"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-10-2021, 20:26
ANLAMAQ DƏRDİNİ ANLAMAQ SƏADƏTİNƏ ÇEVİRƏN ADAM !!!


ANLAMAQ DƏRDİNİ ANLAMAQ SƏADƏTİNƏ ÇEVİRƏN ADAM !!!

Demə ki, bir ətsən, bir də ki, qansan,
Qüdrətin böyükdür, çünki insansan.


Səməd Vurğun insan ucalığını belə qiymətləndirirdi. Əlbəttə, haqlı idi. Axı yer üzünün əşrəfi insandır. Bəzən Tanrının bütöv yaratdığı insanın mənəvi boşluqları dünyanın nizamını pozur. Hətta Tanrının özünü də məyus etmiş olur. Ali canlının ağılla deyil, ibtidai canlı kimi instinklə hərəkət etməsi dərddən başqa bir iş deyil. Bütün bu dərdin kökündə isə anlamaq qabiliyyətinin zəifliyi, qanmaq-qandırmaq hissinin ərşə çəkilməsi və haqdan uzaqlaşmaq dayanır.
Bir-birinə sinonim olan anlamaq və qanmaq sözlərinin dərin mahiyyətini təəsüf ki, az adam dərk edə bilir. Atalarımızın "Az qanan həkim can düşmənidir" - fikirləri bütün dönəmlərin, cəmiyyətlərin ən aktual problemi olaraq qalır. Ancaq Anton Çexovun "6 nömrəli palata" əsərinin baş qəhrəmanı həkim Andrey Yefimıç az qanmırdı. Əksinə, həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür sahibi, ağıllı və müdrik insan, savadlı həkim idi. Sonda "Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz dərk etməkdir" - deyən Andrey Yefimıç anlamaq və qanmaq qabiliyyəti zəif olan qaba cəmiyyətin "qurbanı"na çevrilir.
Düşünürəm ki, "6 nömrəli palata" əsərindəki həkim Yefimıç məhz Anton Çexovun özüdür. Yazıçı əsərdəki Yefimıç obrazında özünü canlandırıb. (şəxsi düşüncəmdir) Yefimıç xəstələri təpədən-dırnağa qədər müalicə etsə də, ancaq cəmiyyətin - insanların anlamaq xəstəliyinin qarşısında aciz hala düşüb, əbədi və mənəvi olaraq dünya işığına gözlərini yumdu. Bu əsəri oxuduqdan sonra daxilimdə sual doğur. Görən "6 nömrəli palata" əsərini Argentina yazıçısı Xorxe Luis Borxes yazsaydı necə, o da öz qəhrəmanını qaba və anlamaq hissindən uzaq cəmiyyət qarşısında təslim edərdi...? Bu yanaşmama görə məni qınamayın. Bildiyimiz kimi, Borxes ömrünün yarıdan çoxunu qaranlıqlar içində keçirib: fiziki olaraq gözlərini dünya işığına yumub. Ancaq yazıçı həyatdakı mübarizəsini davam etdirərək, anlamaq və anlatmaq missiyasını çətinliklə də olsa davam etdirmişdir.
Bizdə də bu ənənə davam edirdi. 60-cı illərdə Rəsul Rza "Qınamayın İskəndəri" şeirində:
Qınamayın İskəndəri!
Yaman olur anlamaq dərdi - deyirdi. Sonrakı illərdə yazıçı Anarın "Anlamaq dərdi" əsərini isə milli ruhlu hər kəs anladı... Bircə milli ruhsuzlardan savayı.
Anlamaq dərdini ziyalılarımız cəmiyyətin inkişafı yolunda hər zaman ən prioritet məsələ kimi ön plana çəkmişlər. Bu mövzunu daha həssaslıqla işləmiş, əhatəli şəkildə cəmiyyətə çatdırmağa çalışmışdılar.
Çünki anlamaq: mədəniyyətdir; ucalmaqdır; özünü dərkdir... Qarşılıqlı anlaşma sülhə çağırışdır, mütərəqqi yoldur, cəmiyyətlər və dövlətlər arasında əmin-amanlığın qarantıdır...
Bəzən isə KÜTlənin və milliliyə əks mövqedə dayananların şər əməllərindən yorulan bilim adamlarının susqunluğu, gücsüzlüyü təəssüf və təəccüb doğurur. Hardasa Auqust Strindberqin "Tənhalıqda özün-özünə ağasan" - fikri ilə razılaşmaq olar. Bəlkə də bu səbəbdəndir ki, Kafka, Sveyq, Kvens və sadalanacaq çoxları özlərini tənha və bu çoxluq içində boşluqda hiss edirdilər. Ətraflarında hər kəsin olduğu halda, tənha qalmaları da Strindberqi "Tənha" romanı yazmağa məcbur etdiyi kimi... Riyazi məntiqlə yanaşsaq daxilində heç bir elementi olmayan boş çoxluq kimi...
Ancaq Kamyu kimi insanlardan qaçmaq da doğru olmaz. Çünki qələm adamının - ziyalının mənəvi boşluqları doldurmaq, cəmiyyətin ədalət, düzgünlük, bərabərlik prinsiplərinə yiyələnmək, doğrunu anlamaq və qanmaq qabiliyyətini inkişaf etdirmək öhdəliyi var.
Müstəqil Azərbaycan mətbuatının ağsaqqalı professor Cahangir Məmmədlinin ""Anlamaq dərdi"ni anlamaq dərdi" essesi müasir zamanımızın ən uğurlu, ən düşündürücü, anlamaq hissinin isə bu yazı ilə ən ali məqama yetişərək anlamaq və qanmaq qabiliyyətinin inkişafı baxımından qiymətli yazıdır. Essenin adındakı anlamaq sözünün iki dəfə işlənməsi isə, sözü riyazi məntiqlə yanaşsaq, kvadrata yüksəldərək bu hissin dəyərinin, milliliyinin artmasının şahidi olmuş oluruq.
Cahangir müəllim "anlamaq" sözünü tez-tez işlədir. O, mühazirələrində "Vətəni sevməyi anlamaq lazımdır", "Xalqın istiqlalının, müstəqilliyinin nə qədər qiymətli olduğunu anlamaq lazımdır", "Müstəqil ölkənin azad vətəndaşı olmağı anlamaq lazımdır" ifadələri bir tərəfdən Cahangir Məmmədlinin vətən sevdalısı, əsl azərbaycanlı olmağından irəli gəlirsə, digər tərəfdən zənnimcə anlamaq sözü USTADI olmuş Şirməmməd Hüseynovdan xatirə qalıb. Çünki Şirməmməd müəllim anlamaq hissi ilə alışıb yanan, daxilində müstəqil Azərbaycanı sevə-sevə yaşadan böyük alim idi.
Mir Şahin Ağayevə müsahibəsində Şirməmməd Hüseynov metrin mində biri qədər həssaslıqla: "Mövcud olmaq birinci növbədə anlamaqdır. İnsanı digər canlılardan ayıran ən birinci cəhət odur ki, anlayır, qanır" - deməsi hələ də qulaqlarımda cəngi sədası kimi eşidilir, duyğulu ahənglə döyünür.
Bəxtiyar Vahabzadənin "Yaşamaq yanmaqdır, yanasan gərək" şeirini şairin dilindən dinləyən Şirməmməd Hüseynov öz dostunun şeirini bu cür redaktə edərək demişdir:
"Yaşamaq qanmaqdır, qanasan gərək".
Qayıdaq Ustad Cahangir Məmmədlinin "" Anlamaq dərdi"ni anlamaq dərdi" essesinə. Ustad bu esseni qələmin mürəkkəbi ilə deyil, gözünün nuru, qəlbinin hərarəti, əqlinin hökmü ilə ərsəyə gətirmişdir. "Qələmdən kağıza söz yox, sətir yox,
Beyninə dağ basan odu tökmüsən". (Xəlil Rza Ulutürk)
Bu qiymətli yazı anlamaq hissini anlatmaq baxımından bütün dönəmlərin qiymətli essesi olaraq qalacaq. Çünki esse can yanğısı, qan yaddaşı ilə yoğrulmuş, anlamaq dərdini isə anlamaq səadətinə çevirə bilmişdir.
Yazının sonunda Xəlil Rza Ulutürkün "Anlamaq səadəti" şeirindəki bu bəndin də ünvanı Cahangir Məmmədlidir.
"Ən böyük dərd imiş anlamaq dərdi!"...
- Deyib
İçin için gizli yanmısan
Dərk edə bilsəydi, dağ əriyərdi,
Sən dağdan, qayadan mərd dayanmısan.


Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!