Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 29-01-2019, 14:55
"Qaçqınkom" sədri vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibədən əziyyət çəkən vətəndaşlara, o cümlədən məcburi köçkünlərə daim diqqət və qayğı göstərir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məcburi köçkünlərin sosial problemlərinin həlli, xüsusi ilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və ya fərdi evlərin verilməsi bu il də davam etdiriləcək. Bu məqsədlə yeni qəsəbələr salınır, yaşayış kompleksləri inşa olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müvəqqəti məskunlaşdıqları bina və tikililərin tamamilə yararsız hala düşdüyü müvafiq dövlət orqanı tərəfindən təsbit edilmiş, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxlayır.
Yanvarın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti qəbulda iştirak edən vətəndaşlara bu barədə ətraflı məlumat verilib.
Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbul ediblər. Həmişə olduğu kimi, yenə də qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin verilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Dövlət Komitəsinin sədri və digər səlahiyyətli şəxslər vətəndaşları fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyiblər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib.
Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!