Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
Tarix : 10-10-2014, 11:47

Səməd Vəkilov

Hüquqşünas

Qərbi Azərbaycanın qədim oğuz-türk yurdu Haqqıxlıda  doğulan,  ancaq dünyaya Azərbaycan dünyasından baxan  gözəl bir  ziyalı dostumuzu -  Fazil Sadıqovu itirdik.   Əyalət təfəkküründən uzaq, milli dəyərlərə söykənən bir insan idi o. Elinə obasına bağlılığı,  elin təəssübünü çəkməsi  vətən torpağının hər qarışını sevməsi üçün bir qaynaq rolu oynayırdı. Patalogiyadan uzaq idi, hər bir şəxsin  dəyərini verməyi, ona hörmətlə yanaşmağı bacarırdı.  İstənilən məsələyə lokal deyil, qlobal yanaşmağı bacarırdı. Fazil Sadıqov adı bəlli, ünvanı bəlli kişilərdən idi. Xalqın mənəvi dəyərləri belə kişilərin timsalında yaşayır. Özü bütöv, sözü bütöv şəxsiyyət idi Fazil müəllim. Mübaliğəsiz demək olar ki, o Azərbaycan xalqının kişi obrazının bütün çalarlarını özündə ehtiva edirdi. Belə kişilər indi cəmiyyətdə çox azdı. Fazil müəllimin sambalını başa düşmək üçün onunla bir dəfə ünsiyyətdə olmaq kifayət edərdi. Onun davranışının əsas xarakterik cəhəti alicənab, xeyirxah, məğrur insan olması idi. Köhnə kişilərdən idi. Kişi adam idi, mərd idi. O, insanlarla münasibəti peşəkarlıq və sədaqət üzərində qururdu. Şəxsi kefiyyət onun üçün çox önəmli idi. Davamçısı olan  bacarıqlı mühəndis  Rais Cəfərovla münasibətləri artıq müəllim tələbə çərçivəsindən çıxaraq  ata oğul münasibətləri kontekstinə keçməsi də hər iki insanın şəxsi keyfiyyətindən xəbər verir.     

      Respublikanın tikinti  sektorunda onu yaxşı tanıyırdılar. Öz işinin gözəl bilicisi idi. Fazil müəllimi xarakterizə edərkən onun  xüsusi bir keyfiyyətini vurğulamamq mümükün deyil. Ədəbiyyatdan, poeziyadan danışanda adama elə gəlirdi ki, Fazil müəllim professianal ədəbiyyatşünasdır. Poeziyanın vurğunu və bilicisi idi. Əsl folklor mənbəyi idi, xalqın milli adət ən-ənəsini dərindən bilən bir insan idi. Bir dəfə dostum, dəyərli təhqiqatçı Əziz Ələkbərli ilə Haqqıxlı tarixi və folklorundan söhbət edəndə onun adət-ənənəyə necə bağlı, dərin müşahidə qabiliyyətinə malik bir insan olduğunu hiss etdim. Şair təbiətli insan idi. Səməd Vurğunun poeziyasının bilicisi və vurğunu idi. Ustadın  “Yenə səni gördüm Dilican dərəsi”  şeri  onu çox  kövrək xatirələrə aparırdı.

    Yenə səni gördüm Dilican dərəsi,

    Yadıma çox köhnə zamanlar gəlir.

    Ömür dedikləri bir karvan yolu,

    Nə canlar gedərək, nə canlar gəlir

 

 Ruhun şad olsun Fazil müəllim!

 

 

 



Paylaş



Bölmə: Köşə / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!