Ərdoğan İlham Əliyevə zəng etdi .....                        İranda seçkinin tarixi açıqlandı .....                        Quterreş Rəisiyə görə başsağlığı verdi .....                        Hidayət Heydərov dünya çempionu oldu .....                        Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə .....                        Putin müdafiə nazirinə yeni müavin təyin etdi .....                        Rəisinin helikopteri niyə qəzaya uğrayıb? .....                        Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO .....                        Mincivana 3 min 146 nəfər köçürüləcək .....                       
Tarix : 9-03-2014, 23:41

 

 

 

Fazil Mustafa

 

Türkiyədə son ayların gərginliyi təkcə bələdiyyə seçkilərində kimin uğur qazanması ilə bağlı deyil. Hər seçki ərəfəsi vədlər, qovğalar, hətta söyüşlər parlamentli respublika modelində olmazsa-olmaz kimi qarşımıza çıxar. Bu dəfə Türkiyədəki gərginliyin pərdə arxasında uzun illərdir davam edən təkpartiyalı iqtidarın xarizmatik lideri Ərdoğanın bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə qədər hakimiyyətdən uzaqlaşdırılması üçün bütün texnoloji və canlı bombaların işə salınması prosesi durur. Kimsə bu qədər ciddi ittihamların qarşısında geniş xalq dəstəyi olmasaydı, yaxşı-pis müxalifət mediasının olduğu bir mühitdə bu qədər duruş gətirə bilməzdi. 

Korrupsiya, qara pulların transferi hər bir iqtidarın təbiətində var və bunun ölçüsünü qaçırmadıqca, cəmiyyət də bu sferada müəyyən davranış manevrlərinə anlayışla yanaşa bilir. Xüsusilə də embarqo altında olan bəzi ölkələrin qara pullarına sahiblənmək üçün dövlətlərarası savaşın dolayı faydasının vicdanlı iqtidarlar tərəfindən cəmiyyətin ciddi problemlərinin bir qisminə yönələcəyi ehtimalını göz önünü gətirərək, bu pul mənə gəlməsə, qonşuma və ya başqa bir güc mərkəzinə köçəcək düşüncəsində kifayət qədər haqlılıq payı var. 

İndi Türkiyədə mübahisə predmeti olan böyük məbləğdə nazir oğlanlarından götürülən pullar büdcədən oğurlanan vəsaitlər deyil, birbaşa iqtisadi əlaqələr qurması məhdudlaşdırılmış ölkələrin qara sayılan vəsaitlərinin Türkiyənin dünyanın əsas sahibləri hesab edən güclərə axmasını əngəlləməsindən yığılan pullardır. Bütün bu hərəkətlərin xaricdən yönləndirilən əsas hədəfi Türkiyə cəmiyyətində az-çox anlayışlı hər kəsə artıq bəllidir. Xüsusilə də dinləmə məsələsində müstəqil, güclü, xalqda sabit dəstəyi olan bir iqtidarın qanundankənar yollarla çökdürülməsinin bütün üsulları sınaqdan çıxarılmaqdadır... 

İllər öncə AKP-nin bağlanmasından başlayan, ötən ilin Gəzi hadisələrinə qədər, 17 dekabr rüşvət əməliyyatından tutmuş, baş nazirin bütün danışıqlarının dinlənilməsi və sosial medyaya ötürülməsinə qədər hamısının daxili texnologiyanın imkanları ilə gerçəkləşdirilən işlər olmadığı hər kəsə aydındır.

Ərdoğan üçün burada iki vahiməli nəticədən söhbət gedir. Birinci, Türkiyə iqtidarı müasir texnologiyanın imkanları ilə bacaracaq gücdə deyil və dövlət sirrini qorumaq imkanını itirmişdir. İkincisi isə xarici güclər istənilən dövlət adamını şantaj edərək iqtidardan götürmək gücünə sahibdirlər. Ərdoğan bunun qarşısında iki üsula üstünlük vermiş oldu. Hüquqdan yan keçməklə də olsa sərt formada kütləvi kadr yerdəyişmələri gerçəkləşdirdi və xalqla canlı təmas yolunu seçərək öz müqavimət taktikasını kütlənin dəstəyini qazanmaq üzərində qurdu. Türkiyə cəmiyyətinin korrupsiyaya qarşı həssaslığıdan daha ciddi bir həssaslığı oyada bildi. Xarici güclərin iqtidarı tənzimləmək səyləri kütlə tərəfindən daha təhlükəli hesab edilməyə başladı. Və bu zaman əsas ittiham olunanlar arasında vaxtilə bu iqtidarın arxa planda qalan ortağı və imtiyazlarını paylaşdığı din xadimi Fətulla Gülənin başında durduğu “Xidmət hərəkatı” oldu. Təbii ki, bunlar səbəbsiz deyil və istər əməliyyatlarda, istər də sosial mediada gizli danışıqların paylaşımında bu hərəkat mənsublarının böyük güclərlə birlikdə addımladığının bütün bilgiləri Ərdoğanda olmasaydı, bu qədər açıq hədəf seçməyi ağlabatan görünməzdi. Bəlkə də Ərdoğan əslində bütün bu dinləmə və paylaşma əməliyyatının bir camaat imkanları ilə gerçəkləşdirilə bilməyəcəyini yaxşı anlayır, sadəcə birbaşa ABŞ və ya İsrailin hədəfinə çevrilməmək üçün onlarla əməkdaşlıq içində olmasını düşündüyü daxili qüvvənin üzərinə yüklənməyi daha optimal hesab edir. Bunlar hələlik siyasi ittihamlar və ehtimallardır, yalnız hüquqi isbatı olduqdan sonra Ərdoğanın haqlı və ya haqsız olacağını daha rahatlıqla söyləmək mümkündür. Hətta bunlar doğru olsaydı belə camaat içindən hansısa qruplaşmanın fəaliyyətinin məsuliyyətinin bütün xidmət hərəkatına qarşı yönəldilməsi siyasi taktika olaraq bəlkə də Ərdoğanın işinə yaraya bilər, ancaq ədalətli davranış olaraq qiymətləndirilməsi mümkün deyildir. Bütün hallarda Türkiyənin baş nazirinin dinlənilməsi və paylaşılmasına qarşı sərt mövqe sərgiləməsi təqdir olunandır və AKP vizyonunun bu yollarla durdurulması indiki gərgin beynəlxalq şəraitdə Türkiyənin faydasına sayılmaz.

Bunlar hamısı Türkiyənin güncəl siyasətinin tablosu və biz azərbaycanlılara maraqlandıracaq xüsusi tərəfi yox. Kimin haqlı olduğunu, kimin həmin cəmiyyətin başında duracağını həll edən Türkiyə vətəndaşlarıdır, vəssəlam. Türkiyədə onlarla camaat, tərqət, partiya, sivil toplum quruluşları, həmkarlar təşkilatları, mason və başqa yabançı quruluşlar var ki, bu cəmiyyətin həyatını bu və ya digər təsir imkanları ilə tənzimləyərlər. Siyasətdə də keçmiş müttəfiqlərin fikir ayrılıqlarının hər kəscə haqlı tərəfləri ola bilər və burada da kimisə öncədən ittiham etmək bizlərə uyğun olmaz.

Ancaq təəssüf ki, Türkiyədə baş verənlərin ardınca illərdir, türk məktəblərinə qarşı düşməncəsinə münasibət bəsləyən, İslam dininin adı gələndə özünü rahatsız hiss edən kimsələr bu fürsətdən yararlanmağa qalxmışlar. Azərbaycanda “nurçu” adlanan məchul bir təriqət qorxusu haqqında vahim bir təbliğata başlamışlar. Hakimiyyətdə təmsil olunan savadlı kadrlara, Milli Məclisdə öz aktivliyi ilə seçilən millət vəkillərinə, tanınmış ziyalılara təriqətçi damğası vuraraq bu təhlükənin əsassız olmadığını sübut etməyə çalışırlar. Şimalın, cənubun bütün agenturası, eləcə də din haqqında, təriqət haqqında molladan eşitdiyindən başqa bir şey anlamayanlar xoşları gəlməyən hər kəsi sanki təriqət tərəfindən idarə olunan obrazda təqdim etməyə başlamışlar. Son hədəf olaraq da illərdir Azərbaycan üçün ən zəki insan kapitalı yetişdirən məktəblər seçilmiş, onların sıradan çıxarılması üçün yarışa girməklə kifayətlənilməmiş, öz ölkəsinin təhsili üçün narahatçılıq keçirən insanların da müdafiəyə qoşulmaması üçün hər cür fişləməyə əl atmışlar. Indi hansısa bir nadan, bir əyyaş, bir Allahsız belə məni rahatlıqla “dəqiqləşdirilməmiş məlumata görə” təriqətçilikdə, missionerlikdə ittiham edə bilir və mümkündür ki, bununla da düşündüyümüz doğruları söyləməkdən uzaqlaşacağımızı proqnozlaşdırırlar.

Ancaq unudurlar ki, sevdiyim bir formula hər zaman ardıcıllıqla əməl etməyə çalışmışam indiyədək: Bu gün eşidilməyəcək sözü gələcək üçün söylə!

Əminəm ki, Türkiyədəki siyasi mübahisələrin süni şəkildə Azərbaycana köçürülməsinin nə qədər zərərli tendensiya olduğu yaxın zamanlarda üzə çıxacaqdır. Maraqlı cəhət budur ki, Azərbaycanın mərhum prezidentləri Əbülfəz Elçibəyin, Heydər Əliyevin quruluşuna dəstək verdiyi, indiki prezident İlham Əliyevin fəaliyyətinə təqdirlə yanaşdığı bu məktəblərin, onların pedaqoq və məzunlarının birdən-birə öz liderlərindən daha ağıllı olduğunu düşünən bir sıra hərəkatçılar və ya iqtidar mənsubları tərəfindən təhlükə mənbəyi kimi göstərilməsi olduqca düşündürücüdür.

Azərbaycanda çox sayda təhsil müəssisəsi var. Ancaq hamıya da aydındır ki, çox sayda keyfiyyətli təhsil ocağımız yoxdur. Bu boşluğun bir qismini müstəqillik dövründə Türkiyədən gələn müxtəlif vəqflərin təmsilçiləri doldurmuş. Mərhum Turan Yazqan da belə bir bu vizyona öncüllük etmişdi, eyni zamanda Xidmət hərəkatı kimi tanınan Fətulla Gülənin dindar və idealist ardıcılları da illər ərzində modern məktəb şəbəkəsi qura bilmişdilər. Turan Yazqan məktəbləri dindarla əlaqəli deyildi, buna baxmayaraq bu gözəl niyyətli insanın yaratdığı məktəblərin də nə maddi bazasına, nə də təhsil şəraitinə köməklik edilmədi və tədricən əvvəlki keyfiyyətini itirdi. Daha geniş həmrəyliyə və maddi imkana sahib olan “Xidmət hərəkatı” isə qısa müddətdə dünyanın xeyli ölkəsinə yayıldı və həm həmin ölkələrin təhsil səviyyəsinin qalxması, həm də Türkiyənin təbliğ olunması üçün faydalı işlər gördü. Bu məktəblər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına da faydalı oldular. Sonradan təsis olunan Qafqaz Universiteti Azərbaycanda rüşvət qoxusu gəlməyən bir neçə təhsil müəsisəsindən biri kimi nüfuz qazandı. Araz kurslarının da ali məktəbə qəbulda ən yüksək nəticələri göz qabağındadır. Fən olimpiadalarda iştirak və uğur faizlərinə görə dünyada Azərbaycanın üzünü ağartdılar. Bu uğur qazanan məktəblilərin hamısı Azərbaycan vətəndaşlarının övladları idi və qazanan yenə də biz azərbaycanlılar olduq. İddia edilirsə ki, bu məktəblər təriqətçi hazırlayır, ehtimal edək ki, hər 100 şagirddən 5-6-sı dönüb oldu təriqətçi, hər 100 müəllimdən də onu oldu missioner. Nədənsə indiyədək bu missionerlərin hazırladığı təriqətçi uşaqların hansınısa adı dövlət çevrilişlərində hallanmadı, avtoşların, narkomanların, xuliqanların sırasında nadir hallarda bu məktəblərin təriqətçi hesab etdiyiniz şagirdlərinin adına rast gəlməniz mümkündür. Uzun saqqal da saxlamadılar ki, vahhabi deyib, qorxduğunuzu bəhanə edəsiniz. Həmin məktəblərin 9-10-cu sinif şagirdləri səviyyəsində bilik sahibi olmayanlar indi yüzlərlə bu məktəb məzunlarını ələ salmağa, barəsində həqarətlə danışmağa nədənsə özlərində bir haq görməyə başlamışlar. 

Mən öz ölkəsinin gələcəyini düşünən bir vətəndaşlardan biri kimi bu məktəblərə qarşı hücumları millətimiz, təhsilimiz üçün edilən ən ciddi düşmənçilik hesab edirəm və buna qarşı öz səsimi qaldırıram. Bunu həm də ona görə edirəm ki, yüzlərlə Azərbaycan övladına modern bilik və tərbiyə vermiş bu məktəblərin, onların fədakar müəllimlərinin haqqını yeyənlərin və ya bu haqqın nə olduğunu anlayaraq susanların içində yer almayım, Sadəcə Azərbaycan adına hər bir yetişdirdikləri bilgili, əxlaqlı Azərbaycan övladlarına görə minnətdarlıq bildirənlərdən olum.

Bir maraqlı gerçəyi də xatırladım. Yüzlərlə Azərbaycanın tanınmış, tanınmamış insanları var ki, aldığı biliklərə görə həm də hansısa yəhudi, rus, gürcü və hətta erməni müəlliminə borcludurlar. Bu adamlar bilik alarkən, hansısa sənəti öyrənərkən müəllimlərindən sormalıydılar ki, sənin təriqətin, mənsub olduğun gizli təşkilatın adı nədir? Nuru Paşanın əsgərləri xalqımızı xilas etməyə gələndə onların hansı camaatdan, təriqətdən olduğunu soruşan vardımı? Bu gün ən bahalı ingilis, rus təmayüllü bağçalarda, litseylərdə, universitetlərdə dərs deyənlərdən hansı missionerlik fəaliyyətini icra etdiyini, hansı xristian təriqətinə adam hazırladığını soruşan varmı? Buyurun, dinin elementar qaydalarının uşaqlara öyrədilməsinin əleyhinəsinizsə, onlarla belə alternativiniz var, başqasını ittiham etmədən, uşağınızı, bir rus və ya şotland müəllimin tərbiyəsinə verin. Türk məktəblərinə, onların vətənsevər müəllimlərinə, məzunlarına qarşı təriqətçi damğası vuraraq fişləmə kampaniyası indiki reallıqda bəlkə də istədiyiniz nəticəni verə bilər, ancaq Azərbaycanın təhsilinin daha da geriləməsində, bu fədakar pedaqoqlara, bu məktəblərin savadlı və dövlətinə, millətinə bağlı məzunlarına qarşı ədalətsiz ittihamların, böhtanların səsləndirilməsində rol aldığınıza görə, mütləq utanacaqsınız. 
Bundan sonrasına bu gözəl məmləkətimiz üçün tək bir təhlükə görürəm: Nursuzluq təhlükəsi 



Paylaş



Bölmə: Şəkilçarx / Köşə / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!