Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                       
Tarix : 20-11-2020, 10:35
Avropa Prokurorlarının Məşvərət Şurasının iclası keçirilib

18-19 noyabr tarixlərində Avropa Prokurorlarının Məşvərət Şurasının videorejim formatında 15-ci plenar iclası keçirilib.

Butov.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda ekspert qrupu tərəfindən “Prokurorların fövqəladə hallarda, xüsusilə pandemiya dövründə rolu” adlı 15 saylı Rəy müzakirə edilərək qəbul edilib.

Rəydə fövqəladə vəziyyətlərdə insan hüquq və azadlıqlarının qorunması, pandemiya dövründə prokurorluğun normal fəaliyyətinin təşkili və rast gəlinən çətinliklərin aradan qaldırılması, bu sahədə beynəlxalq əməkdaşlıq və sair tövsiyələr nəzərdə tutulub.

İclasda ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ölkə rəhbəri cənab İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında da genişmiqyaslı islahatlar aparılıb, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.

Həmçinin, koronavirus pandemiyası dövründə ölkəmizdə görülmüş sosial, hüquqi və preventiv tədbirlər haqqında, bu müddət ərzində prokurorluğun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Plenar iclasın sonunda İspaniyanın təmsilçisi Antonio Verşer Noquera Şuranın növbəti il üçün prezidenti, Niderlandın nümayəndəsi Han Moraal isə vitse-prezident vəzifəsinə seçiliblər.

Məlumat üçün qeyd edilməlidir ki, Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında prokurorların müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyi nəzərə alınaraq 2005-ci ilin iyul ayında Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilmişdir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!