Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                        Prezident Azərbaycan qadınlarını təbrik etdi .....                        Milli Məclisin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi .....                        Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi .....                        Azərbaycanın İranla sərhədə hərbi texnika yığması dezinformasiyadır - MEDİA .....                       
Tarix : 6-09-2019, 15:10
“Qaçqınkom”da bir qrup gəncin könüllülük fəaliyyəti başa çatıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iki aylıq könüllülük fəaliyyətini başa çatdıran bir qrup gəncə müvafiq sertifikat təqdim olunub.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə könüllülüyün milli dəyələrimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərməklə gənclərimiz həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər.
Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirib, komitədə onlara yaradılan şəraitə və göstərilən etimada görə minnətdarlıq bildirib, burada qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
F.Hüseynov könüllülük fəaliyyətinin uğurla başa çatdıran gəncləri komitə rəhbərliyi adından təbrik edib, onlara təhsildə və gələcək karyeralarında yeni nailiyyətlər arzulayıb.
Tədbirdə komitənin kadrlar üzrə baş məsləhətçi Həbib Hüseynov, “Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev və komitənin digər əməkdaşları iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov könüllülərə sertifikat təqdim edib. Daha sonra xatirə şəkli çəkilib.
Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 12 nəfər gənc könüllü fəaliyyət göstərir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!