Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 28-03-2014, 19:49

           

 

       Nə vermə, nə də alma!

Qonağımız  qışla yazı qovuşduran  21 martda doğulan, müharibə veteranı, yazıçı Nemət  Veysəllidi.  Ömrünün 73-cü qışından ayrılıb 74-cü baharına qovuşan yazıçının  12  əsəri ötənləri ona bir də yaşadacaq....

Tanıtma

 

Nemət Veysəlli  21 mart 1941-ci ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Yuxarı Veysəlli kəndində anadan olub. Yeddillik kənd məktəbini bitirdikdən sonra Martuni rayonunun beynəlmiləl orta məktəbində təhsil alıb.  1961-1964-cü illərdə Sovet Ordusu (Odessa, Ukrayna SSR) sıralarında qulluq edib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib(1971). 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkətində, radionun "Xəbərlər" informasiya redaksiyasında redaktor olub, 1976-1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində çalışıb, "Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999-2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" gəzetində baş redaktor (2001-2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007-2008) işləyib. Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatları dövründə, 1993-cü il may ayının 21-dən könüllü olaraq (1996-cı ilədək) Azərbaycan Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetinin döyüş bölgələri üzrə xüsusi müxbiri vəzifəsində çalışıb və cəbhə bölgəsindən operativ materiallar hazırladığına, "Azərbaycanda gedən müharibəni yüksək peşəkarlıqla, obyektiv və fədakarcasına işıqlandırdığına" görə "Səhər" qəzetinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun diplomlarına (1993-1994), AKİVİHİ-nın "Qızıl qələm" (1994) mükafatlarına layiq görülüb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Redaksiya, nəşriyyat" şöbəsində işləyir.

- Nemət müəllim, 1984-cü ildə  hansı səsin sehrinə düşdünüz ki, “Sehrkar səslər, əfsanəvi rənglər” dediniz?

- Azərbaycan radiosundan mənə sifarış vermişdilər ki, Bülbül haqqında veriliş hazırlayım. Verilişin adı belə idi “Uzun səsin nağılı”.  Bülbülün xalq musiqisinə, folklora münasibətini öyrənmək üçün  ev muzeyində oldum, əlyazmalarını araşdırdım, musiqi irsini öyrənməyə çalışdım. Onun  ifasına qulaq asdıqca dünya gözümün qarşısından keçirdi-doğulub boya-başa çatdığım yerlər, kəndimiz, çaylar.  Bu yaşantıda bir ecazkarlıq vardı. Bax onda  Bülbülün səsinin sehrinə düşmüşdüm.  Ümumiyyətlə  yaradılışdakı gözəlliklərlə üzləşəndə onların  sehrinə düşürəm və bu zaman  bütün günüm yüksək ovqatla keçir..

-1985-ci ildə “Sular qovuşan yerdə” görüşmü vardı, yoxsa nə baş vermişdi?

- Dağıstana getmişdim, orada Axdı deyilən bir kənd var.  İki qoç bir-birilə toqquşan kimi orada iki dağ çayı bir-birilə elə qəribə şəkildə çulğaşır- qovuşur ki...O mənzərəni seyr edib  heyrətlənməmək və yazmamaq  mümkün deyil.  Eyni  zamanda  kənddə həm də yerdən dupduru, amma  elə isti, qaynar su çıxırdı ki...Ondan istifadə etmək üçün adamlar  orada hamam tikiblər.. Bax o yerlərin suyunun təravətini indi də hiss edirəm...

- Yəqin elə bu hissin təsirilə suya, torpağa “Hər şeydən uca” dediniz….

 

 -Təbii ki, suyu, torpağı ilə-Bətən hər şeydən ucadı. Mən Qarabağ müharibəsi iştirakçısıyam. Döyüşlərdə çox şey gördüm, dünya həqiqətlərini yenidən dərk etdim. Müharibə mənə sübut etdi ki, yer üzündə torpaqdan müqəddəs heç nə yoxdu. Mən torpağımı itirmişəm, ata-anamın qəbri qalıb orda. Bunu yaşamaq çox  çətindi.

- 1988- ci ildə “Düzlərin ağ işığı”nda nə axtarırdınız?

-  O vaxt  Cəmil Əlibəyov sifariş vermişdi ki, qabaqcıl pambıqçı  Bəsti Bağırovaya həsr olunmuş oçerk yazım. Odurki, Goranboya getmişdim. Hara baxırdım ağ-appaq pambıq idi.  Səhər gün doğanda isə pambıq tarlasının üstüylə ağ zolaqlar görünurdu. Maraqlı təəssüratlarım yazıya çevrildi.  Sərbəst yazı idı, rəsmi ab-havadan uzaqdı...Şəxsi həyatımdakı işıq isə övlaqlarım, nəvələrimdi.

-  1991-ci ildə “Evimiz yuxuma girir”-deyirdiniz.  Evinizdən çox ayrı qalmışdınız ki...

- Bakıda yaşayırdım. Mən kənd adamıyam, odur ki,   şəhərdə yatıb kənd yuxusu görürəm. İndi də yuxu görürəm, amma o vaxtkı yuxular daha maraqlı idi- evimiz, ocağımız yadıma düşürdü.  Kənddə ikimərtəbəli evimiz vardı. Eyvandan durub  baxanda, mənə elə gəlirdi ki, dünyanı görürəm...

-1998-ci ildə kimə deyirdiniz ki  “Salamat görməyimə şadam”?.

- Bir dostum var, Binnət Məmmədov, polkovnikdi.  Döyüşə getməzdən əvvəl görüşürdük. Bilmirdik kim sağ qalacaq. Hər dəfə o, döyüşdən qayıdanda, “səni sağ görməyimə şadam”- deyirdim.  Bu,  neçə dəfə təkrar oldu, axırda bir kitab yazdım.

- 2000-ci ildə “Sənsiz keçən illər” də  nə yaşanmışdı, sevincmi, kədərmi?.

-  Qaçqınlıq vaxtı  yaxın dostum  Kərəm Hətəmov  avtomobil qəzasına düşdü. Cavan idi, 4 uşağı, ailəsi qaldı. Ondan kitab yazdım.  Kişinin dostlarını itirməsi çox böyük faciədi.   Bəzən şəhərə çıxırsan, görürsən sənin tanıdıığın adamlar yoxdu. Çox ağırdı...

- Biz ağaları, bəyləri kinolarda ğörmüşük. Məsələn Gəray bər, Cahandar ağa. Sizin bəy dostlarınız da olub deyəsən.  2004-cü ildə “Bəylər bəy”dən danışmısınız..

- Bəylər bəyin atası Ağalar bəy 1918-20-ci illərdə Qarabağda ermənilərə qarşı mübarizə aparıb. Bəylər də onun ruhda olan, vətənpərvər, cəsur bir insan idi. O da ermənilərlə döyüşüb çox qəhrəmanlıqlar etmişdi.

- “Həyat sevən insan” da o idi?

 

-  Yox, o,  Böyük Vətən Müharibəsi qəhrəmanlarından biri idi. Topçu olmuşdu, Novorossiyskidə döyüşmüşdü. Görüşlərimizin birində onun oğlu mənə bir bağlama verdi, içində əlyazmalar vardı. Baxdım ki, müharibədə keçirdiyi bütün  sarsıntılarını gündəliyə yazıb. Müharibə veteranıyam, bu hissləri mən də keçirmişəm . Odur ki, həmin gündəliklərdən bir  kitab yazdım.

- 2005-ci ildə “Şəhərlər, evlər, naxışlar”dan danışmısınız. Bəs  bugünkü söküntülər-tikintilər sizə  “nə deyir”?

-  Bu, mənim yaralı yerimdi.  Kənd adamı olsam da şəhərə çox diqqətlə baxanlardan biriyəm. Bir məhəllədən yazmaq istəyirdim.  Şəhər adamı ilə kənd adamının psixologiyası ayrıdı. Bakını dərk etmək üçün  şəhərin  arxitekturası ilə maraqlandım. Bir çox adamlarla, o cümlədən baş memarla görüşdüm. Mənçə adamlar şəhərlərə yox,  şəhərlər adamlara xidmət etməlidi. Mənim evimin qarşısında bina tikməzdən əvvəl  soruşulmalıdı ki, bu sənə lazımdı, bunu istəyirsən, ya yox. Yəni sakinin istəyi nəzərə alınmalıdı. Bakı koloriti çox zəngin, şəxsiyyətləri təlqin edən heykəllər şəhəridi. Bakıda avropa məktəbi ilə yanaşı, milli məktəb var. Binaya baxırsan eyvanında, darvazasında bir arxitektura nişanəsi var.  Bizə elə gəlir ki, evlərin dili-ağzı yoxdu. Amma onların bir-biri ilə söhbəti olmalıdı. Bir küçə o biri ilə danışmalıdı. İndikilərin qohumluğu yoxdu.  Amma keçmişdə kəndlərdə, şəhərlərdə bu qohumluq vardı. Özü də şəhər evlərinin öz sifəti, obrazı olmalıdı. Bakı ayrı, ordubad ayrı, Şəki ayrıdı. İnsanların zamanı bitəndə- sözü “qurtaranda” şəhər söz deyir- Nağıyevin, Tağıyevin tikdirdiyi binalar kimi.  İndi binalar adamlarla danışmır. Arzumdu ki, Bakı haqda ensiklopediya olsun, bilinsin ki, bu küçəni, binanı  kim tikib..

- 2006-da “Yaş həddinə görə” nə tələb edirdiniz ki?

- Mən tələb etmirdim, məndən tələb edirdilər. Azərbaycan ordusunda zabit idim. Gündə deyirdilər ki, yaşın çoxdu,  “stavkaya”  çıx. Mən müharibəyə gedəndə heç yaşımla maraqlanmadılar. Halbuki mən yaşda- 52 yaşda adamı aparmırdılar cəbhəyə,  amma mən könüllü  getdim. Borcum idi, vətənin dar günündə  əlimdən nə gəlirdisə etməliydim. 1988-ci ildən  çöllərdəyəm.  Amma  atəşkəs olan kimi dedilər ki, tərxis edək.  Vətəndaşa bu münasibət çox pisdi. Ya da müharibə veteranlarına kommunal  imtiyazlar vermişdilər, 2001-də əlimizdən aldılar-bu təhqirdi. Nə vermə, nə də alma.

-  Siz də bu inciklikdən 2010-cu ildə  qollarınızı çırmalayıb  “Piyadaların  döyüşu” ndən danışdınız...

- Yox, bu dəfə söz cəbhəsindəki döyüşdən danışmışam. Bədii publisistikanın nəsrlə sərhəddi çox deyil, əsas istedaddı. Nəsr piyada qoşun növünü xatırladır- o mənada yazmışam. Çox adam jurnalistikanı “şıx kostyum”  kimi təqdim edir. Amma o, xalqa xidmətin bir növüdü. Üzeyir bəy də yazar olub, Rəsulzadə də, Seyfəddin Dağlı da. Xalqa xildməti qeyri-adi iş kimi təqdim etmək lazım deyil. Biri səhər  işə gedir bağ becərməyə, biri  də gedir yazı yazmağa..

- Və nəhayət, doğum gününüz  21 marta- bayram gününə təsadüf edir...

- Atam dəyirmana gedibmiş, gecə mən doğulmuşam.  Adımı Bayram qoyublar. Atam qayıdanda yolda atın üstündən yükü aşır, bir cavan oğlan ona kömək edir. Adını soruşur, öyrənir ki, Nemətdi.  Atam  evə gələndə adımı dəyişir. Deyir üşağın adını Nemət qoyun.

-  Ad gününüzü  necə keşirdiniz,  Novruzun ovqatında o günü xüsusi özəlliklə seçdirmək çətin olmur ki?

- Bir təbii axın var- su axını, ad günüm də belədi. Xüsusi özəlliyi olmur. Oğlum Malaziyada yaşayır, zəng edib təbrik edir.  Ümumiyyətlə  bizim Veysəlli kəndində ad günü keçirən görməmişəm. Gəldik, şəhərə burda belə gördük. Həm də 70-dən sonra nə ad günü...

-21 mart qışdan ayrılıb, yaza adladığımız gündü.  Ümumiyyətlə Sizinçün  ayrılığın əzabı güclüdü, ya qovuşmağın sevinci?

- Əlbəttə qışdan yaza düşmək daha maraqlıdı. Gələcəyin sevinci daha xoşdu, gələcək inkişafa xidmət edir. Həm də qovuşmaq sevincini yaşamaq daha yaxşıdı, nəinki ayrılıq əzabını...

 

İsmət  Hacıyeva

 

 

 

 

 

 



Paylaş



Bölmə: Xəbər / Müsahibə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!