Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
12-03-2026, 20:45
Füzulidə mina partladı - Çoban həlak oldu


Füzulidə mina partladı - Çoban həlak oldu

Füzuli rayonunda mina partlayıb, ölən var.
Hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə çoban ölüb, atı isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.
12-03-2026, 20:12
Müctəba Xamenei yenə üzə çıxmadı


Müctəba Xamenei yenə üzə çıxmadı

İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra ilk müraciəti yayımlanıb.
Xamenei bu gün televiziya vasitəsilə xalqa müraciət etməyib və onun bəyanatı aparıcı tərəfindən oxunub.
“Daily Mail” qəzeti bunun Xameneinin ağır vəziyyətdə olmasının mümkün göstəricisi olduğunu qeyd edir. Qəzetin Tehrandakı mənbəsinin iddiasına əsasən, o, paytaxtın tarixi hissəsində yerləşən Sina Universitet Xəstəxanasının reanimasiya şöbəsində komada saxlanılır.
Məlumata görə, təhlükəsizlik səbəbilə xəstəxananın bir hissəsi bağlanıb və ərazi xüsusi xidmət əməkdaşları tərəfindən qorunur. Hələlik Müctəba Xameneinin atasının öldüyü hava zərbələri zamanı yaralanıb-yaralanmadığı dəqiq bilinmir.
"The Sun" qəzeti isə daha fərqli iddia ilə çıxış edib. Nəşrin mənbələrinə istinadən yazdığına görə, Müctəba Xamenei hava zərbəsi nəticəsində ciddi xəsarətlər alıb və onun bir və ya iki ayağı amputasiya edilib. Bildirilir ki, o, həmçinin ağır daxili zədələr, qaraciyər və ya mədə yırtılması ehtimal olunan travmalar alıb və komadadır.
Qeyd olunmalıdır ki, bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və İran rəsmiləri tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, Müctəba Xamenei müharibənin başlamasından sonra ictimaiyyət qarşısına çıxmayıb.
12-03-2026, 20:03
Antonio Quterreş Türkiyədədir


Antonio Quterreş Türkiyədədir

BMT-nin Baş katibi Antonio Quterreş Türkiyədə səfərdədir.
O, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Hər il Ramazan ayında həmrəylik səfəri edirəm. Bu dəfə mən, BMT-dəki fəaliyyətim dövründə ən çox sayda qaçqın qəbul edən türk xalqının səxavətinə ehtiramımı bildirmək üçün Türkiyədəyəm", - o yazıb.
12-03-2026, 19:49
Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtlar


Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtlar

Sabah Ramazan ayının iyirmi üçüncü günüdür.
İmsak vaxtı 05:30-a, iftar isə 19:00-a təyin olunub.
İyirmi üçüncü günün imsak duası:

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

12-03-2026, 19:25
Ankarada zəlzələ


Ankarada zəlzələ

Ankarada zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ Ankaranın Haymana bölgəsində 4.1 bal gücündə, 7.74 km dərinlikdə qeydə alınıb.
12-03-2026, 18:58
Qonşu ölkələrlə səmimi əlaqələr qurmağa hazırıq – Xamenei


Qonşu ölkələrlə səmimi əlaqələr qurmağa hazırıq – Xamenei

İran bütün qonşu ölkələrlə qarşılıqlı səmimi əlaqələr qurmağa tam şəkildə hazırdır.
Bunu İranın Ali Lideri Müctəba Xamenei İran vətəndaşlarına müraciətində deyib.
Onun sözlərinə görə, İranın 15 qonşu ölkə ilə quru və ya su sərhədi var. Buna əsasən İran bütün qonşu ölkələrlə konstruktiv əlaqələr qurmağa səy göstərib və göstərir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
12-03-2026, 18:42
İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı


İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
12-03-2026, 18:16
Bacısı və həyat yoldaşının ölümündən danışdı


Bacısı və həyat yoldaşının ölümündən danışdı

İranın yeni ali lideri Müctəba Xamenei həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib.
Onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb.
“Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həyat yoldaşım, ata-anasına xidmət edən, layiqli mükafatını alan sədaqətli bacım və azyaşlı övladı da şəhid oldu”, - o qeyd edib.
12-03-2026, 18:07
Millimiz 11:0 hesabı ilə uduzdu


Millimiz 11:0 hesabı ilə uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.
12-03-2026, 17:59
Tehranda ictimai nəqliyyat pulsuz olacaq


Tehranda ictimai nəqliyyat pulsuz olacaq

Müharibə dövründə İranın paytaxtı Tehranda ictimai nəqliyyat pulsuz olacaq.
Bu barədə Tehranın meri Əlirza Zəkani bildirib.
Onun sözlərinə görə, bu tədbir əhalinin dəstəklənməsi və yanacaq istehlakının idarə edilməsinə yönəlib.
Qərar avtobuslar və metro daxil olmaqla şəhər ictimai nəqliyyatına şamil edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!