Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
5-11-2025, 18:00
Bu gün Super Ay hadisəsi müşahidə olunur


Bu gün Super Ay hadisəsi müşahidə olunur

Bu gün Super Ay hadisəsi müşahidə olunur.
Hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatacaq.
Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30 baş verəcək.
Eyni zamanda Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olacaq.
Ayın Yerdən məsafəsi 356 min 832 km təşkil edir.
Məlumat üçün bildirək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Xatırladaq ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.
5-11-2025, 17:52
“Qarabağ” “Çelsi”yə uduzdu


“Qarabağ” “Çelsi”yə uduzdu

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandası növbəti matçını keçirib.
Ağdam təmsilçisi “Çelsi”li həmyaşıdları ilə qarşılaşıb.
Matç rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
5-11-2025, 17:46
Azərbaycanlı tələbə Türkiyədə həbs edildi


Azərbaycanlı tələbə Türkiyədə həbs edildi

Türkiyədə təhsil alan azərbaycanlı tələbə həbs olunub.
Bu barədə həbs edilən tələbə Amin Əliyevin atası Elşən Əliyev açıqlama verib.
O, oğlunun günahsız həbs olunduğunu iddia edib:
"Oğlum Amin Elşən oğlu Əliyev Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. Amin internet üzərindən pul dəyişmək istəyərkən dələduzların toruna düşüb. Türkiyədə belə bir sistem var. Tələbələr həmin sistem üzərindən pul dəyişirlər. Amin də həmin sistem üzərindən təhsil haqqı üçün göndərdiyimiz pulu dəyişmək istəyib. Həmin vaxt bu sistemi işlədən əcnəbi vətəndaş Pakizə adlı xanıma həmin sistem vasitəsilə dələduzluq edib, 650 min türk lirəsini mənimsəyib. Dövriyyə zamanı da Amin pul dəyişərkən həmin sistemin mobil tətbiqinə pul göndərib.
Pakizənin şikayətindən sonra sistemi işlədən həmin əcnəbi Türkiyədən qaçıb. Şikayət əsasında Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar və Amin saxlanılıb. Amin hazırda Antalyanın Döşəməaltı "L" Tipli Cəza evində saxlanılır. Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub.
Amin, həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvüdür. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm Vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun uzunmüddətli həbsdə saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər".
E.Əliyev bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edib. Lakin hələ ki, heç bir nəticə yoxdur:
"Pakizə istintaqa ifadə verib və Amini tanımadığını, ondan heç bir şikayəti olmadığını bildirib. Amma buna baxmayaraq, hüquq-mühafizə orqanları Amini sərbəst buraxmır".
E.Əliyev qeyd edib ki, oğlu oktyabrın 10-da saxlanılıb və hazırda cəza evində saxlanılır.
5-11-2025, 17:32
Ov qaydalarını pozan əcnəbilər saxlanıldı


Ov qaydalarını pozan əcnəbilər saxlanıldı

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.
5-11-2025, 17:07
Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək


Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində nümayəndə heyətimiz COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.
5-11-2025, 16:54
Prokurorluq Vuçiçə qarşı hərəkətə keçdi


Prokurorluq Vuçiçə qarşı hərəkətə keçdi

Serbiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu ölkə prezidenti Aleksandar Vuçiçə qarşı vəzifə səlahiyyətlərini aşmaq və onlardan sui-istifadə etmək ittihamı irəli sürüb.
Bu barədə məlumat qurumun rəsmi saytında yayımlanıb.
Prokurorluğun açıqlamasına görə, ittihamların əsasını Vuçiçin 3 noyabrda "TV Prva" telekanalında Milomir Mariçin aparıcısı olduğu verilişdə verdiyi müsahibə təşkil edib.
Həmin proqramda prezident prokurorluq tərəfindən aparılan istintaqlara “saxta və siyasi sifarişli” adlandırıb, qurum “proseslərə təsir göstərməyə çalışmaqda” günahlandırılıb.
“Prezident Aleksandar Vuçiç təhqiramiz və yalan bəyanatları ilə yenidən fəaliyyət göstərən prokurorlara hücum edib. Onun bu cür açıqlamaları ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur, konstitusiya və hüquq qaydasını, eləcə də qanunun aliliyini zədələyir”, – deyə açıqlamada qeyd olunub.
Vuçiç həmin müsahibədə NATO-nun 1999-cu il hava zərbələri zamanı dağıdılmış keçmiş Baş Qərargah binasının yenidən bərpası ilə bağlı qanundan danışıb. O, 2016-cı ildə ABŞ administrasiyası ilə həmin binanın yerində “NATO aqressiyası qurbanları muzeyi”nin yaradılması barədə razılıq əldə etdiyini xatırladıb.
5-11-2025, 15:38
Səlahəddin Dəmirtaş azad ediləcək? - Ərdoğandan CAVAB


Səlahəddin Dəmirtaş azad ediləcək? - Ərdoğandan CAVAB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ləğv edilən HDP-nin həmsədri Səlahəttin Demirtaş barədə qərarına münasibət bildirib.
Ərdoğan deyib ki, məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək.

***

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaş barədə çıxardığı qərarın artıq qüvvəyə mindiyini bildirib.
Nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
“AİHM Dəmirtaşın təhlükəsizlik və azadlıq hüquqlarının pozulduğuna qərar verib. Böyük Palataya müraciət qəbul edilmədiyi üçün qərar artıq qəti xarakter alıb. Sənədin Ankara Regional Apellyasiya Məhkəməsinə gəlməsi və ya tərəflərin müraciəti halında məsələ məhkəmə tərəfindən dəyərləndiriləcək. Biz məhkəmənin qiymətləndirmə prosesini gözləyəcəyik.”
Qeyd edək ki, MHP sədri Dövlət Bağçalı da bu mövzuya münasibət bildirib. “Demirtaşın azadlığa buraxılması Türkiyə üçün xeyirli olacaq", - o qeyd edib.
Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarı qətiləşib.
Xatırladaq ki, 2014-cü ildə Kobani etirazları ilə əlaqədar 42 il həbs cəzasına məhkum edilən Demirtaş doqquz ildir həbsdədir.
5-11-2025, 15:33
Litva aeroportu dron uçuşuna görə bağlandı


Litva aeroportu dron uçuşuna görə bağlandı

Litvanın paytaxtı Vilnüsdə naməlum pilotsuz uçuş aparatına görə aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.
Vilnüs Hava Limanının rəsmisi Tadas Vasilyauskas bildirib ki, hava limanının bağlanması iki reysə təsir edib.
O qeyd edib ki, reyslərə təsir minimal olub.
5-11-2025, 15:23
Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA


Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "gununsesi.info"ya Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.
5-11-2025, 15:03
Şoyqu Cənubi Qafqazla bağlı mesaj verdi


Şoyqu Cənubi Qafqazla bağlı mesaj verdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Qafqazdakı vəziyyət daim diqqət tələb edir.
TASS agentliyinin məlumatına görə, Şoyqu bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bildirib.
"Bizim üçün saatlarımızı sinxronlaşdırmaq vacibdir. Son hadisələrlə, regionda - bütövlükdə Qafqazda, Cənubi Qafqazda baş verən müxtəlif inkişaflarla bağlı hər şey daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir".
Qriqoryan regiondakı vəziyyətlə bağlı detalları bölüşməyə hazır olduğunu bildirib və görüşmək imkanına görə ona təşəkkür edib.
Bu gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü keçirilir. Görüş çərçivəsində Şoyqu bir neçə ayrı-ayrı ikitərəfli görüşlər, o cümlədən Azərbaycandan olan həmkarı ilə görüşəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!