DOĞMALAR ARANAN YERDƏ .....                        HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN .....                        Müdafiə Nazirliyi qəbul elan edir .....                        İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb” .....                        Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya məktub göndərəcək .....                        Fazil Mustafa: Bir əsgərimizin qisası üçün 20 erməni hərbçi... .....                        Ombudsman ermənilərin Tərtər təxribatı ilə bağlı Bəyanat yaydı .....                        MDB liderlərindən mühüm qərarlar gözlənilir .....                        Qarabağdan köç maksimum həddə çatdı .....                       
Tarix : 4-09-2014, 12:24

Mədəniyyətimizdə nəzakət anlayışı 

Seyit Ahmet ARSLAN

Türkiyənin Azərbaycandakı səfirliyinin

Kültür və Tanıtma Müşaviri

 

Nəzakət bir insanlıq sənətidir. Dönüb geriyə - mədəniyyət tariximizə baxsaq millətimizin nə qədər qədim, humanist, xeyirsevər, nəzakətli bir mədəniyyətə, ənənəyə sahib olduğunu görər, dərk edərik. Bu estetik mədəniyyət, insanpərvərlik millət və toplum olaraq zaman-zaman könül dünyamızı və ictimai həyatımızı təmsil edib, içimizdə, ruhumuzda gözəllik, sevgi yaradıb. Bizi əsl millət edən bu qiymətli dəyərlərimizi öyrəndikcə, tanıdıqca kökümüzlə, genetik yaddaşımızdakı böyüklüyümüzlə qürur duyur, içimizdə sabahlarımıza ümid yaranır. Mən sizə millətimizin bu yüksək mədəniyyətini ifadə edən üç örnəkdən söz açacam. Bu örnəkləri könül və vicdan süzgəcimizdən keçirdikdən sonra daha dərindən öyrənməyə, dərk etməyə vadar olacaq, hüzur aləminin dərinliklərinə vardığınızı hiss edəcəksiniz. İnsan bu örnəkləri oxuduqca, öyrəndikcə, kapitalizmin haram-halal gözləmədən, yalnız qazanma hirsi ilə insanlığa nə qədər ziyan vurduğunun, ən qiymətli dəyərlərimizi necə kirlətdiyinin şahidi olur. Bu gün gözü dönmüşcəsinə, haqq-hüquq, insanlıq bilmədən bir-birlərini, sonunda insanlığı boğazlayan, vicdanını və mərhəmətini itirmişlər dünyanı xarabaya döndərmişlər.Yeganə xilas yolu isə mədəniyyətdir, əsrlərin sınağından çıxaraq genetik yaddaşımıza köçmüş türk mədəniyyəti.

Birinci örnək:

Fatih Sultan Mehmet Xan

İstanbulu fəth etməyə qərar verən 21 yaşlı Fatih Sultan Mehmet Xan həm xalqın nəbzini və əhval-ruhiyyəsini öyrənmək, həm də imtahan etmək məqsədilə təğyiri-libas olub günün ən erkən saatlarında Ədirnə bazarına çıxır. Bazarın ən ucqarındaki bir dükana girib bazarlıq edir. Çıxmaq istərkən bir də geriyə dönüb başqa bir malın qiymətini soruşur. Dükan sahibi bu dəfə ona mal satmaqdan imtina edir: "Mən sənə satış yaparaq sabah siftəmi ettim, kisənə bərəkət, başqa alacağınız varsa qonşu tükandan alın, çünki o hələ siftə etməyib" deyir və xana mal satmır. Sultan bir söz demədən qonşu dükana gedir. İkinci dükançı da eyni tavrı göstərir, Sultan ikinci dəfə onunla bazarlıq etmək istəyəndə: "Mən sənə mal sataraq siftəmi ettim, başqa alacağın varsa qonşu dükandan al, çünki o hələ siftə etməyib" deyir. Beləcə Sultan bütün bazarı gəzir və tüccarlardan, dükan sahiblərindən eyni münasibət görür. Gənc Sultan Mehmet Xan saraya dönərək səcdəyə qapanır, üzünü Allaha tutaraq: "Ya rəbbim, Sənə həmd olsun, mənə belə, bir-birlərini düşünən, əsirgəyən insanlardan ibarət bütöv millət nəsib etdin. Mən bu əsl millətlə Bizansı deyil, dünyanı fəth edərəm" deyir.

İkinci örnək:

"Sədəqə Daşları"

"Sədəqə Daşları" Türkiyədə insanlar arasında fəzilət abidələri kimi dəyərləndirilir. İstanbulda 173 yerdə örnəkləri var. (Prof. Ziya Kazıcı, "Osmanlıda Hayır Müesseseleri ve Sadaka Taşları" məqaləsindən) Fərqli şəkillərdə olmaqla, əsasən bəyaz rəngli, slindir formalı, antik mərmər sütunlardan ibarətdir. 120-130 sm hündürlükdədir. Günümüzə çox azı yetişən "Sədəqə Daşları" Üsküdar İmrahorda olduğu kimi ən çox təkkə, məscid, ziyarətgah, mədrəsə və məzarlıq yerlərinə yaxın ərazilərdə yaradılmışdır. Həzrəti peyğəmbərimiz (s.a.v.) bir hədisi-şərifində buyurur: "Yeddi zümrə vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah onları öz arşınının kölgəsində qoruyub saxlayır. Bu yeddi zümrə insanlardan biri də sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayanlardır (Bahari-Müslim).

Qurani-Kərimin "Əlbəqərə" Surəsinin 264-cü ayəsində buyurulur: "Ey iman gətirənlər, Sədəqələrinizi, malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın". Belə şəxslərin halı üzündə bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyup aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərindən bir savab qazanmazlar". Əsl əcdadlarımız da tam bu ayə və hədisin ruhuna uyğun şəkildə, iffət və şəxsiyyətlərini, həyalarını gözləyərək ehtiyaclarını söyləməyən, əksinə gizlədən insanlara müqəddəs kitabımızın buyurduğu kimi yardım etmişlər. Nə dil bilmişdir, nə dodaq, nə əl bilmişdir, nə ayaq. Bu yolla verən əl təkəbbürdən və riyakarlıqdan, özünü xalqa göstəriş yapmaqdan uzaq olmuş, etdiklərini kimsə bilməmişdir. Bu əməlisaleh insanlar gücləri yetdiyi yardımı heç kimsə bilmədən gecə

vaxtı "Sədəqə Daşaları"nın yanına qoyar, həmən də oradan uzaqlaşardılar. Ehtiyacı olan insanlar da kimsənin görmədiyi bir vaxtda daşların yanına gələr, heç acgözlük etmədən ailəsinə yetəcək bir miqdarda yardım götürər, qalanına toxunmazdılar. Buraya pul qoymaq istəyənlər əsasən axşam namazından sonra gələr, uyğun bir yerə pul qoyar, dərhal oradan uzaqlaşardılar. Yatsı namazından sonra da kasıblar, ehtiyaclı insanlar gələr, ehtiyacları qədər götürər, gecənin qaranlığında yox olardılar. Beləliklə, bir insan sədəqə verməklə xeyirxahlıq edir, amma kimə xeyirxahlıq etdiyin bilmir. O sədəqədən yararlanan insanlar da kimsənin qarşısında əzilib sıxılmır, qürurları zədələnmir.

XVII əsrdə İstanbulu anladan bir fransız səyyah "Sədəqə Daşları"na bir həftə kimsənin uğramadığını yazır. Onun qənaətinə görə XVI və XVII əsrlər türkün inkişaf, tərəqqi dövrü olmuşdur. "Sədəqə Daşları" üzərində önəmli çalışmaları olan Nidayi Sevim Balkanlardan Orta Asiyaya qədər bütün türk coğrafiyasında bu daşlara rast gəldiyini yazmışdır. Türkmənistan ilə Üsküp gibi (Üsküb-Makedoniyanın paytaxtı, əski Osmanlı torpaqları) iki-üç coğrafiyada sədəqə daşlarının olduğu bildirilir. (Medeniyetimizdə Toplumsal Dayanışma ve "Sadaka Taşları"). "Sədəqə Daşaları" türk-islam mədəniyyətinin zərafət, xeyixahlıq dolu bir ənənəsi olaraq bütün Anadolu və Balkanlarda yayılmışdır. Anadoluda "Hacət yeri" və ya "Xeyrat dəliyi" də adlandırılmışdır. İstanbula yolu düşənlər Üsküdar meydanındakı Doğancılar yoxuşu önündən keçərkən sadə bir sədəqə daşını görə bilərlər. Üsküdar Bələdiyyəsinin zəhməti nəticəsində bir az gözə görünən hala gətirlmişdir. Belə bir mükəmməl tarixi və keçmişi olan millətin vətəndaşı: "Allahım, islamın yardımlaşma təlqini, mütəvazi türk mədəniyyəti necə gözəl mükəmməl bir estetik yaratmışlar!"deyə düşünməyə bilmir.

Utanc və iffətindən, qürurundan imkansızlığını, ehtiyacını kimsəyə açmayan insanların qürurunu, şəxsiyyətini zədələmədən onlarla yardımlaşmaq yöntəmləri dünyanın heç bir mədəniyyətində bu qədər etik və nəzakətli olmamışdır. Xüsusən də kapitalizmin canavar kimi parçalamağa qalxdığı müasir dünyada. İndi yardımlaşmaq əvəzinə imkansız insanlar modern bank tələsinə salınırlar. Belə bir zamanda "Sədəqə Daşları"nın dəyərini anlayıb idrak etdikcə nə qədər böyük humanizmə və mədəniyyətə sahib olduğumuzu görürük. Türk mədəniyyəti anlayışında insanın bir-birinin üzünə gülməsi belə sədəqədir, esttetik mədəniyyətdir. Alanı ilə verəni gecənin qaranlığında örtən, qürurlanmağa, təşəxxüs göstərməyə, öyünməyə fürsət verməyən, müsaidə etməyən, acizin, imkansızın qürurunu, heysiyyətini zədələməyən bir mədəniyyətə sahib millətik biz.

Üçüncü örnək:

Borc dəftəri

Zimən Dəftəri deyilmiş adına. Məhəllə insanlarının borc, tükançının hesab dərtəridir. Zəngin insanlar, xüsusilə Ramazan ayında qiyafətlərini dəyişdirir, tanımadıqları məhlənin bakkalının tək olduğu zamanda dükanına gedər, zimən-borc dəftərin varmı deyə sorardılar. Dükancı borc dəftərini gələn şəxsə göstərir. O, borcların toplam hesabını istəyir dükançıdan. Bütün hesabı bildikdən sonra varlı kimliyini bəlli etmədən bütün borcları ödəyər və sakitcə çıxıb gedər. O, kimlərin borcunu ödədiyini bilməz, borcu ödənmiş insanlar da bunun kim tərəfindən edildiyini nə görər, nə bilər. Bu cür böyük ürəkli, xeyirsevər insanlar heç bir qarşılıq gözləmədən edər bu yardımlaşmanı, Allah rızasıyla, riyasız, nümayişsiz, xəlvətcə, ya gecənin qaranlığında, ya da əl-ayağın ortadan yığışdığı sakit bir vaxtda. Sırf Allahın rizasını qazanmaq üçün, soydaşlarının sıxıntısına son verər və öz-özünə etdiyi yaxşılığın qürurunu yaşayar. Mədəniyyətimizdə buna uyğun çox misallar çəkmək olar. Bu keyfiyyətlər insana Allaha yaxınlaşmanın sevincini yaşadır. Yardımlaşma nəticəsində varlı ilə kasıb arasında sağlam bir körpü qurulur, maddi məsələlərlə bağlı insanlar arasında yaranmış uçurumlar qaldırılmış olur.

Yardımlaşma, xeyirxahlıq edilən zaman yüksək tavır və üslublar çox önəmlidir. Yanlış davranış qarşındakı insanın heysiyyətini, qürurunu sındırmış ola bilər. Belə hərəkət edərsə etdiyi yaxşılığın heç bir nəticəsi olmaz. Verən əlin alan əldən üstün olduğunu buyuran peyğəmbərimiz, eyni zamanda sağ əlin verdiyindən sol əlin xəbəri olmamlıdır buyurmuşdur. Belə bir mədəniyyətin, nəzakət qaydalarının, estekinin olduğu şəhərdə, kənddə, qəsəbədə oğurluk, haksızlık, pis əməllər də son dərəcə az olur.

Düşünməyə dəyər örnəklərdir, təfəkkürümüzlə bu mədəniyyətin dəyərini dərk edə bilsək görərik ki, bizə qalan göylərə qaldırdığımız göydələnlər, pullar-paralar deyil, insanlığımız, nəzakətimiz, çöyük mədəniyyətimizdir. Ey göydələn tikən qardaş, nə qədər yüksək tiksən də göyə yüksələ bilməyəcəksən. Əgər küçədə zibil qutusunda çörək axtaran bir ehtiyaclı insanı görmürsənsə bu göydələnlərin heç biri səni xilas etməyəcək. Ətrafındakı çarəsiz insanları görə bilmirsənsə qazanclı deyil, zərərli çıxacaqsan. Yetimin saçlarını sığallamağı bacarmırsansa, ehtiyaclarına yardım edə bilmirsənsə nə qədər imkanlı olursan ol xeyri yoxdur. Hirsin sonu peşimançılıqdır.

Dünyasına dünyasına,

Aldırma dünyasına.

Dünya benim diyenin,

Gittik dün yasına.

 

Veya Yunus vari dile gelelim;

Nehirler aktı geçti,

Kurudu vakti geçti,

 

Nice han nice sultan,

Tahtı bıraktı, geçti.

Şu dünya penceredir,

Her gelen baktı, geçti...

Vicdanımızı hesaba çəkmə zamanıdır. Yuxarıda təqdim etdiyimiz üç gözəl örnəyi diqqətlə oxuyub ətrafımıza baxmağı bacarmalıyıq. Çarəsizlik içərisində inləyənləri görməliyik, bəsirət gözümüzü açmalıyıq. Yetimlərin, kasıbların ehtiyaclarını qarşılayaq, durumlarını başa düşək, xəstələrimizi ziyarət edək. Bir-birimizi sevək, bir-birimizin dərdinə qalaq. Axı bu bizim genimizdə və mədəniyyətimizdə var. Milləti millət edən nəsnələrdən biri də budur. Təvazökarlıq içərisində estetik düşünə bilən insan və cəmiyyət olmamız diləyiyllə

 

 

 

 



Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var
Video
5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir.

Butov.az xəbər verir ki, AzTV sözügedən hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq sujet hazırlayıb.
Sujetdə qeyd olunub ki, mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü də, ən azı yük maşınının sürücüsü qədər günahkardır.

Bildirilib ki, bu halda avtobus sürücüləri ciddi təhlükəyə yol açırlar.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib:

"Burada çox ciddi sual ortaya çıxır. Avtobus dayanacağı orada olmalıydımı? Çünki lap yaxınlıqda yol ayrıcı, üfüqi yol əyrisi var. Nəyə görə avtobus dayanacaqları taksilərlə və kənar nəqliyyat vasitələri ilə zəbt edilmiş olur?".

Ətraflı videosujetdə:


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!