Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 16-05-2020, 12:11
Çətin peşənin zərif nümayəndələri


Qadın dünyaya gələn zaman ailəsi onun yaşamı haqqında yaxşı, pis nə varsa hər şeyi fikirləşir. Hətta təhsil alacağı və işləyəcəyi peşəni də. Bildiyimiz kimi, hər valideyn qız uşağının rahat və sakit, gəlirli, bir peşəsi olmasını istəyir. Ona görə də qız uşaqlarına hər zaman müəllim və həkim olması məsləhət görülür. Hər peşənin çətinliyi olduğunu düşünsək, müəllim və həkim olmaq özü də savadlı olmaq çətindir.Hazırda ölkəmizdə və dünyada təhsil alan, vətənini layiqincə təmsil edən savadlı qadınlarımız çoxdur.
Mənim toxunmaq istədiyim mövzu qadın və jurnalistikadır. Mən jurnalistika fakültəsində təhsil alıram. Cəmiyyət oxuduğun ixtisasdan çox universitetin adıyla maraqlanır. Bakı Dövlət Universitetində(BDU)təhsil aldığımı söyləyəndə üzlərində elə bir təbəssüm olur ki, özünü böyük mükafat qazanmış kimi hiss edirsən. İxtisasımı bildikdə isə bir anın içinində həmin təbəssüm solur. İnsanların fikrincə,qadından jurnalist olmaz. Bir dəfə ixtisasımı soruşan şəxs qayıdıb mənə dedi:” jurnalist qızları alan olmur ee, belə getsə evdəqalacaqsan”. Heç nə cavab vermədim və onun həmin sözündən sonra da fikrimi dəyişdirmədim. Artıq XXI əsrdə yaşayırıq. Biz təhsil almaqla,bilik səviyyəmizi artırmaqla, dünyagörüşümüzü inkişaf etdirərək bu geridə qalmış , anlamsız stereotip düşüncələri dəyişə bilərik
Jurnalistika elə bir sahədir ki, müşahidə etmək qabiliyyətin olmalı, öz sözünü deməyi bacarmalı,cəmiyyətdə ,dünyada baş verən hadisələri düzgün, dəqiq, qərəzsiz, vicdanlı və obyektiv bir şəkildə insanlara çatdırmağı bacarmalısan. Etiraf etməliyik ki, jurnalistika çətin bir sahə olsa da, öz sözünü demiş və hələ də deyən, inkişaf edən, tanınmış qadın qələm sahibləri olub və hələ də var.
Gəlin, birlikdə mətbuat sahəsində uğur qazanan qadınları tanıyaq.
Şəfiqə Əfəndizadə: Azərbaycanda qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmin zamanlarda qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.
O cür ağır zamanlarda belə bu yükü zərif çiyinlərinə götürən qadınlar təhsilə, yeniliyə kişilərdən daha çox həvəs göstərirdilər. Azərbaycanın elə ziyalı qadınları olub ki, onlar ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, cəhalətə qarşı mübarizə aparır və həyatları bahasına insanların maariflənməsinə can atıblar.
XX əsrdə Azərbaycan qadınları arasında təhsil, maarif və mədəniyyətin yayılması uğrunda fədakarcasına çalışmış maarifpərvər qadınlardan biri də Şəfiqə xanım Əfəndizadədir. O, həm də ilk Azərbaycan dili müəllimi, ilk qadın jurnalist, eləcə də, Cümhuriyyət parlamentinin əməkdaşı olub. Cümhuriyyətin ən parlaq qadın xadimlərindən biri və bəlkə də,birincisi idi desək, yanılmarıq.
Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Şəfiqə xanım Əfəndizadənin xalqı maarif və mədəniyyətin inkişafına səsləyən çağırışları "Şərqi-rus”, "Açıq söz”, "Azərbaycan” qəzetlərinin, "Dəbistan”, "Məktəb”, "Dirilik”, "Şərq qadını” və başqa mətbuat orqanlarının səhifələrindən eşidilib. H.B.Zərdabinin ömür-gün yoldaşı, görkəmli maarifçi Hənifə xanım Məlikova Şəfiqə xanımın Şərq aləmində əks-səda salan publisistik fəaliyyətinə yüksək qiymət verərək deyib: "Qadın təhsili məsələsində sən Həsən bəydən daha çox iş görə biləcəksən”.
Şəfiqə xanım XX əsrin əvvəllərində qadın hüquqşünaslığına aid müsahibələrin birində isə belə deyib: "1916-cı ildə Bakıda Cəlil Məmmədquluzadənin "Ölülər” komediyası ilk dəfə səhnəyə qoyulmuşdu. Tamaşa qurtaranda mən yaxın lojada bir qadının ağladığını gördüm. "Niyə ağlayırsan?” deyə soruşanda o, göz yaşını silib dedi: "Necə ağlamayım?! O yazıçı mənim həyatımı haradan bilir?..”
Bu kədərli hadisə ilə əlaqədar xanım jurnalist "Açıq söz” qəzetində "Ölülər” haqqında bir müsahibə” sərlövhəsi ilə çap etdirdiyi məqalənin axırında yazıb: "Dünyada olan zülmlərin həpsini biz ünas (qadın) tayfası çəkir. Gələ-gələ düşünürdüm ki, iştə "Ölülər” faciəsinin həyat və məişətimizdə bir inqilab törədəcəyi ... aşkardır”.
1918-ci il sentyabrın 15-də Bakının erməni və bolşevik hərbi birləşmələrindən azad edilən tarixi gündə demokratik ruhlu mətbuatımızın ailəsində şərəfli yer tutan milli azadlıq və müstəqil dövlətimizin ilk mübariz orqanı "Azərbaycan” qəzeti qadınlarımızın həyatına, azadlıq, tərəqqi yollarına mayak kimi işıq saçmağa başlayıb.
"Azərbaycan” qəzeti Şəfiqə xanım Əfəndizadənin əqidəsi, arzusu, publisistik fəaliyyəti üçün geniş meydan olub. Bu azad, milli duyğular tərənnümçüsü mətbu orqanın redaksiya heyətinə üzv seçilib. Qadınların həyatı, mübarizəsi, hüquqları, təhsili, maariflənməsi haqqında bir sıra dəyərli məqalələr, hekayələr yazıb. Qəzetin 5-ci sayında onun "Təşkilatın qadınlara təsiri”, "Seçki və qadınlar”, "Milli bayram və qadınlarımız” (1919, 5 iyun), "Vətən bizim anamızdır” (1919, 25 iyun), "Analar! Qızlarınızı oxudunuz!” (1919, 25 iyul) və başqa məqalələri mətbuat tariximizdə dəyərli səhifələrdir.
Qeyd edək ki, Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanda ziyalı ailəsində doğulub. Bu ailə, xüsusilə atası Məmmədəmin Şeyxzadə mətbuata marağı olan bir ziyalı kimi qəzetləri alır və övladlarını da mətbuata həvəsi olan insanlar kimi tərbiyə edir. Şəfiqə xanım ailədə və sonralar məktəbdə ciddi mütaliə yolu ilə bir neçə dil öyrənib, savadlı qız kimi tanınıb.
Ş.Əfəndizadənin jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan "İşıq” qəzeti ilə bağlı olub. XX əsrin ilk on illiyində Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzudur. Onun publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu ,o cümlədən digər məsələlərdən bəhs olunub
Haqqında danışdığımız jurnalist qəzetin 26 oktyabr 1917-ci il nömrəsində dərc olunan "Seçki və qadınlar” adlı məqaləsində konkret dövr üçün əhəmiyyətli rol oynayan digər bir məsələyə - qadınların savadsızlıq üzündən seçki hüquqlarını, seçkinin mahiyyətini dərk etməmələrindən, bunun nəticəsi olaraq da bu prosesdən kənarda qalmalarından yazıb: "Həyatı sevmək, onu daha da gözəlləşdirmək lazımdır. İnkişaf qadınlıq və qadınlığın diriliyindədir. Qızların, qadınların səyi olmadan Vətənin, xalqın yüksəlişi qeyri-mümkündür. Başqa xalqların qadınları ictimai-siyasi həyatda kişilərlə bərabər fəaliyyət göstərərək, öz millətinin tərəqqisi üçün çalışan zaman Azərbaycan qadınları bu prosesdən kənarda qala bilməz”. Həmin məqalədə qadınların seçkidə iştirakı zəruri məsələ kimi önə çəkilib.Onların siyasi və vətəndaşlıq hüquqlarının kişilərlə bərabərliyi cəsarətlə qeyd edilib.
İstiqlal aşiqi, vətən fədaisi Ş.Əfəndizadə publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşmış, vətənpərvər şəxsiyyət kimi münasibət bildirib. Sovet dövründə də Şəfiqə xanım jurnalistlik fəaliyyətini davam etdirib, 1923-cü ildə nəşr olunmağa başlayan "Şərq qadını” jurnalı ilə fəal əməkdaşlıq edib. Redaksiya heyətinin üzvü seçilən bu ziyalı xanım jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.
Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudun!” deyə ilk dəfə qadınlara müraciət edib.
Susaraq yaşayan, sovetlərin 1937-ci il kimi dəhşətli bir faciəsindən qurtulan və hər gecə qapısının döyüləcəyi qorxusu ilə bəraət illərinə gəlib çatan jurnalist 29 iyul 1959-cu ildə haqq dünyasına qovuşub.
Siyahını tərtib edərkən çox düşündüm. Birinci Salatın Əsgərovanı yazmaq istədim, lakin” Cümhuriyyət dövrümüzün qoyub getdiklərini unutmaq olmaz “deyə fikirləşdim və ilk Şəfiqə Əfəndizadə haqqında məlumat versəm də, Salatın Əsgərova Azərbaycan xalqının qəlbində hər zaman qəhrəman qadın jurnalisti kimi xatırlanacaq. Onu da qeyd edim ki, Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalisti olub.
Salatın Əsgərova Əziz qızı 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna- indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakültəsini bitirsə də, o, jurnalist kimi çalışır. “Molodyoj Azerbaydjana”(Azərbaycan Gəncləri) qəzetində əmək fəaliyyətinə başlayır. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur.
Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar sevimli müəlliflərinin yazılarını gözləyərkən ölüm xəbərini eşidirlər. Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanır. Yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun da içərisində olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur. Nəticədə jurnalist hadisə yerindəcə dünyasını dəyişdi. Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda o da anasının yolunu davam etdirir.Salatın xanım ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Nəbi Xəzri onun haqqında elegiya-poeması yazıb. 1993-cü ildə Elza İbrahimova “Salatın”mahnısını onun xatirəsinə həsr edib. Mahnını Flora Kərimova ifa edib.2016-cı ildə Salatın Əsgərovaya ithaf olunmuş qısametrajlı “Vətən üçün gedirəm”filminin təqdimatı keçirilib.
Qadınlar zərif olduqları qədər güclü və cəsarətlidirlər. İndi haqqında danışacağım jurnalist dünyanın ən qaynar nöqtəsi olan Suriyada, Şri Lankada, Liviyada savaş müxbiri olub, Ərəb baharı, Qəddafi rejimininin öz gözləri ilə görüb.
Marie Colvin 12 yanvar 1956-cı ildə Amerikanın NewYork ştatında dünyaya gəlib. Amerikalı savaş müxbiri olan Marie Colvin Tunus, Misir, Liviya, Çeçenistan, Şri Lanka və Syerra Leonenindəb və s. olduğu bir çox ölkələrdə qaynar təmas halında , çətin şəraitlərdə xidmət edib. Peşəsini çox sevən Marie Colvin işini belə təsvir edirdi:”Hər zaman haqqında yazdığım bir şey həddindən artıq insanlıq halı olduğunu düşünmüşəm, dözülməz tərəfə itələnmiş, o səbəbdən insanlara gerçək vəziyyətdə müharibənin nə olduğunu izah etməyin vacibliyini anlamışam”
Marie Colvin həyatı boyunca həmişə müharibə bölgələrindən xəbərlər verib. Jurnalist dostu Lindey Hilsum İn Extremis:The life and death war correspondent Marie Colvin(Ekstremizmdə: Həyat və ölüm müharibə müxbiri Mariya Kolvin)adlı kitabında onun həyatını və ölümü haqqında danışıb. Hilsum, Colvinin 13 yaşından bəri tutduğu xatirə dəftərindən yararlanaraq, jurnalistin həyat hekayəsini ətrafındakı insanlara danışıb.
London da “Sunday Times” da jurnalistlik etməyə başlayan Colvin 2001-ci ildə Şri Lankadakı vətəndaş müharibəsində reportaj hazırlamağa çalışarkən bir gözünü itirmişdi. Bu hadisədən sonra Colvinin davam etməyəcəyini düşünənlər olsa da, Colvin”hər problemə çarə tapılar” düşüncəsiylə gözünə qara band taxmağa başladı. Jurnalistliyə daha möhkəm sevgiylə bağlanaraq işinə qaldığı yerdən davam etdi.
Çeçenistan, İndoneziya, Kosova və Orta Şərqdəki müharibələri və münaqişələri təqib edən Colvin Arafat və Qəddafi kimi liderlərdən müsahibə alıb .
Marie Colvin 1987-ci ildə Livan “Vətəndaş Müharibəsində” Filistin qaçqın düşərgəsinə çatan ilk jurnalist olub.
2012-ci ildə Qəddafi ilə söhbəti onun son müsahibəsi olub. 22 fevral 2012-ci ildə Suriyada hökumət güclərinin Humusda hazırladığı hücumda Marie Colvin 56 yaşında həyatını itirib.
Xatırlayırsınızsa, bir zamanlar Azərbaycan teleməkanının ən baxımlı kanalı ANS idi. Sonradan bu kanal öz yayımını dayandırdı. Bu jurnalistlər üçün çox üzücü bir hal idi. ANS-in əməkdaşları çox savadlı, dəqiq, qərəzsiz, vicdanlı və obyektiv olub. Çünki orda Vahid Mustafayev, Mir Şahin Ağayev, Ləman Ələşrəfqızı, Afət Telmanqızı və Sevinc Osmanqızı kimi peşəkar jurnalistlər çalışıb. Hansısa, sorğuda “ANS TV-də çalışan hansı jurnalistləri tanıyırsınız?” sualı ilə qarşılaşsaz, əmin olun ki o cavablar içərisində Ləman Ələşrəfqızının adı mütləq çəkiləcəkdir.
Ləman Ələşrəfqızı elə bir jurnalistdir ki, “qadından jurnalist olmaz” kimi stereotip düşüncənin əksini edib. Həyatını araşdırsaq görərik ki, Ləman xanım ailə quraraq 2 övlad dünyaya gətirməklə yanaşı, çalışdığı sahədə öz sözünü deyən , sevilən və tanınmış bir jurnalistdir. Gəlin, birlikdə Ləman Ələşrəfqızının həyatına qısa nəzər salaq!
Ləman Ələşrəfqızı 1971-ci il 15 dekabrda Oğuz rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində alıb. Universiteti bitirdikdən sonra birinci iş yeri olan “Şəfqət”qəzetində çalışmağa başlayıb. 1996-cı ildə “Olaylar” İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyət göstərib. Ondan sonra “Azadlıq”, “Hürriyyət”,yenidən “Azadlıq”qəzetlərində çalışıb. 2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan “İç xəbər” də işləməyə başlayıb. 8 il bu layihə üstündə çalışıb. İlk 6 ay “İç xəbər” də müxbir , sonra verlişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə “İç xəbər”in rəhbəri olub.
Ləman Ələşrəfqızına “Qızıl qələm mükafatı”və “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb. Həmçinin Ləman xanım sənədli televiziya filmləri üzərində də işləmişdir:
1. Artilleriya allahı (film, 2015)
2. "Sonuncu Qəhrəman" — 09.05.2015
3. "Sərdar"
4. "Əkinçi"—22.07.2015
5. "Musiqinin Məcnunu"—17.09.2015
6. "Sevgili Bayrağım"—09.11.2015
7. "Yurd ilanı"
8. Ağ adam (film, 2016)
9. Ağıllılar və dəlillər (film, 2016)
10. "Son beşik" — 05.02.2016
11. "Diş ağrısı" — 20.03.2018
12. "Topa tutulan baş" — 26.05.2018
13. "Şapkalı Urus" — 22.07.2018
14. "Bakı qoçuları" — 15.09.2018
15. "Bir qalanın sirri" — 01.10.2018
16. "Quzğun dəniz" — 08.10.2018
17. "Dayaq" — 18.10.2018
18. "Müşfiqə atılan güllə" — 29.10.2018
19. "Baş qoyduğumuz ucalıq" — 09.11.2018
20. "Azad heykəl qadın" — 27.12.2018
21. "Güllələnən gül" — 20.01.2019
22. "Allahın Lütfü" — 04.02.2019
23. "613" — 26.02.2019
24. "Nəhəng və firəng" — 28.05.2019
25. "Əbədiyyət Nəsimi" — 09.07.2019
Ləman xanım həqiqətən tam bir Azərbaycan xanımı olmaqla yanaşı , işində də peşəkardır.Jurnalistika fakültəsinin tələbəsi olaraqLəman xanımı özümə örnək bilirəm
Yekaterina Osadçaya: Yekaterina Osadçaya 12 sentyabr 1983-cü ildə Kiyevdə anadan olub . 13 yaşında olarkən peşəkar model karyerasına başlayıb. "Bagira" model agentliyi məktəbini bitirib. 14 yaşında – 9-cu sinfi bitirdikdən sonra üç ay müddətinə Tokioda çəkilişlərə qatılıb. Sonralar onun Almaniya, İngiltərə və Fransada da çəkilişləri olub. Parisdə gərgin çəkiliş qrafiki olan Yekaterina, məktəb buraxılış imtahanlarını ekstern üsulu ilə verib.
18 yaşında olarkən Yekaterina modellik fəaliyyətinə yekun vurub Ukraynaya qayıdır. Ukrayna xalq deputatı Oleq Polişşukla ailə həyatı qurmuş və 2002-ci ildə onların İlya adlı oğlu dünyaya gəlib. Hələ hamiləlik dövründə Yekaterina özünü televiziya jurnalistikası sahəsinə həsr etməyə qərar verdi. Ukrayna dilini zəif bildiyindən övladının anadan olmasından dörd ay sonra nitq, tələffüz və səs quruluşu vərdişlərinə yiyələnmək üçün xüsusi müəllimlə məşğul oldu. Taras Şevçenko adına Kiyev Milli Universitetinin tarix fakültəsini qiyabi bitirib
Telejurnalist kimi ilk təcrübəsini Ukraynanın Birinci milli telekanalında (ukr. UA: Перший) ştatdankənar müxbir kimi əldə edib. 2005-ci ildə Yekaterina sınaqlardan uğurla keçərək ТОНІС telekanalında "Kübar salnamələr" (ukr. Світські хроніки) layihəsinin aparıcısı olub. 2007-ci ildə Birinci kanalda "Kübar həyat" (ukr. Світське життя) verilişinin aparıcısı təyin edilib. 2008-ci ilin avqustunda bu proqram "1+1" telekanalında efirə çıxmağa başladı.
2009-cu ildə "1+1" telekanalında "Sənin üçün rəqs edirəm" (ukr. Танцюю для тебе) proqramının ikinci mövsümündə Andrey Krısla birlikdə iştirak edib.2012-ci ildə "1+1" telekanalında yayımlanan "Ukraynanın səsi" (ukr. Голос країни) şousunun aparıcısı olub. Elə həmin ildə telekanalın "Səs. Uşaqlar" (ukr. Голос. Діти) adlı yeni layihəsi başladı. Bu layihədə Yekaterinanın aparıcı kimi rolu dəyişir və o, artıq uşaqların səhnəarxası məqamlarında onlara dəstək göstərib
Bir qadın və jurnalist olaraq uğurlara imza atan Yekatirina Osadçya 2007-ci ildə "Fokus" jurnalının açıqlamasına əsasən, "Ukraynanın 100 ən nüfuzlu qadını" siyahısında 96-cı; 2013-cü ildə isə 64-cü yerləri qazanıb 2009-cu ildə "Afişa" qəzetinin açıqlamasına görə, "Kiyevin siması" sorğusunda 6-cı yerə sahib olub. 2009-cu ildə Osadçayanın "Royal Ascot" kral at yarışlarında budaq üzərinə qonmuş qarğanı əks etdirən şlyapası Britaniya qəzeti The Daily Telegraph tərəfindən ən qeyri-adi baş geyimi kimi xüsusi qeyd edilib

“Milenaya məktublar” adlı əsəri yəqin ki, oxumusunuz! Oxumasanız belə adını eşitməmiş olmazsınız. Bu əsər Frans Kafkanın məşhur əsərlərindən biridir. Əsərdə Kafka ilə sevdiyi qadın Milena arasında olan məktublardan söhbət gedir. Onu da qeyd edim ki, həmin Milena çex əsilli bir jurnalist olub. Birlikdə qısaca Milenanın həyatına nəzər yetirək
Burjua əxlaqını dağıdan qadın Milena Jesenka
Yaxşı bir jurnalist, tərcüməçi və yazıçı olan Milena Jesenka 1986-cı ildə Pragada dünyaya gəlib. Mübarizəkar və azadlıqsevər quruluşuyla tanınam Jesenka, həyatındakı ilk mübarizəni ailəsini qarşı vermişdi. Burjua əxlaq anlayışını dağıtmış , cəsarətli qadın olub. O, Pragalı aristokrat bir ailənin qızı olaraq dünyaya gəlib. Ona təqdim edilən həyatı rədd etdiyi üçün əvvəl atasıyla sonra da bütün aristokrat mühitindən uzaq durub. Hitler qorxusunun yaşandığı bir zaman da, çarəsiz qalan qaçqınlar üçün evini açaraq həyatlarını qurtarıb. Yazdığı məqalələrdə Hitler faşizmini cəsarətlə tənqid etməsi onun mübarizəkar münasibətini gözlər önünə qoydu.
Gənc yaşında özündən 10 yaş böyük, əslən yəhudi olan Ernst Polakla ailə həyatı qurub. Atası bu münasibətə qarşı çıxaraq, Milenayı bir sinir xəstəlikləri klinikasına bağlayıb. Burda bir il qaldıqda Milena böyük zərbələr yaşadı. Bu hadisədən sonra atasıyla olan bütün əlaqəsini kəsdi. Yaşadığı əziyyətli vaxtlardan sonra pul qazanmaq üçün tərcüməçilik etməyə başlayıb. 1920-ci illərdə kəşf etdiyi Frans Kafkanın hekayələrindən çox təsirlənir və heyran qaldığı yazıçının almanca əsərlərini çex dilinə tərcümə etdi. Kafkayla tanış olan zaman evli olan Milena, ona qarşı sevgi hissi bəsləyib. Kafka da Milenanın səmimiyyətindən və tərcümələrindəki peşəkarlığan təsirlənərək ona məktub yazmağa başladı. Bu məktub nümunələri “Milenaya məktublar”adlı məşhur əsərə çevrildi.
Sizi bir qisim qadın jurnalistlə tanış etdim. Əmin olun ki, burda təqdim etdiyimdən çox xanım mətbuat işçisi var ki!
Xanımlar, heç bir zaman kiminsə sizin haqqınızda nə düşünəcəyi barədə fikirlərə qapılmayın. Əsas da sənət seçərkən. Jurnalistika çətin olduğu qədər, şərəfli peşədir. Heç bir zaman qorxmayın və hər şeyə rəğmən deyilən anlamsız sözlərə, sizi əzməyə çalışan insanların qarşısında dik , mərd şəkildə dayanın və cavablarını da verin. Zərif olduğunuz qədər, bir o qədər də güclü qalmağı bacarın.

Bənövşə Feyziyeva,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!