Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Tarix : 27-04-2022, 15:04
Mədəniyyət naziri Naxçıvanda bir sıra mədəni və dini abidələri ziyarət edib

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda növbəti baş çəkdiyi məkan Ordubad Cümə Məscidi olub.

Butov.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimova Ordubad şəhərindəki qədim Cümə məscidində aparılan bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır və bərpa zamanı milli memarlıq elementlərindən istifadə olunur.

Anar Kərimov səfər çərçivəsində 1982-ci ildə fəaliyyətə başlayan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Muzey 1990-cı ilin may ayından etibarən XVII əsrə aid tarixi-memarlıq abidəsi olan “Qeysəriyyə” binasında fəaliyyətini davam etdirir. 2011-ci ildə muzeyin yerləşdiyi “Qeysəriyyə” binası əsaslı şəkildə bərpa olunub. 150 eksponatla fəaliyyətə başlayan Tarix-Diyarşünaslıq muzeyində hazırda 4 mindən artıq eksponat mühafizə və nümayiş olunur. Muzeydə Ordubadın qədim tarixini, zəngin mədəniyyətini, özünəməxsus adət ənənələrini özündə əks etdirən və bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər barədə eksponatlar ziyarətçilərin böyük marağına səbəb olub.

Nazirliyin nümayəndə heyəti daha sonra Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin həyat və fəaliyyətini əks etdirən ekponatların toplandığı ev-muzeyini ziyarət edib. Bildirilib ki, ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi naliyyətlərinin uğuru nəticəsində akademikin 75 illiyi münasibətilə Ordubadda yaradılıb. Ziyarət zamanı mədəniyyət nazirinin müavini, Yusuf Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva akademikin uşaqlıq, tələbəlik illəri, həyat və yaradıcılığı, elmi araşdırmaları barədə məlumat verib.

Anar Kərimov məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri olan Sərşəhər məscidinə də baş çəkib. Həmçinin Naxçıvanın incilərindən sayılan XVII əsrdən yadigar qalan Sərşəhər çeşməsi və Xan Kəhrizi də ziyarət olunan məkanlar sırasında yer alıb.

Nazirin Naxçıvana rəsmi səfəri “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ziyarəti ilə yekunlaşıb.



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!