Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                        Liderlər Şuşada birgə nahar etdilər .....                        Tramp Zelenski ilə nələrdən danışıb? .....                        Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB .....                        Şahin Şıxlinski barədə axtarış elan edildi .....                        Məşhur amerikalı müğənni vəfat etdi .....                       
14-09-2022, 16:01
Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək - Rəsmi


Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək - Rəsmi

Azərbaycan-Ermənistan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz. Bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib. «Xeyr, belə bir sual yoxdur, ola da bilməz. İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Biz öz təcrübəmizi bölüşməyə hazırıq, çünki biz sərhədimizi quru və hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik. Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək», — deyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən gün videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib. İclas zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.
14-09-2022, 15:58
5 medallı çempion şəhid...


5 medallı çempion şəhid...

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışıb. Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub. O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Boks Federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir. Allah rəhmət eləsin!




14-09-2022, 15:54
Ermənilər Kəlbəcər və Laçını artilleriya atəşinə tutdular


Ermənilər Kəlbəcər və Laçını artilleriya atəşinə tutdular

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.
14-09-2022, 15:50
Uşaq evində böyümüş şəhid dəfn olundu


Uşaq evində böyümüş şəhid dəfn olundu

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıdakı İkinci Fəxri xiyabanda dəfn edilir. Butov.az xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, vətəndaşlar və hərbçilər iştirak edirlər. Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.






14-09-2022, 15:45
Şəhid və atası dəfn edildi


Şəhid və atası dəfn edildi

Ermənistanın təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilir. Butov.az xəbər verir ki, hər iki şəxsin nəşi Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır. Mərasimdə ictimaiyyət nümayəndələri, vətəndaşlar və hərbçilər iştirak edirlər. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində şəhid olan hərbçilərimizdən biri də Vadim Qocayev idi. Onun ölüm xəbərini eşidən atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib. V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib. O, hospitala çatdırılsa da, həyatını xilas etmək mümlün olmayıb. Allah rəhmət eləsin!
14-09-2022, 15:42
Çempionlar Liqası: Bu gün 9 görüş var


Çempionlar Liqası: Bu gün 9 görüş var

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək. Butov.az xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq. Dünən təxirə salınan "Reyncers" - "Napoli" matçı da bu günə nəzərdə tutulub.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
14 sentyabr


A qrupu
23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)
Xal durumu: "Napoli" - 3. "Liverpul" - 3 (2 oyuna). "Ayaks" - 3 (2 oyuna). "Reyncers" - 0

E qrupu
20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)
23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)
Xal durumu: "Şaxtyor" - 3, "Real Madrid" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0

G qrupu
23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0

H qrupu
23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)
23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)
Xal durumu: Benfika - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.
14-09-2022, 15:34
Biz birlikdəyik! - Bayraktardan Azərbaycana dəstək


Biz birlikdəyik! - Bayraktardan Azərbaycana dəstək

"Qardaş ölkəmiz Azərbaycana qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, azərbaycanlı qardaşlarıma başsağlığı verirəm”. Bunu Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəsmi tviter hesabında yazıb. Azərbaycan dilində paylaşılan mesajda “Biz birik!”, “Biz birlikdəyik!” şüarları qeyd olunub.
14-09-2022, 15:29
Fransa Prezidenti İlham Əliyevə zəng etdi


Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Butov.az xəbər verir ki, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.
14-09-2022, 15:09
Azərbaycan - Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi


Azərbaycan - Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi

Son günlər erməni işğalçı və separatçı qüvvələrinin cəbhəboyu bölgələrdə törətdiyi təxribatlar nəticəsində cavab əməliyyatlarına məcbur olan Azərbaycan Ordusu düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etsə də, hərbi qulluqçularımız və əsgərlərimiz arasında çox sayda şəhidimiz var. Azərbaycan xalqı ayaq üstündədir, ailələrimizdə gərginlik və narahatçılıq hökm sürməkdədir. Hər kəs şəhidlərə rəhmət, qazilərimizə şəfa, Ordumuza güc-qüvvət diləyir.
Artıq Azərbaycanın haqq işini dəstəkləyən qardaş və müttəfiq dövlətlər, o cümlədən bir sıra beynəlxalq təşkilatlar ermənilərin terrorçu əməllərini pisləmiş, öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycanın yanında olduqlarını bəyan etmişlər.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi olaraq bizlər də bu ağır günlərdə xalqımıza başsağlığı verir, şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına səbir, yaralılarımıza şəfa diləyir, hər zaman dövlətimizin, Ali Baş Komandanımızın və Milli Ordumuzun yanında olduğumuzu bəyan edirik. Allah oğullarımızı qorusun!
Bu haqq savaşında Azərbaycan xalqının bütün nümayəndələri kimi biz də mübarizəyə hazırıq. İnşallah, zəfər bizim olacaq!
Yaşasın Azərbaycanın müzəffər Ordusu!
Yaşasın Ali Baş Komandanımız!
Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar!
Azərbaycanın və Türk dünyasının başı sağ olsun!



Rasafil Bayramov - ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri, ATA TV və İctimai Xəbər Agentliyinin təsisçisi və baş direktoru
14-09-2022, 02:02
5 aylıq qızını cəmi 3 gün gördü


5 aylıq qızını cəmi 3 gün gördü

"Beş aylıq qızını cəmi üç gün görə bildi". Bunu Lerik rayonundan olan şəhid Şəmistan Sadıqovun həyat yoldaşı Leyla Hümbətova Baku TV-yə açıqlamasında deyib. “Bizə xəbər etdilər ki, yoldaşınız yaralanıb. Düşündük ki, yaralıdır yanımıza gələr, gedib onunla görüşərik. Sonra dedilər ki, yoldaşınız qan itkisindən rəhmətə gedib. Çox çətindir. Üç yaşlı və beş aylıq iki qız övladımız var. Atası beş ay ərzində onu cəmi üç gün görə bildi” - deyə L.Hümbətova qeyd edib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!