Ermənistan siyasi, iqtisadi-sosial və hərbi böhran içində boğulmasına baxmayaraq, ancaq Dağlıq Qarabağla bağlı öz iddiasından hələ ki geri çəkilmir. Maraqlıdır ki, başı dəmir yumruqla əzilmiş bu ilan Azərbaycan Ordusunun ay-ulduzunu görsə belə, özünü sanki, görməzliyə vurub qıvrılır, hələ də can vermək istəmir.Ermənilərin zəhər verən kərtənkələsi isə Kələntəryan və ya Rusiya XİN başçısı S.Lavrov bir müddət əvvəl öz soydaşlarına “Qarabağla bağlı təxribatçı açıqlamalar verməyin”, - deyə, məsləhət verməsinə baxmayaraq, amma Xankəndində hələ də özünü “prezident” sayan Araik Arutyunyan gah Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırım həyata keçirmiş Qaregin Njdeyə heykəl ucaldır, gah Xocalı rayonunun Daşbulaq kəndində öz “köçkünləri” üçün tikilməsi nəzərdə tutulan 200 evlik qəsəbənin layihəsinin təqdimatını keçirir, gah da “Artsax Respublikası”nın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizənin davam edəcəyini və Azərbaycan daxilindəki hər hansı digər statusun sadəcə qeyri-mümkün və qəbuledilməz olduğunu açıq bəyan edərək, öz təxribatçı əməllərindən əl çəkmir.
Əlbəttə, ilk baxışda “Araik hürər, Ordu keçər”, - deyib bu olanlara loyal münasibət bildirən Azərbaycan rəsmilərini anlamaq olar. Ancaq məsələ yalnız Araikin iddiasında deyil, məhz rəsmi İrəvanın da mövqeyi eynidir. Məgər ötən ay Ermənistan XİN rəhbəri Ara Ayvazyan öz ölkə Parlamentinin Xarici Əlaqələr Komissiyasının iclasında, “Artsax ərazilərinin işğaldan azad edilməsi Ermənistan və Qarabağdakı səlahiyyətlilər üçün prioritetdir... Münaqişənin həlli Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna əsaslanır. Ermənistan Artsax xalqının öz müqəddəratını təyinetmə və təhlükəsizlik hüququnu qorumaq mövqeyini müdafiə etməyə davam edəcək”, - demədimi?
Sözsüz ki, düşmən tərəfinin bu kimi iddia və qıcıqdolu açıqlamalarının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmaması təbidir. Bu, bəzi “çoxbilmiş” siyasətbazların dediyi kimi, “qələbəyə kölgə salmaq” demək deyil, əksinə, Azərbaycan Ordusunun, xalqının və onun Ali Baş Komandanının qazandığı böyük qələbənin üstünə düşən erməni “kölgəsini” birdəfəlik dəff edib dağıtmaq istəyidir. Kölgələr günorta yox olsa da, ancaq erməni tərəfindən düşən kölgəni dərhal, düşər-düşməz işıqlandırıb yox etmək lazımdır ki, orda kölgələnlərin sayı gün-gündən artıb çoxalmasın.
Qarşıdan Xocalı soyqırımının 29-cu ildönümü gəlir. Bütün dünya bilir ki, Xocalı hər bir Azərbaycan vətəndaşının qan yaddaşıdır, onun heysiyyatının son həddidir. Ermənilərin nəinki bu məkanda ev tikib yaşamaları, hətta onların ayaqlarının belə, bu yerə toxunması Azərbaycan cəmiyyəti üçün təhqirdir. Çünki, bu yer ruhları hələ də sızıldayan uşaqlı, böyüklü ən azı 613 nəfər xocalının şaxtalı-qarlı gecədə amansızlıqla qətlə yetirildiyi məkandır. Ancaq maraqlıdır, informasiya müharibəsinin nə olduğunu yaxşı anlayan rəsmi Bakı, Xocalıda tikilməsi nəzərdə tutulan 200 evlik qəsəbənin layihəsinin təqdimatı xəbərini eşitcək, nədən buna dərhal reaksiya verərək, “Bu evlərin tikilməsi qanunsuzdur. Xocalılar tezliklə mütləq öz yurdlarına qayıdacaq! Xocalının mərkəzində soyqırım qurbanlarının xatirəsinə Bakıdakı “Ana harayı” abidəsindən də böyük bir abidə ucaldılacaq!”, - deyə, bu “yan”ları yerindəcə yandırıb, susdurmasın?!
Doğrudur, Azərbaycan xalqı qazanılmış qələbəni çox yüksək qiymətləndirir. Bu, 200 il ar-arda davam edən tarixi məğlubiyyətlərin nəhayət ki, dayandırılması və Vətənin bir qisminin azad edilməsi deməkdir. Ancaq bir şeyi anlamaq lazımdır ki, rəsmi Bakının qalib tərəf olduğu halda məğlub düşməni mütəmadi şəkildə psixoloji təzyiqə məruz qoyub, onu öz haqsız iddialarından əl çəkməsi üçün vaxtında kəskin cavab verməməsi, Azərbaycan cəmiyyətini məyus edir və düşmən tərəfindən atılan qıcıqverici addımların qarşısında daim narahat durumda qalmasına səbəb olur.
Əslində “böyük qələbəyə kölgə” salan Azərbaycan cəmiyyətinin narahatlığı deyil. Ermənilərə yeməkdən küsmüş uşaq kimi münasibət göstərən rusiyalı “məramı sülhlər” və Laçın dəhlizini su yoluna çevirən Ermənistan rəsmiləridir.
Baxın, bu gün Ermənistan “nazibaşının” köməkçisi Qaqik İsaxanyanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri gözlənilir. İstər Ermənistan, istərsə də digər ölkə vətəndaşlarının Azərbaycan dövlətinin sərhədlərini pozaraq Qarabağa və ya başqa bir bölgəyə gəlməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, ölkənin suverenliyinə təhdid, həmçinin, hörmətsizlikdir. İndi görək Qaqik İsaxanyan adlı “kölgənin” Xankəndinə qanunsuz səfəri baş tutacağı təqdirdə, bu axşam rəsmi Bakıdan Ermənistana və Laçında ağalıq edən “məramı sülhlərə” reaksiya veriləcəkmi?
Bütün hallarda gündəlik karonavirusa yoluxanların sayının açıqlandığı kimi, öz hesabatlarında nə qədər erməninin Xankəndinə gətirmələrinin hesabatından başqa bir iş görməyən “mavi papaqlılar” və Ermənistan rəsmiləri birdəfəlik qanmalıdırlar ki, bu yurdun sahibi yalnız azərbaycanlılardır. Odur ki, ermənilərin istənilən iddialarına, həmçinin təxribat xarakterli addımlarına və ya ağzıbaşına danışmalarına son qoymaq üçün, rəsmi Bakı gərək bütün hallarda reaksiya verib onların ağızlarının üstündən bir tərs şapalaq vursun! Belə olanda heç şübhəsiz ki, günün hansı saatından asılı olmayaraq bütün “kölgələr” yox olacaq!
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist