Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
16-03-2026, 16:36
WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verildi


WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üçün WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, mayın 17 – 22-də Bakıda keçiriləcək beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə həyata keçiriləcək.
Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək. WUF13 tədbirində iştirak edəcək qonaqlar və media nümayəndələri istifadə edəcəkləri radioavadanlıqların qeydiyyatı üçün //wuf13-e-permission.icta.az/ portalına daxil olaraq müraciət etməlidirlər.
Qeyd edək ki, oxşar yanaşma daha əvvəl Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunub. Həmin tədbir çərçivəsində 280 təşkilatın istifadə etdiyi 4023 radioelektron avadanlıq portal vasitəsilə qeydiyyatdan keçirilərək etiketlənib və radiospektrin səmərəli idarə olunması təmin edilib.
16-03-2026, 16:14
Türkiyə XİN-dən Rusiyanı qəzəbləndirəcək BƏYANAT


Türkiyə XİN-dən Rusiyanı qəzəbləndirəcək BƏYANAT

Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının 12-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanata görə, Rusiya tərəfindən qeyri-legitim referendum nəticəsində həyata keçirilmiş Krımın qanunsuz ilhaqının 12-ci ildönümündə Türkiyə bu faktı bir daha tanımadığını bəyan edir.
“Beynəlxalq hüquqa zidd olan bu faktı tanımadığımızı bir daha təsdiqləyirik”, - deyə açıqlamada vurğulanıb.
Qeyd olunub ki, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Türkiyə yarımadada baş verən hadisələri, ilk növbədə Krım tatarlarının vəziyyətini diqqətlə izləməyə davam edəcək və bu məsələni gündəmdə saxlayacaq.
16-03-2026, 16:12
Xamenei komadadır: ayağını itirib, qaraciyəri zədələnib


Xamenei komadadır: ayağını itirib, qaraciyəri zədələnib

İranın yeni lideri süni tənəffüs aparatına qoşulub və təkbaşına nəfəs ala bilmir.
Bu barədə Böyük Britaniyanın "The Sun" nəşri yazıb.
Bildirilir ki, 56 yaşlı Müctəba Xamenei komadadır. Onun fevralın 28-də İsrail aviasiyasının Tehrana endirdiyi hava zərbəsi zamanı ayağını itirdiyi bildirilir.
Bundan başqa, Xameneinin qaraciyər və mədəsində zədələr aşkarlandığı da vurğulanır.
16-03-2026, 16:06
Yeni cərimələr təsdiqləndi


Yeni cərimələr təsdiqləndi

Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə biləcək.
Dövlət başçısı "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.
16-03-2026, 15:59
İranda Səfəvilər dövrünə aid abidə dağılıb - FOTO


İranda Səfəvilər dövrünə aid abidə dağılıb - FOTO

ABŞ-İsrail hücumları nəticəsində İranın İsfahan şəhərindəki bir neçə tarixi məkan ciddi şəkildə zədələnib.
İran KİV-nin məlumatına görə, İsfahan qubernatorluğunun binası, Rəqib Xanə malikanəsi, Çehel Sotun Bağ Muzeyindəki Əşrəf Zalı və Səfəvilər dövrü hökumət kompleksinin bir hissəsi olan digər tikililər zərər görüb.
Qeyd olunur ki, bu məkanlardan bir neçəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Dağıntıların miqyası və mədəni irsə dəyən mümkün ziyan barədə məlumatlar dəqiqləşdirilir.

16-03-2026, 15:56
Konstitusiyalarını dəyişdilər: vitse-prezident postu təsis edildi


Konstitusiyalarını dəyişdilər: vitse-prezident postu təsis edildi

Qazaxıstanda seçicilər yeni Konstitusiyaya dəyişiklikləri 87% səslə təsdiq edib.
Əsas Konstitusiya dəyişikliklər ikipalatalı parlamentin birpalatalı parlamentlə əvəz edilməsi, prezidentin vaxtından əvvəl istefa verməsi halında onu əvəz edəcək vitse-prezident vəzifəsinin yaradılması və parlamentin Konstitusiyanı dəyişdirmək hüququndan məhrum edilməsi və bu hüququn yalnız referendumlar üçün saxlanılması barədə dəyişiklik edib.
Qarşıdan gələn dəyişikliklər ölkəni yeni parlament seçkilərinə hazırlayacaq, çünki mövcud qanunverici orqan 1 iyul tarixinə qədər işini dayandıracaq.
15-03-2026, 19:51
Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ


Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Martın 15-də keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
15-03-2026, 19:40
Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş


Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum edən şəxsin qardaşının Livanda “Hizbullah”ın komandiri olduğu iddia edilir.
Bu barədə məlumatı “The New York Times” qəzeti yayıb.
İsrail hərbçilərinin açıqlamasına görə, hücum edən Ayman Mohammad Qəzalinin qardaşı Ibrahim Mohammad Qəzali “Hizbullah”ın bir bölməsinə rəhbərlik edib. Bildirilir ki, o, martın 5-də Livanda silah anbarı və silahlıların yerləşdiyi obyektə endirilən İsrail aviazərbəsi nəticəsində öldürülüb.
Məlumata görə, hücumu həyata keçirən Ayman Qəzali Livan əsilli olsa da, sonradan ABŞ vətəndaşlığını alıb. Livan rəsmiləri və Miçiqandakı müsəlman icmasının nümayəndələri bildiriblər ki, İsrail zərbəsi nəticəsində onun ailəsindən dörd nəfər – iki qardaşı və qardaşlarından birinin iki övladı həlak olub, İbrahimin həyat yoldaşı isə ağır yaralanıb.
“Israel Defense Forces” kəşfiyyat araşdırmasından sonra İbrahim Qəzalinin öldürüldüyünü təsdiqləyib, lakin əməliyyatın detalları açıqlanmayıb. “Hizbullah”ın nümayəndəsi isə onun təşkilat üzvü olub-olmadığını təsdiq və ya təkzib etməyib, lakin Miçiqandakı hücumun ailə üzvlərinin ölümünə görə qisas olduğunu bildirib.
İsrail tərəfinin iddiasına görə, İbrahimin rəhbərlik etdiyi “Bədr” adlı bölmə İsrail ərazisinə yüzlərlə raketin buraxılmasında iştirak edib.
15-03-2026, 19:34
Müsəlmanları təhqir edən qadın həbs edildi


Müsəlmanları təhqir edən qadın həbs edildi

Türkiyənin Burdur əyalətinin sakini Qamze Gökçeye qarşı vətəndaşların dini hisslərini təhqir etmək barədə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə həbs olunub.
Özünü “yazıçı” adlandıran Gökçe sosial mediada müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən, insanları namazdan çəkinməyə çağıran və orucun “mənasız” olduğunu bildirən video paylaşıb.
Qamzenin Qurban bayramı zamanı heyvanların kəsilməsinin “lazımsız qətl ayini” olduğu barədə iddiası da sosial media istifadəçilərinin tənqidinə səbəb olub. O, həmçinin bu paylaşım ilə bağlı qəzəb dolu şərhlər yazan insanları təhqir edib.
Gökçenin həbs qərarı martın 15-də, İslamofobiya ilə Mübarizə Günündə verilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bazar günü müvafiq açıqlama verib. Nazir cəmiyyətdə, o cümlədən dini zəmində nifaq salmaq cəhdlərinin yolverilməzliyini vurğulayıb və islamofobiya təzahürlərini pisləyib.
15-03-2026, 19:07
Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi


Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi

Tayvan Müdafiə Nazirliyi adanın ətrafında Çin ordusuna məxsus 26 döyüş təyyarəsi və 7 hərbi gəminin müşahidə edildiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, həmin uçuş aparatlarının 16-sı Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olub.
Rəsmi açıqlamada bildirilib ki, Çin hərbi təyyarələri Tayvanın şimal, mərkəzi və cənub-qərb istiqamətlərində fəaliyyət göstərib. Tayvan Silahlı Qüvvələri vəziyyəti yaxından izləyib və buna cavab olaraq hava patrul təyyarələri, dəniz qüvvələri və hava hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib.
Nazirlik vurğulayıb ki, Çin hərbi aktivliyi son dövrlərdə regionda təhlükəsizlik gərginliyini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Taypey administrasiyası Pekinin bu cür addımlarını təzyiq və hərbi güc nümayişi kimi dəyərləndirir.
Son illərdə Çin ordusunun Tayvan ətrafında tez-tez hərbi təlimlər keçirməsi və döyüş təyyarələrinin ADIZ zonasına daxil olması regionda gərginliyin artmasına səbəb olur. Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın müstəqillik yönümlü siyasətinə qarşı çıxır. Tayvan isə faktiki olaraq müstəqil idarəetmə sisteminə malikdir və öz təhlükəsizliyini qorumaq üçün hərbi hazırlığını davam etdirir.
Geosiyasi baxımdan Tayvan boğazı Asiya-Sakit okean regionunda ən həssas təhlükəsizlik nöqtələrindən biri sayılır və burada baş verən hərbi aktivlik beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!