Zelenskidən səfərbərliklə bağlı YENİ QƏRAR .....                        Pensiyaların neçə faiz artırılacağı AÇIQLANDI .....                        Xamənei üç mindən çox məhbusu sevindirdi .....                        Gürcüstan parlamenti Saakaşvili ilə bağlı komissiya yaratdı .....                        Bu kanalların yayımı dayandırıldı .....                        Metroda qatarın kamerasından su axdı - RƏSMİ .....                        İlham Əliyev naziri vəzifəsindən azad etdi: Yeni TƏYİNAT .....                        Müəllimlərin sertifikasiyası hələ də gecikir: suallara düzəlişlər edilir .....                        Elektron reseptin tətbiqinə başlanılır .....                       
30-09-2021, 11:30
ATU-da ciddi korrupsiya faktları mövcuddur...

Azərbaycan Texnologiya Universiteti (ATU) 8 ildə idarəçilikdən xəbəri olmayan bir adamın rəhbərliyi nəticəsində uçrumun başındadır.Təsəvvür edin ki, ömründə təyyarə sürməyən adamı təyyarənin sükanı arxasında otuzdurublar. Keçək əsas mətləbə.

Bu ilin iyul ayının 10-da Təhsil nazirinin müvafiq əmri ilə ATU-nun rektoru Azər Süleymanovun xəstəliyi ilə əlaqədar Təhsil Nazirliyinin sektor müdiri Y.Ömərov universitetə elmi işlər üzrə prorektot və eyni zamanda 3 ay müddətinə rektor əvəzi təyin edildi. Elə hadisələr də bundan sonra başladı.

Belə ki, bundan bir həftə sonra ağır xəstə olan A.Süleymanov qəfil “sağaldı” və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək, işə qayıtmasını xahiş etdi. Nəticədə universitetdə bir-neçə günlüyə ikihakimiyyətlik yarandı. A.Süleymanov universitetə rəhbər kimi qayıtmasını daha parlaq nümayiş etdirmək üçün məzuniyyətdə olan elmi şura üzvlərinin təcili toplanmasına və elmi şura iclasının keçirilməsinə (onlayın) göstəriş verdi.

Yetərsay olduğunu bildirən A.Süleymanov iclasın gündəliyini elan edib və məlum olub ki, 6 aydan çox işdə olmayan rektor elə işə çıxdığı gün birdən-birə struktur dəyişikliyi etmək istəyir. Həmin vaxt Elmi işlər üzrə prorektor Y.Ömərov və iclasa qoşulmuş Təhsil Nazirliyinin məsul işçisi Y.Piriyev iclasın keçirilməsinin qanuna zidd olduğunu və çıxarılan nəticələrin legitim olmayacağını bildiriblər. Universitetə 8 il “rəhbərlik” edən rektora başa salıblar ki, məzuniyyətdə olan elmi şura üzvləri ilə iclas keçirmək üçün əvvəla onları məzuniyyətdən geri çağırmaq lazımdır, bu da ancaq fövqəladə hallarda baş verə bilər, hansısa bir struktur dəyişikliyi üçün insanları narahat etməyə dəyməz.

Görəsən, uzun müddətdir univerisitetdə elmi şuranın katibi işləyən, aylıq maaşı universitetin professorunun aylıq maaşından 6 dəfə artıq olan dosent Mətanət Əhmədova tradikomik vəziyyətə düşməməsi üçün niyə vaxtında rektoru, “dayısı” Akif Süleymanovu məlumatlandırmayıb?! Ola bilər ki, M. Əhmədova uzun müddətdir xəsdəlikdən əziyyət çəkən rektoru görmək istəyirmiş...

Yeri gəlmişkən, M.Əhmədova elmi şuranın katibi kimi, elmi şura iclaslarının protokollarını sonradan öz istədikləri şəkildə dəyişdirməkdə həmişə yüksək ustalıq nümayiş etdirib. Həmin biabırçı, yarımçıq qalmış iclasdan sonra universitetə nəhayət ki, Təhsil Nazirliyinin yoxlaması gəlib və məlun olub ki, işə qayıtmasından 4 gün keçməsinə baxmayaraq, rekor A.Süleymanov işə çıxmır. O da məlum olub ki, A.Süleymanov vərdiş etdiyi köhnə qayda ilə yenidən universiteti idarə etmək istəyir. Yəni adı işdə, özü isə haradasa məlum olmayan yerlərdə.

Nəhayət, vərdiş etdiyi qaydada universitetə ”rəhbərlik” etməsinin mümkünsiz olduğunu və eyni zamanda universitetə gələn yoxlamanın suallarına cavab vermək iqtidarında olmadığını dərk edən A.Süleymanov yenidən ərizə yazaraq məzuniyyətə çıxıb.

A.Süleymanov rektor olduğu müddətdə işlədiyi “Kompyuter mühəndisliyi və telekommunikasiya” kafedrasında müəllim kimi bir saat belə dərs deməyib. Amma adı çəkilən kafedrada 8 ildir ki, ona qanunsuz olaraq əmək haqqı yazılır. Bu korrupsiya faktı deyilsə bəs nədir?

Yəni A.Süleymanov dərs demədən müftə maaş alaraq vəzifəsindən sui-istifadə edib. Universitetə gələn yoxlama üzviləri də qeyd olunanların doğru olduğunun şahidi olublar. Ayda özünə 10 min manat maaş yazdıran rektor A. Süleymanovun gözü doymadığından, iddialara görə, rüşvət almaqla da ciddi məşğul olmuşdur.

Onun 8 illik fəaliyyəti artıq Təhsil Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır. Respublikanın digər ali məktəbləri ilə müqayisədə cəmi 3 min tələbəsi olan bir universitet (həm də dövlət universiteti olmaqla) rektorunun, digər universitet rəhbərlərindən fərqli olaraq, bu qədər fantastik maaş alması görən nə ilə izah oluna bilər?! Görəsən, Akif Süleymanov hansı keyfiyyətlərinə görə digər universitet rektorlarından dəfələrlə artıq maaş alır? Bəlkə bunların materialı İ.Stalin demişkən, bolşeviklər kimi xüsusi növ parçadan hazırlanıb!

A.Süleymanov son 6 ildə universitetdən 3 mühasib kənarlaşdırıb. Yəni ağlı başında olan heç bir mühasib rektorun ağılsız fantaziyalarına inanıb, hansısa bir qanunsuz sənədə imza atmayıb, çıxış yolunu ərizə yazıb işdən çıxmaqda görüblər və belə də olub. Univrsitetin mühasibatlığında elə maliyyə pozuntuları edilib ki, bunları təsəvvür etmək mümkün deyil. ATU fəaliyyət göstərdiyi tarixdən bəri belə bir duruma heç vaxt düşməmişdir.

Qeyd etmək istəyirəm ki, universitetdə çox az sayda professor çalışır. A.Süleymanov rektor kimi fəaliyyəti müddətində universitetə nə bir elmlər doktoru, nə də fəlsəfə doktoru dəvət edib, müəllim kimi işə götürdükləri ancaq magistr səviyyəli işçilər olub. Əksinə, ATU-nun rektoru Akif Süleymanovun təzyiqi ilə 4 nəfər yüksək potensiallı, cavan elmlər doktoru universitetdən uzaqlaşdırılıb. Sonradan onlardan biri məhkəmənin qərarı ilə universitetə bərpa olunub.

Bax, budur A.Süleymanov və oğlu Şamil Süleymanov cütlüyünün “ədalət” meyarları.

Hörmətli prezidentimiz, cənab İlham Əliyev dəfələrlə vətəndaşlara müraciət edərək bildirib ki, “yerlərdə məmurların özbaşnalığına göz yummayın, məlumat verin”. Yazının əvvəlində qeyd edildiyi kimi, artıq Təhsil Nazirliyinin yoxlaması universitetdədir və ümid edirik ki, dövlətimizin qanunlarını pozanlar, zəli kimi kollektivin qanını soranlar layiqli cəzasını alacaqlar.

Mövzunu davam etdirəcəyik.

(Hurriyyet.az)

Bütov.az
23-07-2021, 11:03
Uzaq keçmişdə Ağdamın ərazisində yaşamış türkdilli qəbilələr özlərini düşməndən müdafiə etmək üçün kiçik qalalar tikirdilər. Buna əsəsən “Ağdam” sözü keçmiş zamanda “Kiçik qala” mənasına gəlirdi. Zaman keçdikcə isə həmin şəhərin adının mənası dəyişdi. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bundan sonra "Ağdam" sözü günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasına gəlib. Qədim insanların yaşayış məskəni olan Ağdam rayonu 8 avqust 1930- cu ildə salınıb. Rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdır. Sahəsi 1150 kvadrat km-dir. Əhalisi 153 mindən çoxdur. Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri məhz Ağdamdır. Şəhərin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri var. Rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəb, 4 fəhlə-gənclər, 1 qiyabi orta, 2 kəndli gənclər məktəbi, 4 orta ixtisas təhsili məktəbi var idi. Dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərib. Hətta XX əsrin 70-ci illərində dünyada cəmi bir neçə yerdə mövcud olan çörək muzeyindən biri də Ağdamda yaradılıb. Qarabağın işğalı zamanı ən ağır yük Ağdam şəhərinin üzərinə düşüb. 1988-ci ilin sonlarında ermənilər ruslara arxalanaraq İrəvandan, sonra isə Qarabağdan soydaşlarımızı silah zoru ilə çıxarmağa başlayıblar. Öz doğma, ata-baba yurdlarından deportasiya edilən çarəsiz insanlar Ağdama sığınıblar. Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd və Kəlbəcər işğal olunduqdan sonra sıra Ağdama gəlib. 1993-cü il iyunun 12-dən ermənilər Ağdama hücum etməyə başlayıb. Lakin Ağdam güclü müdafiə olunduğu üçün rayonu işğal etmək ermənilər üçün çətin idi. Bu zaman özünümüdafiə batalyonları da yaradılmışdı. Ağdamın əhalisi və qarabağlılar Ağdamın müdafiəsinə qalxmışdılar. Hətta Xocalı sakini olan 15 yaşlı Elsəvər Məmmədov Ağdamda 1993 -cü ildə Ağdam rayonu özünümüdafiə batalyonunda xidmət etmişdir. Buna baxmayaraq, ermənilərin təcavüzünün ardı kəsilmirdi. Silahların azlığı, hərbi texnikanın olmaması, ölkə daxilində baş verən problemlər, Gəncədə
Surət Huseynovun qaldırdığı qiyam - bütün bunlar Ağdamın müdafiəsini getdikcə çətinləşdirirdi. Və beləliklə, ermənilər 23 İyul 1993-cü ildə Ağdam rayonunun 77,4%-ni işğal etməyə nail oldular. Bu, ermənilərin böyük qələbəsi idi. Çünki Ağdamı çətinliklə işğal etmişdilər. Ağdam uğrunda gedən döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil, 17 nəfər Milli Qəhrəman adına laiq görülmüşdür. 126 min ağdamlı isə öz doğma yurdundan ayrılmaq məcburiyyətində qalmışdı. Qarabağ döyüşlərində Allahverdi Bağırovun, Samir Abdinovunda böyük köməyi olmuşdur. Allahverdi Bağırov 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərdən xilas etmişdir. Samir Abdinov isə Xocalı faciəsi zamanı məcburi köçkün Elyana Hümbətova oğlu ilə birlikdə meşədə gizlənərkən orada onları Azərbaycan əsgərləri ilə birgə tapıb. Samir Abdinov Elyana Hümbətovanın ayaqlarının soyuqdan donmaması üçün öz çəkməsini ona verib. Əsgərlərimiz düşmənlə döyüşə-döyüşə ana ilə övladını xilas ediblər. Onları qərargaha, oradan da xəstəxanaya çatdırıblar. Hümbətovlar ailəsi on il bu əsgər çəkmələrini saxlayıb, onun sahibini axtarıblar. Yalnız sonradan öyrəniblər ki, o, həmin hadisələrdən 14 gün sonra şəhid olub. Hazırda həmin çəkmələr Döyüş Şöhrəti Muzeyində saxlanılır. 2010-cu ildə ermənilər Ağdamı erməniləşdirmək üçün Akna adını veriblər. Lakin onların Ağdamı erməniləşdirmək xəyalı 2020-ci ildə puç olur. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Bu savaşda igidlərimiz Vətənin dar günündə torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq döyüşə yollanırlar. 44 gün davam edən “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımız erməni tapdağından azad olur. 2020-ci il noyabrın 20-sinədək Ağdam rayonu Azərbaycana qaytarılır. Birinci Qarabağ müharibəsi zamanı erməni vəhşiləri mədəniyyət beşiyi olan Ağdamı alt-üst etmişdilər. Lakin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə Ağdam yenidən dirçələcək və daha gözəl bir şəhər olacaq. Mən Ağdamın Zəngişalı kəndindənəm. Uşaqlıqdan Ağdamda gedib rahat doya-doya gəzə bilməmişəm. Ağdama hər gedəndə ermənilərin işğal etdiyi yerlərə baxıb içimdə qəribə hisslər yaşayırdım. Mənim üçün çox çətin idi. Çünki həsrətlə dağlara baxırdım. İçimdə hər zaman bir ümid var idi. Düşünürdüm ki, mütləq bir gün Ağdam yenidən bizdə olacaq və mən doğma şəhərimin hər qarış torpağında gəzə biləcəm. Və inandığım kimi də oldu. Artıq Ağdam bizdədir.
N. Abdinova, BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
28-06-2021, 15:13
18-06-2021, 22:36
18-06-2021, 21:57
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!