Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                        Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb .....                        III MDB Oyunlarının qalibi Rusiya oldu .....                        Azərbaycanla Gürcüstan hərbçiləri kibertəhlükəsizliliyi müzakirə etdilər - FOTO .....                        Baku TV-yə xəbərdarlıq edildi .....                        “Əbədi dostluq və qardaşlıq” haqqında müqavilə imzalayaq! - Mirziyoyevdən təklif .....                        Paşinyan MDB görüşündən əvvəl Brüsselə gedir .....                        TƏBİB-dən çağırış - Məktəbli çantası ağır olmamalıdır .....                       
Tarix : 14-09-2022, 16:01
Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək - Rəsmi


Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək - Rəsmi

Azərbaycan-Ermənistan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz. Bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib. «Xeyr, belə bir sual yoxdur, ola da bilməz. İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Biz öz təcrübəmizi bölüşməyə hazırıq, çünki biz sərhədimizi quru və hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik. Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək», — deyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən gün videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib. İclas zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!