Pəhləvi İran xalqını etiraza çıxmağa çağırdı .....                        Makron Trampı tənqid etdi .....                        "Qalatasaray" öz meydanında xal itirdi .....                        Trampdan sərt bəyanat: İrana yeni lider lazımdır .....                        6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi .....                        Tramp 8 Avropa ölkəsinə tarif tətbiq etdi .....                        Paşinyan Zəngəzur dəhlizi təcrübəsindən belə istifadə etmək istəyir .....                        Yeni müsəlman ittifaqı .....                        İranda nə baş verir? - ƏN SON DURUM .....                       
Tarix : 18-05-2016, 16:24
"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir



"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyindən Butov.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçirilir.
Hər il bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində əməkdaşlığın davamı olaraq dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.
Bu aylıq çərçivəsində Silahlı Qüvvələrdə də bir sıra tədbirlər keçirilir. Bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulması və qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, "dəyirmi masalar", əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcəkdir.
İnsan hüquqlarını təbliğ edən mövzularda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaqdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!