Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
Tarix : 8-09-2015, 17:42


Kürdlər üçün 1915?

Qafar Çaxmaqlı


Yazıma bu başlığın qoyulmasından yanlış məna çıxarılmasının tərəfdarı deyiləm. Qətiyyən Türkiyənin Güney Doğu vilayətlərində yaşayan kürd qardaşlarımızın buradan köçürülməsinə haqq qazandırmaram. Bu onsuz da mümkün deyil. Bütün kürd əhali PKK-lı da olsa və hamısı S. Demirtaşın eş başkan olduğu və PKK ideolojisi ilə yüklənmiş partiyasına üzvlüyə ərizə də yazsa Türkiyə bunu etməz... Amma onu bu gün etməz. Sabah nə olacağını bilmədiyimizdən onun yorumunu da buraxmalıyıq gələcəyə. Fəqət, bir şeyi xatırlatmaq lazımdır ki, bir zamanlar I. Dünya müharibəsinin hələ üfüqdə görünmədiyi zamanlarda bu ərazilərdə indi kürdlərdən qat-qat az faiz oranına sahib olan ermənilər də bu PKK-çılar kimi heç dinc durmurdular və quldur dəstələri, “qəhrəman erməni fədailəri” indiki PKK kimi dağlarda cövlan edir və Osmanlı dövlətini təhdid edirdilər. Əskər və polisə hücum edib, eynən indiki kimi dövlətə zərbələr vurmağa başlayırdılar. Onlar da burada bir müstəqil dövlət qurmaq istəyirdilər. Eynən PKK kimi. 1914 I.Dünya müharibəsi başlanana qədər ermənilərin irili- xırdalı 50-yə yaxın üsyanı olmuşdu. İndiki “çözüm sürəcinə” bənzər danışıqlar da olmuşdu və indiki HDP-yə çox bənzəyən Erməni İnqilabçı Federasyonu- Daşnaksütyun Partiyası da qandan bəslənən siyasi terror təşkilatı olarak Demirtaş və onun yanındakılar kimi yekə-yekə danışmağa başlamışdılar. Zavallı Osmanlı da o zaman bu onun iç məsələsi olduğundan erməni daşnaklarının və digər erməni örgütlərinin nazı ilə çox oynamışdı. Amma müharibə başlayanda artıq səbr kasası daşdı və erməni əhalinin bu ərazillərdən köçürülməsi qaçınılmaz oldu. Hara köçürüldü ermənilər? Böyük hissəsi indiki Suriya ərazisinə. O zaman buralar Osmanlı imperatorluğunun əraziləri idi. Hələ əldən çıxmamışdı.

...İndi Suriyada “it yiyəsini tanımır”. Bilinmir nə olacaq bu ərazilərin və Suriya adında yapay dövlətin taleyi. O vaxt da eləydi. Mənim elə fikrim yoxdu ki, deyəm Türkiyə məcbur olub bu PKK sorununu həll etmək üçün 1915 27 May Sevk və Tehcir qanununa bənzər bir qanun qəbul eləsin. Yuxarıda dedim ki, bunu Türkiyə etməz. Amma bu gün etməz. Sabah çıxış yolu qalmayınca 1915 variantı da məsələni çözmək üçün bir variant ola bilməzmi? Çünki üfüqdə yeni müharibənin , bəlkə də III. Dünya müharibəsinin işartıları görünməkdədir...


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!