Gənclərin Sahibkarlıq Məktəbi layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib .....                        İsrail tarixi qələbə qazandı - Netanyahu .....                        “İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO .....                        İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI .....                        İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian .....                        İran hava məkanını açdı .....                        Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda... .....                        Hakan Fidan onunla İranı müzakirə etdi .....                        Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU .....                       
Tarix : 14-09-2015, 08:26
Cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə birgə müşavirə keçirilib


Butov.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.
“Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov müşavirə iştirakçılarını salamlayaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalq ilə ordunun birliyinin daha da möhkəmlənməsini xüsusi vurğulayaraq uğurla davam edən irimiqyaslı təlimlərin gedişi barədə ətraflı məlumat verib.
Müşavirədə cəbhədəki real vəziyyət təhlil edilərək gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri qabaqlamaq məqsədilə müəyyən problemlər və onların həllinin tapılması istiqamətində birgə müzakirənin keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, şəxsi heyətin və cəbhəboyu zonada yaşayan əhalinin, sənaye, təsərrüfat, o cümlədən kommunikasiya qovşaqlarının və digər əhəmiyyətli obyektlərin mühafizəsi, qorunması, müdafiəsi və təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Son vaxtlar təmas xəttində vəziyyətin gərginləşməsinə baxmayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin düşmən təxribatlarının qarşısını alaraq ona ciddi zərbələr vurması, eləcə də ordumuza hər zaman dayaq olan yerli əhalinin fədakarlıq və dözüm nümayiş etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
Birlik komandirləri yerli icra strukturları ilə sıx əlaqələr yaratdıqlarından, bu işin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindəki əhəmiyyətindən, eləcə də həlli vacib olan bəzi problemlərdən danışaraq bunların tezliklə aradan qaldırılması yollarını müzakirə ediblər.
Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tətrər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayon icra hakimiyyəti başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, bundan sonra da müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində yaxından iştirak edəcəklərini, Azərbaycan Prezidentinin tələb və göstərişlərini layiqincə yerinə yetirəcəklərini və hər zaman ordu ilə birlikdə Ali Baş Komandanın əmrlərinə hazır olacaqlarını bildiriblər.
Müdafiə naziri müşavirədə iştirak etdiklərinə görə icra başçılarına minnətdarlıq edərək bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.


Cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə birgə müşavirə keçirilib

Cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə birgə müşavirə keçirilib

Cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə birgə müşavirə keçirilib


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!