Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 30-05-2022, 21:33
İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi (İHQT) Qeyri Hökümət Təşkilatı sektorunda yeni bir qurum olaraq fəaliyyətə başlayıb.

Birliyinin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquqları və qanunların təbliği sahəsində fəaliyyətin həyata keçirilməsindən ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün insan hüquqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən qəbul edilmiş müvafiq qanunvericiliyi, həyata keçirilən tədbirləri təbliğ etməyi, sahənin inkişafını dəstələyən layihələr həyata keçirməyi, qanunla qadağan olunmamış bütün metodlardan istifadə edərək maarifləndirmə işi aparmağı öz vəzifəsi hesab edir.

Qurum faydalı fəaliyyət muhitini təşkil etmək üçün yerli və xarici təşkilatlarla, ictimaiyyət nümayəndələri və media ilə dərin əməkdaşlıq əlaqələrinə malik olmağı, o cümlədən bu istiqamətdə hüquqi xidmət göstərməyi planlaşdırır. Birlik, bu məqsədlə, hüquqi və fiziki subyektlərdən, ayrı-ayrı vətəndaşlardan sözü gedən sahədə hər hansı hüquq və qanun pozuntusu ilə bağlı qurumu məlumatlandırmağı xahiş edir. Qeyd edək ki, Birliyin sədri ictimai fəal Gülşən Məmmədoğludur.

Məlumat üçün bildirək ki, İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi 2014-cü ildə təsis edilib və həmin ildə də dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qurumu qeydiyyata almaqdan imtina etdiyinə görə İctimai Birlik hüquqlarını təmin etmək məqsədi ilə Məhkəməyə müraciət etmiş, lakin heç bir məhkəmə istansiyasında Ədliyyə Nazirliyinin qanunsuz imtinası ləğv edilməmişdir. Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş (AİHM) və Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz saymış və Birliyin hüquqlarının pozulmasını tanımışdır. Beləliklə, AİHM-nin qərarından sonra 19.04.2022-ci il tarixində №11222-Q79-4044 saylı qərar ilə İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!