Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 28-11-2018, 09:59
Bakı Şəhər İcra Hakimiyyəti qışa hazırlaşır - Xüsusi qərargah yaradıldı

Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Butov.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlanır.
Mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin Şəhər İcra Hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda, eləcə də “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb, rayonlara Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.
Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçdiyi günlərdə qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, hər hansı ciddi hal yaranarsa, dərhal aradan qaldırılması məqsədilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.
Müşavirədə, həmçinin yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, qanunsuz tikinti işləri aparılmasının qarşısının alınması, rayonlarda abadlıq işlərinin aparılması, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!