Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
Tarix : 31-12-2019, 12:37
Şəhərdəki bayram axşamı və ya Yen ilin görünməyənləri - FOTOLAR

Artıq 2020-ci il qapını döyməkdədir. Hər il  olduğu kimi, bu dəfə də paytaxt Bakıda Yeni il ab-havası hiss olunur. İçərişəhərdə ənənəvi olaraq “Soyuq əllər, isti ürəklər” yarmarkası quraşdırılır... 
Yeni ilə hazırlıqla bağlı şəhərdəki mühitlə tanış olmaq üçün tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrindən biri ilə görüşüb “Tarqovı” deyilən ünvana yollanırıq. Hələ günorta olmasına baxmayaraq, insanlar kifayət qədər çoxdur. Kimiləri  fotolar çəkir, kimiləri uşaqlarını gəzdirir, kimiləri də yarmarkada təklif edilən məhsulların qiymətləri ilə maraqlanır. Qiymətlərin nə qədər münasib olduğu bilmirəm. Ancaq qovrulan şabalıdın, qızardılan kartofun...ətrafa yayılan qoxusu insana “gəl-gəl” deyir.
  Gəz-gəzə həm də söhbət edirik. Birinci kursun ilk yarım ilini yenicə başa vuran Əfsanə müəllimlərlə bağlı təəssüratlarını danışır. Mən də diqqətlə dinləyir və arada təbəssüm edirəm. Yadıma fakültəmizdəki ilk günlər düşür. Vaxt o qədər tez getdi ki. Ürəyimdən tələbə yoldaşımıza bu sözləri demək keçir: “Müəllimlərimizin qədrini bilin. Kim nə deyir desin, bilin ki, onların hər biri bir dəryadır”. Əslində özümü saxlaya bilmirəm. Deyirəm və qeyri-iradi olaraq geridə qoyduğum illəri xatırlayıram...
 Orta yaşlı bir qadının övladının üzərinə qışqırması və onu vurması məni fikirlərdən ayırır. Təəccüblə bir-birimizə baxırıq. Axı ən azından bayramqabağı körpənin hər cür şıltaqlığına dözmək ola. Uşaq niyə illər sonra keçirəcəyi hər Yeni il bayramında bu acı xatirəni xatırlamalıdır?!
  İşıqlı Şam ağacının ətrafında gəzən Şaxta baba və Qar qız personajları müxtəlif yollarla insanları onlarla şəkil çəkməyə dəvət edir. Fotoqraf isə əlində kameranı hazır vəziyyətdə tutub. Allah bilir, bir fotonu neçə manata çəkir. Ancaq qınamaq da olmur. Onların da çörək pulu bundan çıxır. Onlar da bayram süfrəsi üçün evlərinə müxtəlif naz-nemətlər aparmalıdırlar.
Danışa-danışa həm irəliləyir, həm də ətrafı müşahidə edirik. Adətim üzrə yenə də çox danışmır, daha çox dinləməyə üstünlük verirəm. Qəfil nə olursa Əfsanə yüksək səs tonu ilə “Vallah, heç düzgün deyil!” deyir. Nə olduğunu başa düşmür və sual dolu nəzərlərlə ona baxıram. Müxtəlif tullantılarla ətrafı zibilləyənlərə işarə edir. Mən də məyus oluram. Heyf, çox heyf.
 Əcnəbilər də vətənimizdə kifayət qədər çoxdur-türklər, ruslar, ukraynalılar, hətta hindistanlılar, pakistanlılar...Heyranlıqla şəhərimizdə gəzir, tarixi abidələrin fotolarını boyunlarından asdıqları aparatın və ya smartfonlarının yaddaşına köçürürlər. Bu, bizi fərəhləndirir. Vətənimizin gözəlliyi ilə bir daha fəxr edirik. Belə bir ölkə, belə bir şəhərlə necə fəxr etməyəsən? Dünyada “Küləklər şəhəri” adı ilə tanınan Bakıda indi yüzlərlə turist var. Yəqin ki, geri qayıdanda öz vətənlərində də şəhərimiz haqqında danışacaqlar...
  Kofe içmək üçün kafelərdən birinə daxil oluruq.  Burada da yeni il ab-havası hiss olunur. İçəridə adam o qədər çoxdur ki, boş masa tapmırıq. Məcbur olub kofelərimizi alır və içə-içə yolumuza davam edirik. Ətrafda əl-ələ tutan cütlüklər də gözə dəyir. Çox güman ki, dünyanın ən xoşbəxtlərindəndirlər. Sevdikləri insanla birlikdə növbəti ilə başlamaq ərəfəsindədirlər. Bundan gözəl heç nə ola bilməz. Təki həmişə belə bəxtiyar olsunlar.
 İçkiləri yenicə içib plastik stəkanları zibil qabına atmışdıq ki, yaşlı bir qadın qabağımızı kəsir və “İmkanım yoxdur, kömək edin” deyə xahiş edir. Ürəyim ağrıyır. Cibimdən qəpik çıxarır, qadının ovcuna basıram. Arzulayırıq ki, 2020-ci il insanlarımız üçün daha uğurlu, düşərli olsun, vətəndaşlarımızın maddi vəziyyəti daha da yaxşılaşsın.
 Bir də baxırıq ki, gəzə-gəzə “Sahil” metrostansiyası tərəfə gəlib çıxmışıq. Metrostansiyaya düşür və “İçərişəhər”ə qayıdırıq. Burada “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarın əksi istiqamətində retro qatarlar nümayiş olunur. Vaqaonlar Yeni il atributları ilə bəzədilib. İnsanlar içəri keçir, həvəslə fotolar çəkirlər. Biz isə vaxt itirmədən ekskalatorla yuxarı  qalxırıq.
 İki-üç gənc gitaranın müşayəti ilə mahnı ifa edir. Paytaxt sakinləri onları sanki mühasirəyə alıb. İzdihamı yararaq biz də gənclərə yaxınlaşırıq. Səsləri pis deyil. “Sarı gəlin”i oxuyurlar. Dinlədikcə insanın ruhu dincəlir.
 Tədricən adamların sayı artır. Heç kimə sirr deyil ki, əksəriyyət axşam tərəfi şəhərə çıxır. Polis əməkdaşlarının sayı da bayaqkına nisbətən çoxdur. Böyük ehtimalla onlar da gücləndirilmiş iş rejimində çalışırlar.
 Üç saata yaxın şəhərdə gəzir, Yeni ilə hazırlıqla bağlı “kəşfiyyat aparırıq”. Bu günlərdə bir müəllimimizdən eşitmişdik ki, jurnalistlər adi insanlardan bir gün tez yaşayırlar. Biz də əksəriyyətin sabah yaşayacağı bayram sevincini bu gündən hiss edirik. Jurnalistikanın ən yaxşı tərəfi də, bizcə, elə budur-hamıdan birinci görmək, eşitmək, hiss etmək. Bir də görünməyənləri görmək lazımdır. Bayram axşamı dilənən qadın, döyülən körpə kimi...
Şəhərdəki bayram axşamı və ya Yen ilin görünməyənləri - FOTOLAR
Şəhərdəki bayram axşamı və ya Yen ilin görünməyənləri - FOTOLAR
Şəhərdəki bayram axşamı və ya Yen ilin görünməyənləri - FOTOLAR

Əfsanə Atakişizadə,
Kənan Novruzov,
BDU-nun Jurnalistika fakültəsinin tələbələri


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!