenkovka kəndini işğaldan azad edib. Bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib."Ukrayna bayrağı yenidən bu yaşayış məntəqəsi üzərində dalğalanır. Artıq terror törədən və öldürən Rusiya işğalçıları yoxdur. İnsanlar üçün ən pis günlər arxada qalıb", - Yanuşeviç sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, yaşayış məntəqəsində dinc həyatın bərpası istiqamətində işlərə başlanılıb.
9-10-2022, 15:54
Türkiyə ordusundan terrorçulara ölümcül zərbə


Türkiyə ordusundan terrorçulara ölümcül zərbə

“Sülh mənbəyi” və “Zeytun budağı” əməliyyatları zonasını atəşə tutan silahlılar zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri bölgədə təxribatlar təşkil edən terrorçulara cavab zərbələri endirməkdə davam edir:"Ordumuz Suriyanın şimalında 6 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib".
9-10-2022, 15:50
22 pensiyaçını öldürən cinayətkar yaxalandı


22 pensiyaçını öldürən cinayətkar yaxalandı

ABŞ-ın Texas ştatında iki yaşlı qadını qətlə yetirdikdən sonra qiymətli əşyalarını oğurlayan 49 yaşlı Billi Çemirmir saxlanılıb. Bu barədə "NBC News" məlumat yayıb. Araşdırmalar zamanı onun daha 20 nəfəri öldürdüyü məlum olub. 87 yaşlı Meri Bruks və 81 yaşlı Luti Harrisin həyatına son qoyan cinayətkarın iki il ərzində təqaüdçüləri öldürdüyü, onların əşyalarını oğurladığı bildirilir. Qurbanlardan biri sağ qala bilib. 91 yaşlı zərərçəkmiş deyib ki, naməlum şəxs onun arxasınca evə gəlib, mənzilinə daxil olub, onu yastıqla boğmağa cəhd edib, sonra qızıl-zinət əşyalarını alıb. Billi Çemirmirin 22 qurbanını eyni yolla öldürdüyü güman edilir.
9-10-2022, 15:45
Xankəndidə ara qarışdı - Ermənilər Arayikə 30 dəqiqə vaxt verdilər


Xankəndidə ara qarışdı - Ermənilər Arayikə 30 dəqiqə vaxt verdilər

Xankəndidə qarışıqlıq yaranıb.
Butov.az xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzindəki “Dirçəliş” meydanına toplaşan ermənilər separatçıların başçısı Arayik Arutyunyandan onların qarşısına çıxmağı, suallarını cavablandırmağı tələb ediblər. Meydana toplaşan etiraz aksiyasının çoxsaylı iştirakçıları Arayik Arutyunyana 30 dəqiqə vaxt veriblər, əks halda tədbir görəcəklərini bəyan ediblər. Kortəbii etiraz aksiyasına qoşulan qondarma “Arsaxın müdafiəsi uğrunda” adlı "hərəkat"ın nümayəndəsi “Hraparak”a bildirib ki, Azərbaycan Prezidentinin Praqada səsləndirdiyi “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, razılaşmayanlar hara istəsələr gedə bilərlər” fikirləri erməniləri ciddi narahat edib. Təşvişə düşən Qarabağ erməniləri separatçıların başçısı Arayik Arutyunyandan açıqlama verməyi tələb edirlər. Lakin meydana Arayik deyil, qondarma "dqr parlamenti"nin "sədri" Artur Tovmasyan gəlib. O, aksiya iştirakçılarının suallarını cavablandırmağa çalışsa da, əsəbiləşən kütlə Tovmasyanı rədd edib. A.Tovmasyan deyib ki, Arayik Arutyunyan meydana gəlməyəcək, çünki hazırda Xankəndi şəhərində deyil. Bundan sonra toplaşanların narazılığı bir qədər də güclənib. Meydana separatçıların "polis qüvvələri" gətirilib. Yalnız bundan sonra etirazçılar aksiyanı yekunlaşdıraraq dağılışıblar.
9-10-2022, 15:38
İçində 85 nəfərin olduğu qayıq batdı


İçində 85 nəfərin olduğu qayıq batdı

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində qayıq batıb. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Qəza nəticəsində azı 10 nəfər ölüb, daha 60 nəfər itkin düşüb. Məlumata görə, göyərtəsində 85 nəfərin olduğu qayıq güclü daşqınlar səbəbindən batıb. Anambra əyalətinin qubernatoru Çukvuma Çarlz Soludo 10 nəfərin suda boğulduğunu açıqlayıb. Bundan başqa, axşam saatlarına kimi 15 nəfərin xilas edildiyi deyilir.
9-10-2022, 06:31
Oktyabrın 10-da şair-dramaturq, publisist Şəkər Aslanın və pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin doğum günüdür. İndi haqq dünyasında olan bu unudulmaz simaların 85 yaşları tamam olur.Şəkər Aslanın 80 illiyi ərəfəsində Əjdər müəllimdən xatirələrini yazmasını xahiş etmişdim.Əjdər müəllim xatirələrini məktub şəklndə yazıb mənə ünvanladı.İndi həmin xatirələri saytın izləyicilərinə təqdim edirəm.
Ruhları şad olsun.
"Söz" Jurnalının baş redaktoru Sevda Əlibəyli
“SÖZ” JURNALININ  BAŞ  REDAKTORUNA AÇIQ  MƏKTUB

“SÖZ” JURNALININ BAŞ REDAKTORUNA
AÇIQ MƏKTUB


Ömrün yollarında dumanlar, çənlər
Min yol xatirəsi gələcək dilə.
Nə qədər yaşayır onu sevənlər,
O qədər yaşayır özü də hələ...
Şəkər Aslan
Çox hörmətli Sevda xanım!
Sizin hazırda baş redaktor olduğunuz “Söz” jurnalının hər sayını maraqla qarşılayıram. Dərc etdiyiniz biri-birindən maraqlı, oxunaqlı məqalələri, hekayələri, şeirləri, xatirələri, təbrikləri... digər oxucular kimi, mən də böyük həvəslə oxuyuram, xeyli məlumatlanıram. Jurnalın dizaynı, illustrasya bəzəyi onun məzmununu əyaniləşdirir, daha da zənginləşdirir.
Hər yeni nəşr olunmuş “Söz”ü açarkən ilk səhifədə keçmiş tələbə yoldaşım, uzun müddət dostluq etdiyim, görkəmli şair və jurnalist Şəkər Aslanın portret-şəkli ilə rastlaşıram. Hər dəfə sanki onu təzəcə görürmüşəm kimi seyr edirəm, ötən günlərdəki onunla bağlı xatirələrimi yada salıram, şeirlərindən bildiyim misraları dodaqaltı pıçıldayıram. Şəklin altında yazılmış sözləri hər dəfə fərəhlə oxuyuram: “Jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslan olmuşdur.”.
Təkcə bu faktın özü göstərir ki Siz nə qədər böyük ürəyə, sənət və dostluq sədaqətinə maliksiniz.
Çox hörmətli Sevda xanım!
Neçə gün öncə mənə telefon açıb bildirəndə ki, Şəkər Aslanın 80 illik yubileyinin keçirilməsi təşəbbüsü irəli sürülüb, çox sevindim. Deyəndə ki, bir xatirə yazısı ilə “Söz”də çıxış edim, qürurlandım. Çünki Şəkər Aslan bir dost, yoldaş, həmkar olaraq mənim xatirimdə daimi yaşayan bir insan, ədəbiyyatımızda özünə məxsus yüksək poetik mövqeyi olan sənətkardır. Belə bir şəxsiyyət haqqında xatirə yazmaq kədərli olduğu kimi,həm də qürurludur.

Şəkər Aslanla ilk tanışlığım 1955-ci ilin sentyabr ayına təsadüf edir. O zaman hər ikimiz Azərbaycan Dövlət Pedaqoji İnistitununa qəbul olunmuşduq, filalogiya fakültəsində təhsil alırdıq. O lənkəranlı gənclə tezliklə dostlaşdıq, həmfikrə çevrildik. Tələbə yoldaşlarımızdan Azərbaycan radiosunun diktoru Sabutay Quliyevlə, Astaradan gəlmiş gənc Əhədulla Qəmbərovla(sonralar o Əhəd Muxtar imzası ilə ədəbi yaradıcılıq fəaliyyəti göstərirdi), dərbəndli gənc Nəriman Ağasıyevlə (o da şair idi) birlikdə müzakirələr aparır, nitq qaydaları, şeir, hekayə yazmağın xüsusiyətləri haqqında, o zamankı məşhur əsərlərdəki obrazlar barəsində söhbətlər edir, yazdığımız şeirləri biri-birimizə oxuyurduq. Çox sevdiyimiz müəllim və ədib İsmayıl Şıxlının apardığı tələbələrin ədəbi-yaradıcılq dərnəyində iştirak edirdik. Böyük həvəslə ədəbi prosesləri öyrənməyə çalışırdıq.
Birinci kursu başa vurduq, yay tətilinə çıxdıq. İntizarla sentyabr ayının gəlməsini, yenə birlikdə olacağımızı gözləyirdik. Düşünürdüm ki, Sabutay Quliyev bizi yenə futbol yarışlarına aparacaq, diktorluq sənətinin möcüzələrindən danışacaq. Amma mən düşünən kimi olmadı. Sentyabr gəldi. Tələbə yoldaşlarımız auditoryalarda dərslərə başladı, böyük alim və müəllimlərimiz Mikayıl Rəfilinin, İsmayıl Şıxlının, Şıxəli Qurbanovun, Həmid Əliyevin, Zeynal Tağızadənin, Paşa Əfəndiyevin, Şükür Sadıqovun və digər bizə dərs deyənlərin muhazirələrini dinlədikcə dinləmək istəyirdik. Bir həftə keçdi, ikinci həftə keçdi, nə Şəkər Aslan gəldi, nə də Sabutay Quliyev. Öyrəndik ki, Şəkər Lənkəran rayon qəzetində işə başlayıb, Sabutay isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə keçib.

Şəkər Aslan çox istiqanlı, mehriban, səmimi bir gənc idi. Sentyabrn sonunda ondan məktub aldım. O, şeirlər yazmasından, Moskvaya- M. Qorki adına Ədəbiyyat İnstituna oxumağa gedəcəyindən yazırdı. İndi unutduğum, o zaman isə Şəkərə həvəslə oxuduğum bir şeirimdən bir beyiti də bəyəndiyini bildirib, mənə yazmışdı. Beləcə biz məktublaşmalarla fəaliyyətimizi biri-birimizə izhar edirdik...
İllər keçdi, ali təhsili başa vurduq,hərə öz işi ilə məşğul idi. Şəkərlə əlaqələrimiz yenə də davam edirdi. Şəkəri Lənkəran rayon qəzetinin redaktoru vəzifəsinə təyin etmişdilər. Tez-tez mətbuatda dərc olunmuş şeirlərini oxuyurdum. Ara- bir şeir kitabları çap olunur, kütləvi tirajla yayılırdı, oxucuların böyük marağına səbəb olurdu.
1970-ci illərin ortalarında Lənkəranda ezamiyyətdə olarkən, Şəkərlə görüşdüm, xeyli söhbətləşdim. Rəhbəri olduğu qəzetin redaksiyasına getdik. Qəzetin yaradıcı heyəti ilə, eyni zamanda, rayon mətbəəsinin imkanları ilə məni tanış etdi. Jurnalist və naşir peşəkarlığı sohbətindən sonra Boladi kəndinə - Şəkərin ata yurduna gedəsi olduq. Burada sohbətimiz yenə də ədəbiyyatdan, poeziyadan oldu, o mənə bir silsilə yeni şeirlərini oxudu. Qeyd etmək istərdim ki, Şəkər Aslanın poeziysı, həm sənətkarlıq baxımından, həm də səmimiliyi, təbii xalq ruhuna uyarlığı ilə seçilirdi. Onun ruhuna, ilhamına, sənət duyğularına “Cənub mirvarisi” Lənkəran-Astara ovalığının, füsünkar Hirkan meşələrinin, yaşıllığa bürünmüş Talış dağlarının gözəllikləri bələnmişdi. O gözəlliklər insanı valeh edəcək dərəcədə Şəkər Aslan poeziysında açıq-aydın verilirdi. Şəkər Aslanın insanlıq aləmi, şəxsiyyət tutumu da bu gözəlliklərdən zinətlənmişdi.
Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi Dilruba Camalova da 1955-ci ildə bizim kimi APİ-yə qəbul olunanlardan idi. Ancaq o, riyaziyyat fakültəsində təhsil alırdı. Tələbə yoldaşlarımızdan olan Dilruba xanım bir müddət riyaziyyat müəllimi işlədikdən sonra partiya işinə irəli çəkildi, raykomun birinci katibi vəzifəsinə qədər yüksəlmişdi. Biz Şəkərlə Dilruba xanımın iş yerinə getdik, orada onunla görüşdük. Dilruba xanım Şəkərin həm redaktorluq fəaliyyətindən, həm də yaradıcılığından böyük razılıqla söhbət açdı. Onu Lənkəranın mənəvi sərvəti kimi dəyərləndirdi...

Sonralar Şəkərlə həm Lənkəranda, həm də Bakıda görüşlərimiz olurdu. O, Bakıda olarkən ali təhsilə başladığı APİ-yə də baş çəkir, oradakı əbəbi-bədii tədbirlərdə iştirak edirdi. Səhv etmirəmsə, 1980-ci illərin sonlarında APİ-dəki görüşümüz zamanı o mənə Moskvada nəşr olunmuş “Живу у моря” kitabını hədiyyə etdi. Digər kitablarını da mənə göndərmişdi.
Biz bəzən ürək sohbətləri edirdik. Onun mənəvi dünyası, poeziya aləmi çox zəngin idi. Amma müəyyən problemlərlə qarşılaşır, maddi çətinliklərlə üzləşirdi. Söz yox ki, iradəli idi, zəhmətkeş idi, qazancı gündəlik dolanışığına çatırdı, amma bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşa bilmirdi...
Şəkər insanlarda xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, sözübütövlük dəyərlərini çox sevirdi. Həmişə yaxşılara rast gəlmək, yaxşıların nümunəsini yaymaq cəhdində idi. Onun şair qəlbi sözü ilə əməli bir olmayan insanlardan tez incik düşürdü. Təsadüfi deyildir ki, bu acını dilə gətirərək yazmışdı:
Həyatda yol getdim xeyirlə-şərlə,
Dedim ayırd edim yaxşını pisdən.
Üz-üzə gəldikcə nakişilərlə,
Sevdim kişi ruhlu qadınları mən.

Çox hörmətli Sevda xanım!
Siz həmin kişi ruhlu qadınlardansınız. Şəkər Aslan poeziyasına, Şəkər Aslanın başladığı quruculuq əməllərinə sədaqətlə yanaşaraq onu təbliğ edir, “Söz”ün hər sayında Şəkər Aslanı yad edirsiniz.
Şairin bugünlərdə keçiriləcək 80 illik yubileyinə hazırlıq təşəbbüsləriniz, Şəkər Aslan poeziyasının səsləndirilməsinə çalışmağınız, həm onun əbədi yaşarlığına bir nişanə, həm də sədaqətinizə bir örnəkdir.
Allah Sizə yar olsun!
Böyük şairimiz Şəkər Aslanın ruhu şad olsun!


Əjdər AĞAYEV
pedaqoji elmlər doktoru, professor
Azərbaycan Yazıçılar Birliyinin üzvü
8-10-2022, 22:55
Rusiyanın 16 milyon dollarlıq helikopteri vuruldu


Rusiyanın 16 milyon dollarlıq helikopteri vuruldu

Ukrayna ordusu Rusiyaya məxsus daha bir helikopteri vurub. Bu barədə Ukrayna ordusunun 128-ci hücum briqadası özünün "Facebook" səhifəsində məlumat yayıb. Briqada Rusiya ordusunun məhv edilən Ka-52 "Alliqator" helikopterinin qalıqlarının görüntülərini paylaşıb. Qeyd edək ki, "Alliqator" Rusiya ordusunun ən müasir helikopterlərindən biridir. 16 milyon dollar dəyərində olan hava platforması kəşfiyyat, zərbə hədəf təyin etmə üçün istifadə olunur.
8-10-2022, 22:52
Günün ikinci mina partlayışı - Bu dəfə Füzulidə


Günün ikinci mina partlayışı - Bu dəfə Füzulidə

İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
8-10-2022, 22:51
Mina partlayışında yaralananların vəziyyəti açıqlandı


Mina partlayışında yaralananların vəziyyəti açıqlandı

Ağdamda minaya düşərək xəsarət alan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!