Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
Tarix : 13-10-2014, 14:18

Almaniyanın "Bayer" Leverkuzen klubunda oynayan,19 yaşlı qızlardan ibarət futbol yığmamızın üzvü Melisa Sarıaltın əlində Kürdüstanın bayrağı və plakatları ilə Almaniyada mitinqə qatılıb.

 Bu kürd əsilli futbolçu sabah Türkiyə əleyhinə PKK-nın aksiyalarına da qatılsa, o zaman nə baş verəcək? Burada mənim kiminsə milli təəssübkeşliyinə qarışmaq niyyətim yoxdur. Ancaq Azərbaycan bayrağı ilə çıxış edən hər kəsin dosyesi ciddi araşdırılmalıdır. Ona görə də mən, dəfələrlə bildirmişəm ki, bütün idman sahələrində başqa millətlərdən olan insanların milliləşdirilməsi yanlış addımdır. Bakıda yaşayan köklü rusların və başqa millətlərin təmsilçilərinin cəlb olunmasını normaldır və onların çoxu özlərini azərbaycanlı hesab edirlər. Dağıstandan idmançı gətirisinizsə, azərbaycanlı və ya kumık gətirin milliləşdirin! Şərait yaradın güləşdə, boksda, futbolda, voleybolda, motorlu idman növlərində, avarçəkmədə, üzgüçülükdə, qaçışda, basketbolda öz millətimizin təmsilçiləri öz bayrağımızın altında qürurla çıxış etsinlər. Milliləşdirmək istəyirsinizsə buyurun, Orta Asiyadan, Anadoludan, Avropadan türk əsilli gəncləri tapıb milliləşdirin. Heç olmazsa milli təəssübkeşliyi olan insanlar olsunlar ki, ən azı dövlətimizə problemlər yaratmasınlar. Çox zaman yarışlarda rəqabətdə də bu gəlmələrə üstünlük verilir və azərbaycan övladlarının daha ciddi şəkildə peşəkar kimi formalaşması əngəllənir. Qoy bir medalımız az olsun, qoy bir-iki oyunu uduzaq, əvvəl-axır öz gücümüzə güvənərək bir mərtəbəyə yüksəlməliyik. Sovet dövründə "Ararat"ın heyəti yüzdə 99 ermənilərdən, "Dinamo" Tbilisinin heyəti yüzdə yüz gürcülərdən ibarətdir, "Heftçi"də isə, Azərbaycan soyadı görəndə sevinirdin. Bunları inanın ki, tənqid xatirinə söyləmirəm, düşünərək ənənəni dəyişməyimiz vacibdir.


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!