İsrail də Azərbaycana dron hücumunu pislədiİsrail XİN rəhbərinin müavini Şaren Haskel "X" sosial şəbəkəsinə İrandan Azərbaycana edilən dron hücumunu pisləyib.
Şaren Haskel qeyd edib ki, İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir.
"Naxçıvandakı hadisə İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsidir", - o qeyd edib.
Şaren Haskelin sözlərinə görə, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır.
Qeyd edək ki, martın 5-də İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.