Qonaq getdiyi evdə yanan gənc xəstəxanada öldü .....                        “Qalatasaray” “Fənərbağça”nı məğlub etdi .....                        ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçalda .....                        İranda müharibə hazırlıqları başladı .....                        Bələdiyyədəki korrupsiyanı etiraf etdi .....                        Ştaynmayerin səfəri başa çatdı .....                        Prezidentlər Heydər Əliyev Mərkəzində .....                        Küçədən meyit tapıldı .....                        "Qarabağ" məğlub oldu .....                       
Tarix : 1-04-2025, 23:41
TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA


Şoxijahon Urunov
Buxara Dövlət Pedaqoji İnstitutunun
4-cü kurs tələbəsi


TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA

BUXARA – QƏDIM VƏ TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN OLAN GÖZƏL ŞƏHƏRLƏRDƏN BIRIDIR


Buxara dünyanın ən qədim və zəngin tarixi-mədəni irsə malik şəhərlərindən biridir. 1997-ci ildə şəhərin 2500 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur. Buxara adı ilk dəfə IX əsr tarixçisi Nərşəxi tərəfindən qeyd edilmişdir. Bir çox tarixçi və dilçi alimlərin fikrincə, “Buxara” sözü sanskrit dilindəki “vixara” sözündən yaranmışdır və “qalа” mənasını ifadə edir. Qədim dövrlərdə şəhər “Nümicqat” və “Faxira” adları ilə də tanınmışdır. Buxara erkən orta əsrlərdən etibarən sənətkarlıq və ticarət mərkəzlərindən biri olmuşdur. Burada istehsal olunan məhsullar Asiya və Avropa ölkələrinə ixrac edilirdi. Ərəb işğalı dövründə şəhər “Madinat at-Tüccar” (“Tacarlar şəhəri”) və ya “Madinat as-Sufriya” (“Mis şəhəri”) kimi tanınırdı. 1996-cı ildə UNESCO Buxaranı dünya mədəni irsinə daxil edilmiş şəhərlər siyahısına əlavə etmiş və qoruma altına aldığını elan etmişdir.

Qədim Buxara tarixçilər və səyyahlar tərəfindən “şeir və əfsanələr şəhəri” adlandırılmışdır. Bu qədim şəhərin hər küçəsi, xiyabanı, meydanı və abidələri keçmişin izlərini yaşadır. Uca minarələr, tarixi məkanlar və qədim əşyalar insan zəkasının möhtəşəmliyini əks etdirir. Şərq və Qərbdə Buxara “açıq səma altında muzey, möhtəşəm tarixin parlaq aynası” kimi tanınır. Qədim Buxaranın Ərk qalasında yalnız hökmdarlar deyil, həm də böyük alimlər, şairlər və filosoflar yaşamış və qiymətli irs qoymuşlar. Buxara mədəniyyətinin ən parlaq dövrlərində burada Rudəki, Firdovsi, Əbu Əli İbn Sina, Fərabi, Ömər Xəyyam kimi dahilər fəaliyyət göstərmişdir. İbn Sina Buxara haqqında belə yazırdı: "...Bu yerin kitabxanasında elə kitablar tapdım ki, onları nə əvvəllər, nə də sonralar heç bir yerdə görmədim. Onları oxuduqca mənə dünyanın sirrləri açıldı..."
Arxeoloji qazıntılar nəticəsində alimlər bu qədim şəhərin eramızdan əvvəl bölgənin iqtisadi və mədəni həyatında mühüm rol oynadığı qənaətinə gəlmişlər. Tarixi mənbələrə görə, Buxara Çin ilə Roma arasındakı Böyük İpək Yolunun ən vacib kəsişmə nöqtələrindən biri olmuşdur. VIII əsrdə ərəb işğalı nəticəsində Buxarada İslam dini yayılmış və şəhər zaman keçdikcə mühüm dini mərkəzə çevrilmişdir. Buxara o dövrdən etibarən “Buxarayi-Şərif” (“Müqəddəs Buxara”) kimi tanınmağa başlamışdır. Buxara təkcə tarixi və dini baxımdan deyil, həm də siyasi-iqtisadi, mədəni-humanitar və diplomatik əlaqələri ilə də seçilən qədim şəhərlərdən biridir. Özbəkistan müstəqillik əldə etdikdən sonra, ata-babalarımızın mirasını qorumaq və inkişaf etdirmək üçün böyük səylər göstərilmişdir. Ölkədə İmam Buxari, İmam Tirmizi, Bahauddin Nəqşbənd, İmam Maturidi, Burhanəddin Mərğənani kimi böyük alimlərin adları yenidən canlandırılmış və onların irsinin öyrənilməsinə xüsusi diqqət ayrılmışdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diqqəti nəticəsində tarixi və dini abidələrin bərpası istiqamətində geniş miqyaslı işlər aparılmışdır. Dövlət başçısı Buxara bölgəsinə səfərlərindən birinə Bahauddin Nəqşbəndin məqbərəsini ziyarət etməklə başlamışdır. Burada müqəddəs yerlərin abadlaşdırılması və ziyarətçilər üçün daha əlverişli şərait yaradılması istiqamətində göstərişlər verilmişdir.
Özbəkistan bu gün turizmin inkişafına böyük önəm verir və əcnəbi turistləri Buxara, Səmərqənd və Xivə kimi tarixi şəhərlərə cəlb etmək üçün geniş tədbirlər həyata keçirir. 2019-2025-ci illər üçün turizmin inkişafı konsepsiyası qəbul edilmiş və bu çərçivədə elektron vizaların verilməsi və viza rejiminin sadələşdirilməsi kimi addımlar atılmışdır. Buxaranın tarixi hissəsində böyük abadlıq işləri aparılmaqdadır. Burada qədim sənətkarlıq məhəlləsi yaradılacaq, Poyi Kalan və Mir Ərəb mədrəsələri bərpa ediləcək, şəhərin bəzi küçələri genişləndirilərək turistlər üçün gəzinti zonalarına çevriləcəkdir.
Buxara təkcə tarixi və dini abidələri ilə deyil, həm də zəngin mədəni irsi və inkişaf etmiş turizm infrastrukturu ilə dünya miqyasında diqqət çəkən bir şəhərdir. Qədim şəhər bu gün də özünün əzəmətini qoruyaraq, keçmişi və gələcəyi birləşdirən mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirir.




Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!