Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR .....                        İran uranı zənginləşdirməyə davam edir .....                        Yenidən dünya çempionu oldu .....                        Azərbaycan NATO sessiyasında iştirak edir .....                        Hizbullah İsrailə 10 raket atdı - Yaralılar var .....                        Ərdoğan Putinlə danışdı .....                        Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                       
Tarix : 10-10-2014, 00:28

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Türkiyədə PKK-nın siyasi qanadı sayılan və kürdlərin hüquqlarının təmsilçisi hesab edilən HDP başqanı Səlahəddin Dəmitaşın "əgər Azərbaycan Kobanidə kürdlərin təhlükədə qaldığı şərtlərdə olsaydı, Türkiyə bu cür davranmazdı" fikirlərinə münasibət bildirib.  F.Mustafanın sözlərinə görə, Dəmirtaşın bu qədər məntiqsiz müqayisəsini anlamaq mümkün deyil: "Türkiyədəki prezident seçkilərində bu siyasətçinin çıxışlarına diqqət etmişdim, riyakarlığı sezilsə də, maraqlı fikirlər də səsləndirirdi. Bu qədər məntiqsiz müqayisəni isə anlamaq mümkün deyil. Əlbəttə, Azərbaycan təhlükədə qalsa, Türkiyə belə davranmayacaq! Siz otuz ildir Türkiyəyə xəyanət etməklə yanaşı, öz millətinizin də gənclərinin siyasət naminə məhv olmasına gətirib çıxarmısınız. Halbuki bu illər ərzində PKK terroru olmasaydı kürdlər demokratik zəmində daha çox haqlar əldə edərdi və bu xalq militanları ilə deyil, təhsilli insanları ilə fəxr edərdi. Suriyada, İraqda, Türkiyənin içində Türkiyə dövlətinə qarşı illərdir həyasızcasına savaş apar, terror et, ölkə iqtisadiyyatına zərbə vur, bölgədə yaşayan sadə insanları mənasız separatçılıq xəstəliyinə yoluxdur, dar məqamda da yenə də üzünü Türkiyəyə tutub dəstək tələb elə. Kobanini bəhanə edib Tükiyəni vəhşi üsullarla qarışdıran bu qüvvələr, əslində öz xəyanətlərinin bədəlini ödəyirlər. Baxın, Dəmirtaş və onun parlamentdə təmsil olunan dostları Türkiyənin Suriyaya ordu yeritməsinin əleyhinə səs verirlər, sonra da tələb edirlər ki, niyə Kobanini qorumaq üçün qoşun yeritmirsən. Sonra da orduya, hökumətə kömək etmək əvəzinə içəridə qarışıqlıq yaradıb, əslində Kobaninin İŞID-ə təslim edilməsinə özləri şərait yaradırlar. Çünki orada İŞİD-ə qarşı döyüşən PJK ilə PKK arasında kökü dərinlərə gedib çıxan konfliktlər var. Türkiyənin prezidenti Ərdoğanın açıqlaması tamamilə doğrudur, İŞID-lə PKK arasında heç bir fərq yoxdur. YAP-ın rəsmi şəxslərindən olan Siyavuş Novruzovun da terrorla mübarizədə Azərbaycanın Türkiyəyə hər cür dəstək verəcəyini vurğulamasını tənqid edənləri də anlaya bilmədim. Bəli, bu görüşü tam dəstəkləyirəm, növbəti Milli Məclisdə gündəmə gətirməyi də düşünürəm, Azərbaycan Milli Məclisi həm İŞİD, həm də PKK terroru ilə mübarizədə Türkiyəni dəstəkləmək barədə ən azı siyasi bəyanat verməlidir. Bizim hərbi dəstəyimizə ehtiyac olacaq-olmayacaq, bu başqa məsələdir. Dəmirtaş kimilərin nə söyləməyi əhəmiyyətli deyil, Türkiyə Azərbaycanın dar vəziyyətində göstərdiyi həssaslığı Azərbaycan da Türkiyə üçün mütləq göstərəcək".(teleqraf.com)

 





Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!