Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 27-02-2024, 20:02
Bağışlanma – Padreyə etiraflar

Günorta saatlarıdı, yəni varlığın çox vaxt öz mövcudluğunu sorğulamaqdan qaçdığı və kütləyə sığındığı zamanlardı. Mən isə uzun müddətdən sonra yenə kiçik olmağına baxmayaraq yalnızlığımı mənə hiss etdirməyən otağımda oturub, nəsə yazmağa çalışıram. Normalda günün bu saatlarında yazmaram, çünki günəş mənimçün həmişə çox iyrənc və mənasız görünüb. Bir də bu yay aylarında, günəşli günlərdə quşların ciyiltisindən, bəzən isti külək əsəndə ağacların yellənən yaşıl yarpaqlarından, uşaqların gülüşündən o qədər iyrənirəm ki! Quşların ciyiltisində sanki nəşə var, bax, mən o nəşədən iyrənirəm. Ağacların yarpaqları yaşıllaşıb, canlı görünür, o canlılıq mənə ürəkbulandırıcı gəlir. Uşaqlar gülür, hələ bir çox şeyi anlamaqda acizdirlər, amma həyat eşqi ilə doludular. Mən həmin o eşqlə dolan həyatı sevmirəm. Bu yay fəslindəki “canlanma”, sanki dünyaya təzə gələn uşağa bənzəyir. Onunçün hər şey ya yeni, ya da yenidən başlayır. Mən isə nə “yeni”ni, nə də “yenidən”i sevirəm.

Bəlkə də yay fəslindən “həyat”ın tərifinə müsbət olaraq yön verdiyi üçün nifrət edirəm. Çünki həyat kədərli olduğunda, kədərini fərqində olmadan qarşı tərəfə bildirib, ondan qayğı gözləməyə və qarşı tərəfin də səni sevdiyinə görə deyil, yazığı gəldiyi və vicdanını rahatlatmaq istədiyinə görə fərqində olmasa da sənə verdiyi təsəlliyə bənzəyir.

Beş-altı saat sonra gecə olacaq və sonu bitməyən düşüncələr bütün ruhumu zəbt etdikdən sonra ətrafıma baxacam. Harda olduğumu, nə etdiyimi, nəyi düşündüyümü dərk etdikdən sonra gördüyüm predmetləri təsvir etməyə çalışacam – bu məndə artıq vərdiş halını alıb. Bununla da düşüncələrimə bir də predmetlər əlavə olunacaq. Qurduğum bu utopik və qaranlıq ssenaridə əzablar pik həddə çatdığı zaman mən, heç bir narahatlıq yoxmuş kimi davranıb, çay içə-içə baxışlarımı bir nöqtəyə zilləyərək əslində ağlımda qurduğum mənzərəyə baxacam. Amma “predmetlər bizi narahat etməməlidir” – deyilmi, Sartr ?!


Ağarza Hüseynov
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Ana seife / Tələbə sözü / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!