Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
20-01-2026, 13:34
Sabah Xankəndiyə ilk köç olacaq


Sabah Xankəndiyə ilk köç olacaq

Xankəndi şəhərinə yanvarın 21-də ilk köç olacaq.
Müxtəlif yerlərdə məskunlaşan, çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi Xankəndinə köçürüləcək.
Xatırladaq ki, dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub.
20-01-2026, 13:27
Ceyhun Bayramov Hakan Fidanla danışdı


Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.
Telefon danışığı zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
20-01-2026, 13:05
Geomaqnit qasırğası müşahidə olunur


Geomaqnit qasırğası müşahidə olunur

Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına 20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal olunur.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.
Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18 yanvar tarixində Günəşdən ayrılan tac kütlə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.
Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.
20-01-2026, 12:59
Sabah da qar yağacaq


Sabah da qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bildirilib ki, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
20-01-2026, 12:51
Xarici Kəşfiyyat Xidməti: Ermənistan-Azərbaycan müharibəsi gözlənilmir


Xarici Kəşfiyyat Xidməti: Ermənistan-Azərbaycan müharibəsi gözlənilmir

Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2026-cı il üçün xarici risklər haqqında illik hesabatını dərc edib.
Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına görə, 2026-cı ildə Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya demək olar ki, gözlənilmir.
Qeyd edilib ki, eskalasiya ehtimalı Vaşinqton razılaşmaları və hər iki tərəfin 8 avqust 2025-ci ildə sülh müqaviləsini paraflaması nəticəsində əhəmiyyətli dərəcədə azalıb.
Xarici Kəşfiyyat Xidməti həmçinin hərbi-siyasi niyyətlərdən qaynaqlanmayan lokal toqquşmaları qeyri-mümkün hesab edir.
Hesabata görə, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ticarət-iqtisadi təşəbbüslərin həyata keçirilməsi, iki cəmiyyət arasında dialoq, humanitar layihələr və s. sahəsində yeni irəliləyiş ehtimalı yüksəkdir.
Xarici Kəşfiyyat Xidməti regionda kommunikasiyaların açılmasına da eyni dərəcədə nikbin yanaşır.
Buna baxmayaraq, kəşfiyyat xidməti Ermənistan-Azərbaycan münasibətlərində müəyyən risklər də görür.
19-01-2026, 19:16
Prezident Davosda görüş keçirdi


Prezident Davosda görüş keçirdi

Bu gün Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.
Dövlət başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
19-01-2026, 18:52
İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib?


İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib?

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Bu qərar Prezident İlham Əliyevin regional və qlobal miqyasda sülhün təşviqi, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və humanist dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq səviyyədə verilən yüksək qiymət kimi dəyərləndirilir.
Qeyd olunur ki, mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi təkcə diplomatik uğurun göstəricisi deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən qəbul olunduğunu təsdiqləyən mühüm mesajdır. Fondun əsas fəlsəfəsi BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın humanizm, tolerantlıq, xalqlar arasında həmrəylik və dinc yanaşı yaşama ideyalarına söykənir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunur.
İndiyədək bu nüfuzlu mükafata layiq görülənlər sırasında BMT Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliça Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhər Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi Lətifə İbn Ziyaten, Keniyadan sülh fəalı Şəmsa Əbubəkr Fadhil, eləcə də Barbadosun Baş naziri Mia Amor Mottley yer alır.
Fond müxtəlif kateqoriyalar üzrə mükafatlar təqdim etsə də, bu təltif yalnız müstəsna xidmətləri olan şəxslərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə sülh quruculuğu prosesində artan roluna verilən yüksək qiymətin növbəti təsdiqi kimi qiymətləndirilir.
19-01-2026, 18:40
Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı


Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı

Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Zabil Qəhrəmanovun vəkili Babək Həmidov bildirib ki, müvəkkili barəsində cinayət işi Gəncə Şəhər Polis İdarəsində açılsa da, cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılır. Ona görə də Zabil Qəhrəmanov Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Həmçinin ona əlavə ittihamlar irəli sürülüb. Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
19-01-2026, 18:30
Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu


Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə əlaqədar yeni tariflərlə hədələməsindən sonra Avropa avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə aşağı düşüb.
Xüsusilə, "Mercedes-Benz AG" səhmləri 6,7 faiz, BMW 7 faiz və "Volkswagen" səhmləri 5,4 faiz ucuzlaşıb. Bundan əlavə, "Porsche" səhmlərinin qiyməti də təxminən 5 faiz azalıb.
Agentlik xatırladıb ki, ötən həftənin sonunda Ağ Ev rəhbəri Avropa mallarına əlavə 10% tarif tətbiq olunduğunu elan edib. Şirkətlərin əsas bazarı Amerika olduğu üçün tariflər onlara xüsusilə təsir edib.
Avropa avtomobil sənayesi artıq Trampın artıq tətbiq etdiyi tariflərdən təzyiq altındadır. Hazırda Avropa Birliyindən idxal edilən əksər avtomobil və komponentlərə tariflər 15 faiz təşkil edir.
19-01-2026, 18:06
Azərbaycanda milli geyim standartları hazırlanıb


Azərbaycanda milli geyim standartları hazırlanıb

Milli dəyərlərimizin qorunması və təbliği Prezident İlham Əliyevin mədəniyyət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Mədəniyyət Nazirliyindən bildirilib ki, yeni milli geyim standartları hazırlanıb:
"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dövlətimizin yeni mədəniyyət konsepsiyası nəzərə alınmaqla milli geyimlərin müasir dövrdə istifadəsi, təbliği və təqdimat formaları üzərində sistemli iş aparılır.
Artıq Azərbaycanın milli geyim standartları hazırlanıb və bu proses yekunlaşmaq üzrədir. Sözügedən standartları milli geyim irsinin qorunması, vahid meyarlar əsasında təqdimatı və gələcək nəsillərə ötürülməsi baxımından çox əhəmiyyətli hesab edirik. Qeyd etmək istərdik ki, milli geyimlərin yalnız ənənəvi formada deyil, müasir dizayn elementləri ilə interpretasiya olunmuş nümunələr şəklində təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır".
Bildirilib ki, Nazirlik tərəfindən təşkil olunan rəsmi tədbirlərdə və ictimai platformalarda bu cür geyim nümunələrinin mərhələli şəkildə nümayişi və təşviqi nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!