Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
9-05-2025, 22:46
Hindistanla Pakistan arasında döyüş yenidən başladı


Hindistanla Pakistan arasında döyüş yenidən başladı

Hindistan və Pakistan arasında döyüşlər bir neçə saat davam edən nisbi sakitlikdən sonra yenidən başlayıb.
Kupvara, Panç, Uri və Sambada Nəzarət Xətti boyunca intensiv artilleriya atəşinin olduğu bildirilir.
Sərhəd bölgəsində yaşayan mülki əhali qorxu içində yaşayır və minlərlə insan evlərini tərk edib.
"Reuters" bildirir ki, Hindistanın Kəşmirində Şrinaqar hava limanı yaxınlığında 10-a yaxın partlayış baş verib.
9-05-2025, 20:54
Sumqayıtda güclü yanğın


Sumqayıtda güclü yanğın

Sumqayıt şəhərində fərdi yaşayış evində güclü yanğın başlayıb.
Hadisə şəhərin Qurd dərəsi adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
9-05-2025, 20:31
Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...


Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...

Yaxın iki gün ərzində Ukraynada uzunmüddətli
atəşkəslə bağlı razılaşma əldə oluna bilər.
Bunu “Bild”ə Almaniyanın yeni kansleri Fridrix Merzə istinadən yazıb.
“Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq”, - deyə o bildirib.
Merzin sözlərinə görə, üç günlük atəşkəsin 30 günə qədər uzadılması ehtimalı var. O zaman sülh sazişi üzrə danışıqlar başlaya bilər.
"Mən bu təşəbbüsü qətiyyətlə dəstəkləyirəm. Onu da bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətləri bu mövqeyi bölüşürlər. Bu həftə sonu, Moskvada böyük hərbi paradla qeyd olunan gündən sonra atəşkəsə nail olmaq şansı var.", - Merz deyib.
Merz vurğulayıb ki, həm Ukrayna, həm də Avropanın böyük dövlətləri bu təşəbbüsü dəstəkləyir və onunla razılaşır.
9-05-2025, 19:37
Çayda boğulan yeniyetmənin meyiti tapıldı


Çayda boğulan yeniyetmənin meyiti tapıldı

Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
9-05-2025, 19:23
Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO


Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO

Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
Modern.az məsələ ilə əlaqədar Bakı Şəhər üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.
Bildirilib ki, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.
Açıqlamada deyilir ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

9-05-2025, 18:53
Ağır qəzada 4 nəfər yaralandı


Ağır qəzada 4 nəfər yaralandı

Tərtərdə ağır yol qəzası baş verib.
Yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
9-05-2025, 18:24
Paşinyana qarşı impiçment başladıldı


Paşinyana qarşı impiçment başladıldı

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi proseduruna (impiçment) başlayıb.
Bu barədə partiyanın sədri Hovik Ağazaryan məlumat verib.
Onun sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.
9-05-2025, 17:43
Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir


Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Onun may ayında ölkəmizə gələcəyi bildirilib. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Ərdoğanın Qarabağa səfər edəcəyi də bildirilir. Onun Laçına gedəcəyi barədə xəbərlər yayılıb.
Milli Məclisin Laçından olan deputatı Rövşən Muradov ehtimal edir ki, Ərdoğanın səfəri 28 May - Müstəqillik Gününə təsadüf edə bilər.
“Ərdoğanın Laçın səfəri çox güman ki, 28 May - Müstəqillik Gününə təsadüf edə bilər”, - o deyib.
Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı hesab edilən Laçın aeroportunun bu il istifadəyə veriləcəyi gözlənilir. Bu barədə xəbəri yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının da may ayında istifadəyə veriləcəyi gözlənilir. Artıq hava limanında bir neçə sınaq uçuşları edilib.
“44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələr Azərbaycanın yanında oldu. Onlardan ən əsası bizim qardaş dövlətimiz Türkiyədir. Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri bizim üçün əlamətdar hadisə olacaq. Düşünürəm ki, bu hadisə elə beynəlxalq hava limanının açılış gününə həsr oluna bilər", - deputat belə deyib.
28 Mayda Laçın Beynəlxalq Hava Limanının açılışı gözlənilir.
O əlavə edib ki, 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışına şahidlik edə bilərik:
"Yəqin ki, protokol olacaq və laçının deputatı olduğum üçün mən də orada iştirak edəcəm. Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışının nəzərdə tutulduğunu düşünürəm. Belə bir məlumatlar almışam ki, həmin gün bu hadisə baş verə bilər. Laçın Beynəlxalq Hava Limanının açılışı bu ay olacaqsa, yəqin, mayın 28-nə təsadüf edə bilər. Mən belə düşünürəm. Başqa gün də ola bilər. Bu, mənim şəxsi fikrimdir".



R.Muradov Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətindən də söhbət açıb:
"Laçında eyni zamanda otel açılacaq. 5 ulduzlu yaxşı bir otel açılır. Beynəlxalq Aeroport elə-belə bir şey deyil. Siz bilirsiniz ki, Laçın Azərbaycanın səngər qalasıdır. Ona görə də aeroportun strateji əhəmiyyəti var. Ümumiyyətlə, Laçın özü Zəngilandan, Qubadlıdan fərqli olaraq strateji rayondur. Bu aeroportun açılması bizim müdafiəmiz üçün də önəmli olacaq. İşğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Bu zona ümumilikdə turizm mərkəzinə çevriləcək. Xarici qonaqlar bura gələndə Füzuli aeroportuna enirlər, Zəngilana gələ bilirlər. Amma oradan məsafə uzaqdır. Amma Laçın Hava Limanına eniş, artıq çox gözəl olacaq. Yəqin ki, 1 saat və ya 45 dəqiqə ərzində Bakıdan bura təyyarələr gələcək və insanların axını artacaq. İndi çox insanlar istəyir ki, öz maşını ilə ora getsin. Burada yaşlı nəsil var, digər xəstə insanlar var bunların gəlib getməsi bir az çətin olur. Laçına yolların ucbatından həmişə az adam gəlib-gedərdi. İndi isə Laçının özü də yolları da qəşəngdir. Bir sözlə, bu həm strateji, həm də turizmin inkişafı baxımından öz əhəmiyyətli töhfəsini verəcək".
9-05-2025, 17:08
15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu


15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.
9-05-2025, 17:01
Bakıda məşhur restoran sökülür


Bakıda məşhur restoran sökülür

Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülür.
Restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.
Xatırladaq ki, avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi - metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!